Mövzu: 16. İşgüzar kommunikasiyada hesabat, akt, etibarnamə, annotasiya, reklamlar, elanlar və bildirişlər Plan



Yüklə 186 Kb.
səhifə4/15
tarix01.01.2022
ölçüsü186 Kb.
#50792
1   2   3   4   5   6   7   8   9   ...   15
Mövzu 16, 17, 18, 19

Yoxlama haqqında dəqiq məlumat verilir və müddəti həm rəqəm, həm də hərflə göstərilir.

  • Nəticə yazılır.

  • Sonda aktı tərtib edənlərin imzası



    4. Məzmun və məqsədinə görə elanların növləri; anons, bildiriş, afişa.

    İşgüzar yazıların sadə formalarından biri də elandır. Məzmununa və məqsədinə görə elanın bir neçə forması vardır. Anons, afişa, bildiriş və s. kimi əməli yazılar elan xarakterlidir..

    Anons nədir, nə demekdir? Anons fransız sözüdür və mənası səsli məlumat anlamlarını ifadə edir. Səsli mesaj vermək, anons etmek: Bir durumu, bir xəbəri sözlə və ya yazıyla xalqa bildirməkdir, duyurmaqdır. Hər hansı bir məlumatı, bir işi, bir durumu bildirmək üçün yayımlanan yazılı və ya sözlü xəbər sərlövhəli elandır. İnsanlara hər hansı bir məhsulu anlatmağa, xidmətdən istifadəni dinləmələrinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsini nümayiş etdirən səsli məlumatlandırma vasitəsidir.

    İşgüzar yazıların sadə formalarından biri də elandır. Məzmununa və məqsədinə görə elanın bir neçə forması vardır. Anons, reklam, afişa, bildiriş və s. kimi əməli yazılar elan xarakterlidir.

    Elan bu və ya digər məlumatı insanlara əvvəlcədən çatdırmaqla təşkiledici missiyanı yerinə yetirir. Məlumat qruplaşdırılarkən aşağıdakılar diqqət mərkəzində saxlanılmalıdır:


      1. Məlumatın mahiyyəti, məzmunu aydın qeyd olunmalıdır.

      2. Məlumatın vaxtı, saatı dəqiq göstərilməlidir.

      3. Tədbirin keçiriləcəyi yer (ərazi, bina, otağın nömrəsi) qeyd edilməlidir.

      4. Məlumatın kim tərəfindən verilməsi göstərilməlidir.

    Elanda bir və ya bir neçə məlumat öz əksini tapa bilər.

    * * *


    Elan

    2020-ci il may ayının 25-də Lənkəran Dövlət Universitetinin akt zalında Elmi Şuranın iclası olacaqdır.

    Gündəlikdə duran məsələ:


    1. 2019/2020-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr.

    2. Sosial məsələlər.

    3. Çıxışlar.

    20 may 2020-ci il. Rektorluq


    Bildiriş

    Azərbaycan Səhmdar Kommersiya Bankı əhalinin nəzərinnə çatdırır ki, Azərbaycan Respublikası əmanət bankının 2021-ci ildən sertifikatlarına verilən orta illik gəlir 10 faizdən 20 faizə qaldırılmışdır.

    Bununla əlaqədar olaraq əmanət bankları tərəfindən əvvəlcə satılmış bütün milli sertifikatlara da orta illik gəlir 20 faiz hesablanacaqdır.
    21 dekabr 2020-ci il ASƏ bankının idarə heyəti

    Afişa


    Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

    M. Maqomayev adına

    Azərbaycan Dövlət Filarmoniyası

    17 noyabr 2020

    Respublikanın xalq artisti, professor

    Ramiz Quliyevin

    Iştirakı ilə

    Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Musiqi

    Akademiyasının

    1 nömrəli xalq çalğı alətləri kafedrası

    professor-müəllim və tələbələrin

    XEYRİYYƏ KONSERTİ

    P r o q r a m d a: Azərbaycan bəstəkarlarının əsərləri.

    Əldə olunan vəsait Azərbaycan Silahlı Qüvvələrinə

    Yardım fondunun hesabına köçürüləcəkdir.

    Konsert saat 19-da başlanır.

    Biletlər artıq satışdadır.




    Yüklə 186 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   15




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin