Mövzu 2 Strateji planlamanın əhəmiyəti və maraqların təsiri Plan Strateji planlaşdırmanın rolu



Yüklə 269,98 Kb.
səhifə2/6
tarix09.06.2023
ölçüsü269,98 Kb.
#127725
1   2   3   4   5   6
2 5348270654833565487

Şəkil 1. Müəssisənin strateji məqsədinin işlənilməsinin prinsipial sxemi
Şəkildən göründüyü kimi, məqsədlərin müqayisə edilməsi üçün formalaşan strategiyaya uyğun subyektlərin məqsədi və me-yarları müəyyən edilməli, onun bazası açıqlanmalı və sonra formalaşan məqsədin məzmunu verilməlidir. Bu baxımdan stra teji planlaşdırma firmanın miqyasının müəyyənləşdirilməsi, stra-teji mövqelərin təhlili, rəqabət üstünlüyünə nail olunması, üstün-lüyün qorunub saxlanılması və inkişaf etdirilməsi, üstünlüyün ka-pitala çevrilməsini təmin edən daxili və xarici amillərin tədqiqi yolu ilə təşkilatın strategiyasının müəyyənləşdirilməsi prosesidir.
Strateji planlaşdırmanın başlıca məqsədi minimum məcmu xərclə maksimum nəticənin alınması üçün firma tərəfindən daha effektiv istiqamətləri seçməkdən ibarətdir. O, firmanın dəqiq for-malaşmış missiyasını mütləq əsaslandırmalı, yəni bazara daxil olmağın optimal yolunu seçilməlidir. Strateji planlaşdırma eyni zamanda aşağıdakı bir sıra mühüm məsələləri cavablandırmağa imkan verir:
- müəssisədə biznesin mövcud vəziyyəti necədir?
- daxili zəif və güclü cəhətlər həmçinin məqsədlərə çatmağa mane olan amillər hansılardır?
- missiya necə yerinə yetirilir və missiyanın daha yaxşı yerinə yetirmək üçün nə etmək lazımdır?
- strategiya necə olmalıdır, hansı strateji alternativlər vardır və strategiya dəyişikliklərə nə dərəcədə dayanıqlıdır?
Strateji plan hazırlanarkən məhdudiyyətlər və təhlükələrin zə-rərini azaltmaq mümkündür.
Rasional inkişaf və iqtisadi artımı (əngəlləyən) amillərin ardı-cıl olaraq aradan qaldırılması metodu. Müəssisənin inkişafında yaranan qanunauyğunluqlar və tendensiyaların ekstrapolyasiyası yolu ilə gələcək inkişaf parametləri müəyyənləşir, inkişafa mane olan məhdudiyyətlər aşkarlanaraq yumuşaldılır. Yeni informasiya əsasında məhdudiyyətlər arasında əsas yer tutan dar yerləri dəf etmək üçün işlər görülür.
Başqa bir medot “hədəflərin müəyyənləşdirlməsi ilə inkişaf parametrləinin əldə edilməsi”dir . Bu üsul başlıca hədəfi mənfəət potensialının, satış və bazar payının artırılması, ətraf mühitin mü-dafiəsi və s. müəyyənləşdirilməsindən ibarətdir. Sonra hədəflərə müvafiq parametrlər üzə çıxarılaraq özül kimi götürülmüş əla-mətlərlə müqayisə olunur. Nəticədə müəyyən olunmuş inkişaf hə-dəflərinə çatmaq üçün imkan və məhdudiyyətlərdə dəyişikliklər edilərək təhlükələr və zəif dar yerlərin aradan qaldırılması strateji planda təsbit olunur.
Göstərilən metod proqnozlaşdırmada hansı hədəfə nə vaxt çatmağı dəqiq ifadə etməyə imkan verir.

Yüklə 269,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin