Quruluşformasınagörəyüktarifləri cədvəl və sxem tariflərinə ayrılır. Cədvəl tarifləri cədvəl məlumatları əsasında bir vaqona, bir ton yükə və ya bir konteynerə görə yüklərin mövcud stansiyalar arasında nəql edilməsi üçün istifadə olunan daşıma haqlarıdır. Sxem tariflərində (differensiallaşdırılmış) yüklərin daşınması üçün tətbiq edilən haqlar daşıma məsafəsindən asılı olaraq müəyyənləşdirilir. Bu haqlar ikidərəcəli və çoxdərəcəli olur. Eyni zamanda sxem tarifləri bütün daşıma məsafəsi üçün ton - kilometr və ya vaqon - kilometr kimi vahid bir dərəcəli - diferensiallaşdırılmamış formaya malikdir. Yük tariflərinin sxem formasından praktikada geniş istifadə olunur.