Şəkil13.2. Nəqliyyat xidmətinin yeni strateci komponentləri
Strategiyanın işlənib hazırlanması zamanı əsas diqqət əlavə və qeyri - ənənəvi xidmətlərin göstərilməsinə yönəldilir. Kommunikasiya və informasiya texnologiyaları sahəsində nəqliyyat firmalarının yeni strategiyası yeni sifarişlərin meydana gəlməsinə, yorucu və təkrarlanan işlərin aradan qaldırılmasına, yeni sənəd dövriyyəsinin gündəlik praktikada tətbiqinə, uçot məlumatlarının düzgün yığılmaması və təhlili ilə əlaqədar səhvlərin ləğv edilməsinə imkan yaradır.
Son nəticədə nəqliyyat firmalarının strategiyasında sadalanan bu iki yeni istiqamət göstərilən xidmətlərdən istifadə edən firma və şirkətlərin bütün istehsal – satış fəaliyyətinin iqtisadi səmərəliliyinin yüksəldilməsinə obyektiv şərait formalaşdırır.
Mövcud vəziyyətə uyğun olaraq nəqliyyat xidməti üzrə strategiyanın işlənməsi və hər bir nəqliyyat növünün yerinə yetirdiyi işlərin iqtisadi səmərəliliyini müəyyənləşdirmək üçün yük vahidlərini ilkin mənbədən son təyinat məntəqəsinə qədər daşınmasını həyata keçirən hər bir nəqliyyat növünün spesifik xüsusiyyətlərinə (məsələn, bir dəmir yolu stansiyasından digərinə, limandan limana, terminaldan terminala və s.) xüsusi diqqət yönəldilməlidir.
Beləliklə, nəqliyyatın logistikada rolu təkcə ümumlogistik xərclərin tərkibində nəqliyyat xərclərinin xüsusi çəkisinin yüksək olması ilə deyil, ən başlıcası logistikanın bu alt sistemindən istifadə etmədən beynəlxalq əmək bölgüsünün mövcud olduğu indiki şəraitdə material axınlarının hərəkətini təşkil etməyin qeyri - mümkünlüyü ilə müəyyənləşir. Təsadüfi deyil ki, əksər qərb nəqliyyat - ekspedisiya firmaları özlərini logistik firmalar adlandırılar.
Logistik yük vahidlərinin daşınmasında nəqliyyatın rolu çox böyük olduğundan açar xarakterli kompleks logistik aktivliyə aid edilən məsələlərin əhatə dairəsi nəqliyyat logistikasının öyrənilməsini daha da aktuallaşdırır.
Logistik sistemin təsnifatına görə daxili (istehsaldaxili, texnoloji) və xarici (təchizat – satışla bağlı logistik kanallarda) nəqletməni fərqləndirirlər.
Firmanın idarəetmə aparatı yük axınlarının nəqli ilə əlaqədar proseslərə logistik metod və prinsiplərin tətbiq edilməsi haqqında qərarlar qəbul edən zaman ilk növbədə firmanın nəqliyyat «şəbəkəsini» yaratmaq zəruriyyəti ilə qarşılaşır.
Praktika göstərir ki, bütün çətinliklərə baxmayaraq logistik təfəkkür inkişaf etdikcə logistik metod və prinsiplərin material axınlarının nəql edilməsi prosesinə tətbiqi daha da intensiv xarakter alır. Bu isə öz növbəsində:
yük axınlarının nəqliyyat vasitələri ilə hərəkəti haqqında operativ informasiyaları qəbul və emal edən elektron hesablama maşınlarının (EHM ) lokal şəbəkələrindən istifadəni;
material qiymətlilərinin analitik və sintetik uçotunun aparılması üçün mühasibat uçotunda yeni metodların tətbiqini;
qəbul olunan optimal qərarların keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər paketinin işlənib hazırlanmasını;
nəqliyyat yük axınları və onların fəaliyyət prosesinə uyğun gələn çoxlu sayda informasiya axınlarının yaradılmasını nəzərdə tutur.
Yüklərin nəql edilməsilə əlaqədar olan iqtisadi proseslərə logistikanın tətbiqi nəticəsində əldə olunan bu pozitiv irəliləyişlər son illərdə respublikamızda bazar iqtisadiyyatının tələbləri baxımından aparılan əsaslı struktur siyasəti ilə möhkəmlənir. Nəqliyyat logistikası sahəsində bu o deməkdir ki, bazar iqtisadi təfəkkürünə sahib olmaq, özlərinin fəaliyyət strategiyalarını məhz bu istiqamətdə qurmaq, logistik sistemlərin üstünlüklərindən praktiki baxımdan bəhrələnmək ixtisaslaşmış nəqliyyat müəssisələri və departamentləri üçün olduqca çətindir. Təbii ki, bu da ətalətli nəqliyyat müəssisələrinin təsərrüfat fəaliyyətində neqativ hallar yaradır, yəni yük vahidlərinin daşınması üçün çevik nəqliyyat parkına malik olmaq, istehlakçı sifarişlərini vaxtında qəbul etmək və onun dolğun ödənilməsi üçün işgüzar səylərin göstərilməsini tələb edir.
Beləliklə, firmaların logistik menecerləri səviyyəsində material resurslarının nəql edilməsi prosesinin idarə edilməsi bir sıra mərhələlərdən ibarətdir:
nəqletmə metodları və ya üsullarının seçilməsi;
nəqliyyat növlərinin seçilməsi;
nəqliyyat vasitəsinin seçilməsi;
nəqletmə üzrə logistik tərəfdaşların və yükdaşıyanların seçilməsi;
nəqletmə prosesini xarakterizə edən parametrlərin optimallaşdırılması.
Dostları ilə paylaş: |