Yerlitariflər konkret dəmir yolunun (iş şəraitinə görə ümumi yol şəbəkəsinə daxil edilməyən) bölmə rəhbərləri tərəfindən müəyyənləşdirilir. Bu tariflər yalnız bir dəmir yolu bölməsi çərçivəsində fəaliyyət göstərir, özündə daşıma haqlarını və müxtəlif yığım dərəcələrini birləşdirir.
Göndərmələrinmənşəyinəgörəyüktarifləri: vaqon (bütün vaqonla daşınan yüklərə qoyulur); az və kiçik tonnajlı yüklərin göndərilməsi tarifləri (faktiki göndərilən kütləyə görə hesablanır); konteyner (müxtəlif təyinatlı konteynerlərlə göndərilən yüklərə tətbiq edilir) və tonnajlı (sisternalara və bunkerlərə doldurulan yüklər üçün istifadə olunur) tariflərə bölünür. Bu göndərmələr üçün daşıma haqları daşıma sənədlərində – qaimələrdə göstərilən yüklərin həqiqi kütləsinə görə tutulur.