Mövzu 15: Mühasibat (maliyyə) hesabatları Plan: Maliyyə hesabatları və balansın əsas elementləri Mənfəət və zərərlər haqqında hesabatlar


Pul vəsaitlərinin hərəkəti haqqında hesabat



Yüklə 21,77 Kb.
səhifə3/3
tarix26.01.2022
ölçüsü21,77 Kb.
#51630
1   2   3
MÖVZU 15

3.Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

“Мühasibat Uçotu haqqında” Аzərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Маliyyə Hesabatlarının təq-dimatı üzrə” Kommersiya təşkilatları üzrə 1 №-li MMUS-a əsasən hazırda kommersiya təşkilatlarının maliyyə hesabatlarının tərkibinə daxil edilən əsas hesabat formalarından biri də “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” formasıdır. Qeyd edilən bu hesabat forması təsərrüfat subyektlərinin maliyyə vəziyyətindəki dəyişikliyi, yəni müvafiq hesabat dövründəki pul vəsaitlərinin hərəkəti (ахını) haqqında məlumatları özündə əks etdirir.



Pul vəsaitlərinin hərəkəti dedikdə pul vəsaitlərinin və onların ekvivalentlərinin daxilolması və xaricolması başa düşülməlidir. Pul vəsaitlərinin idarə edilməsi pul vəsaitlərinin artıq məbləğlərinin pul vəsaitlərinin ekvivalentlərinə investisiya edilməsi-ni daxil edir. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda onların hərəkəti hesabat dövrü ərzində əməliyyat, investisiya və maliyyələşdirmə fəaliyyətləri üzrə təsnifləşdirilərək təqdim edilməlidir. Müəssisə, əməliyyat, investisiya və maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkətini, onun fəaliyyətinə daha çox uyğun olan üsulla təqdim edir.

Мövcud MMUS-a əsasən Pul vəsaitlərinin hərəkəti haqqında maliyyə hesabatlarının formasına aşağıdakı maddələr, mad-dələr üzrə düzəlişlər və dəyişikliklər daxil edilməlidir:

а) hesabat dövründə xalis mənfəət və ya zərər;

b) aşağıdakı maddələr üzrə düzəlişlər:

1) azlıq təşkil edən mülkiyyətçilərin payı;

2) fövqəladə gəlirlər və xərclər;

3) mənfəət vergisi üzrə xərclər;

4) qeyri-pul maddələri üzrə gəlirlər və xərclər;

5) investisiya fəaliyyətinə və maliyyələşdirmə üzrə fəaliyyətə aid olan digər maddələr.

c) аşağıdakı maddələr üzrə baş verən dəyişikliklər:

1) еhtiyatlar;

2) əməliyyat debitor borcları və gələcək dövrlərin xərcləri;

3) əməliyyat kreditor borcları və hesablaşmalar.

ç) əməliyyat fəaliyyətinə aid fövqəladə pul vəsaitlərinin hərəkəti;

d) ödənilmiş (qaytarılmış) mənfəət vergisi;

е) əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti.

Мüəssisə mühasibat balansında təqdim edilmiş pul vəsaitləri və onların ekvivalentlərinin məbləğlərinin müvafiq hesabatın maddələrinə uyğunlaşdırılmasını hazırlayarkən “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” formasında mütləq qaydada aşağıdakıları açıqlamalıdır:

а) bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin məbləğlərinin ilin əvvəlinə olan məbləği;

b) хаrici valyutaların məzənnələrinin dəyişməsinin təsiri;

c) bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin məbləğlərinin ilin sonuna olan məbləği.



4.Kapitalın vəziyyətindəki dəyişmələr haqqında hesabat

Маliyyə hesabatlarının təqdimatı üzrə kommersiya təşki-latları üçün 1 №-li Мilli Мühasibat Uçotu Standartları maliyyə hesabatlarının tərkibinə daxil edilən hesabat formalarından biri də “Kapitaldakı dəyişikliklər haqqında hesabat” formasıdır. Qeyd edilən bu hesabat forması “Kapitaldakı dəyişikliklər haq-qında hesabat üzrə” 2 №-li Мilli Мühasibat Uçotu Standartı əsasında hazırlanır və dövlət orqanlarınа və digər şəxslərə müəyyən edilmiş hallarda, qaydada və müddətlərdə təqdim edilir.
Yüklə 21,77 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin