Oliqapolik bazarı mükəmməl rəqabətli bazardan qiymətlərin dəyişmə
xüsusiyyətlərinə görə fərqləndirirlər. Mükəmməl rəqabət şəraitində qiymətlər daimi
olaraq tələb və təklifin tərəddüdündən asılı olaraq dəyişir. Oliqapoliya zamanı isə
qiymətlər tez- tez deyil, böyük vaxt intervalında əhəmiyyətli dərəcədə dəyişilir.
Oliqapoliya tez- tez “qiymətlərdə liderlik” siyasətini aparır ki, bu da özündə hamının
marağını nəzərə almaqla, oliqapoliya sahəsinə daxil olan firmaların, lider- firmanın
qiymətlərinə yönəldiyini əks etdirir. Oliqapoliyanın iqtisadi səmərəliliyinə müxtəlif
mövqeyi- nəzərdən baxışlar mövcuddur.
Dostları ilə paylaş: |