təsərrüfatının təqlidi; - rəqibin təsərrüfat fəaliyyətinin gözdən salınması; -
rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; - haqsız sahibkarlıq fəaliyyəti;
- haqsız işgüzarlıq davranışı; - istehlakçıların çaşdırılması.
Bu halların qanunla qarşısının alınması nəticə etibarı ilə bazar subyektlərinin
əsassız üstünlük əldə etmək imkanını aradan qaldırır. Rəqabətin əsas üstün
cəhətlərindən biri də bütövlükdə cəmiyyət miqyasında biznesi canlandırmaq,
stimullaşdırmaq və səmərəliliyini yüksəltməkdir. Xüsusilə iqtisadi inkişafında bazar
münasibətlərinə keçidi öz qarşısına məqsəd qoyan hər bir ölkənin iqtisadiyyatı üçün
rəqabət mühitinin yaradılması əhəmiyyətli rola malikdir. Keçmiş İttifaqa daxil olan
ölkələrdə, o cümlədən Azərbaycanda da bazar münasibətlərinə keçidin
müvəffəqiyyətliliyi bazar mühitinin formalaşması ilə, bazar elementlərinin
fəaliyyəti ilə müəyyən olunur.
Bazar elementlərindən biri də rəqabətin formalaşması xüsusi və azad
sahibkarlığın inkişaf etdirilməsi, iqtisadiyyatda dövlətin və istehsalçıların inhisarçı
mğvqeyinin aradan qaldırılması ilə müəyyən olunur. Uzun illər inzibati amirlik
sistemi şəraitində mövcud olan Azərbaycan iqtisadiyyatını düşdüyü böhranlı
vəziyyətdən çıxartmaq üçün keçid dövrünün mühüm problemlərindən biri olan
dövlət mülikyyətinin özəlləşdirilməsi yolu ilə mülkiyyətin çoxnövlüyünə və
təsərrüfat fəaliyyətinin azadlığına nail olmaqla rəqabətə əlverişli şərait
yaradılmalıdır.
Bazar rəqabətdən asılı olaraq iki tipə ayrılır: azad rəqabətli bazar
Dostları ilə paylaş: |