2.Mənfəət və zərərlər haqqında hesabatlar
Мilli Мühasibat Uçotu Standartlarına keçidlə əlaqədar olaraq hazırda kommersiya təşkilatlarının maliyyə hesabatlarının tərkibinə daxil edilən ən başlıca hesabat formalarından biri də “Mənfəət və zərərlər haqqında hesabat” formalarıdır. Adı çəkilən hesabat formaları təsərrüfat subyektlərinin maliyyə nəticələri haqqında məlumatları özündə əks etdirir.
Мüəssisələrin fəaliyyətinin keyfiyyət göstəricisi hesab olunan son maliyyə nəticəsi mühasibat uçotunda mənfəət və zərər kimi əks etdirilir ki, о müəyyənləşdirilən (hesablanan) zaman hesabat dövrünün gəlir və xərcləri nəzərə alınır. Son maliyyə nəticələri haqqında informasiyanın formalaşması il ərzində artan yekunla 801 “Ümumi mənfəət (zərər)” hesabında toplanılır. Gəlir və xərclər üzrə dövriyyələr (DT və KT üzrə) müqayisə edilməklə xalis mənfəət (zərər) müəyyən edilir.
Hesabatda gəlirlər onların əsas növləri üzrə ayrıca əks etdirilən zaman onlara aid olan xərclər də ayrılıqda göstərilməlidir. Qeyd olunan qayda müəssisələrdə bir tərəfdən məsrəf mərkəzlərini, digər tərəfdən gəlir mərkəzlərini dəqiq müəyyənləşdirməyə imkan verir.
Hesabat tərtib edilərkən hesabat ilinin mənfəətinin müəyyən edilməsi zamanı gəlir və xərclərin strukturunu xarakterizə edən xərclərin növündən və son maliyyə nəticələrinə təsir dərəcəsindən asılı olaraq onlar müəyyən qruplaşdırılmış qaydada və ardıcıllıqla əks etdirilir.
“Мənfəət və zərərlər haqqında heasbat” tərtib edilən zaman mənfəətin (zərərin) qeyd edilən qaydası qəbul edilməlidir. “Маliyyə hesabatının təqdimi üzrə” kommersiya təşkilatları üzrə 1№-li ММUS-а əsasən təsərrüfat subyektləri “Mənfəət və zərərlər haqqında hesabat”da aşağıdakı istiqamətlər üzrə informasiyalar mütləq qaydada öz əksini tapmalıdır:
Dostları ilə paylaş: |