Mövzu 2 Strateji planlamanın əhəmiyəti və maraqların təsiri Plan Strateji planlaşdırmanın rolu



Yüklə 269,98 Kb.
səhifə4/6
tarix09.06.2023
ölçüsü269,98 Kb.
#127725
1   2   3   4   5   6
2 5348270654833565487

İstehsal-texnoloji planlaşdırma, yəni istehsalatın texniki- texnoloji, konstuktor və dizayn cəhətdən işlərin aparımasını bir-ləşdirir. Burada hansı xammal və materialdan istifadəsi, maşın və avadanlıqların cəlb olunması və ümumiyətlə texniki silahlanma üzrə işlər aparılaraq inkişafın texniki səviyyəsi müəyyən olunur. Bu funksiyaya, məhsulun keyfiyyət xassələrinin və rəqabətqabi liyyətliliyinin artırılması, xammal bazarının seçilməsi, yeni isteh-sal güclərinin işə salınması və s. daxildir.
Təşkilatın inkişaf planı yeni texnologiyaya əsaslanan məhsul-ların, işlərin və xidmətlərin hazrılanmasını və yeni fəaliyyət istiqamətlərinə daha səmərəli çıxışı təmin edir.
Zənn etmək olar ki, strateji inkişaf planında müəssisənin mal və xidmətləri nə ilə rastlaşa bilərlər? Yeni növ məhsullara keçər-kən əməkdaşların korporativ ruhu nədən asılı olacaqdır? Yeni texnologiyaya əsaslanan məhsul istehsalı daha çox hansı resurlar-dan asılıdır? İnkişaf planı növbəti suallara cavab verir: təşkilatın əmtəə və xidmətlərinə hansı şərtlər gözlənilir? Yeni növ məhsul-ların yaradılmasını və yeni satış bazarlarının aşkar edilməsini asanlaşdırmaq üçün təşkilat daxilində hansı şərait və abu-hava olmalıdır? Yeni növ məhsulların və xidmətlərin yaradılması üçün mövcud ehtiyatlar hansılardır? Yeni növ məhsulların və xidmət-lərin yaradılması üçün mövcud ehtiyatlar hansılardır?
Müəssisənin inkişaf proqramı – məhsulun hazırlanması və modernləşdirilməsini; istehsal edilən məhsulu tamamlamaq və ya yeni bazar seqmentinə keçmək üçün diversifikasiyanı; müəssi-səsənin hansı istehsalatlardan eləcə də törəmə müəssisələrdən azad olduğunu əks etdirən ləğv planı və elmi-tədqiqat planını nə-zərə alınmaqla təsbit olunur. Özüdə elmi-tədqiqat işləri planı şir-kətin fəaliyyətinin bütün komponentlərinə və parametlərinə - təş-kiletməyə, məhsula, bazara, maliyyəyə, marketinqə, təchizata və menecmentə sirayət edir.
Taktiki planlar operativ fəaliyyətə istiqamətlənən cari iş pla-nıdır. Bu planlar məcmusu mənfəətə istiqamətlənir, məhsul və xidmətlərin problemsiz istehsalını və bazara çıxmasını təmin edir. STZ-lərdə fəaliyyət göstərmək üçün ayrıca cari fəaliyyət planı hazrlanır. Burada hər bir məsələyə – təchizata, satışa və alqı prosesinə diqqət edilir.
Strateji planların icrası da taktiki planlardan asılı olub onların reallaşması vasitəsi kimi çıxış edir. Onların aşağıdakı fərqli cə-hətlərini qeyd edək:
 strateji planlar bir neçə taktiki planlardan ibarət olur;

 taktiki planların bəzi aspektləri strateji planlarla oxşarlıq təşkil edir;


 taktiki fəaliyyət planı icraçısı tərəfindən hazırlanır. Bu o deməkdir ki, strateji planı şirkətin ali menecmenti, taktiki planları isə orta və aşağı səviyyəli menecment hazırlayır və həyata keçirir;
 əgər strateji planlar perspektivə istiqamətləndiyindən uzunmüddətli olurlarsa, taktiki planlar cari dövrə, yəni dekadalıq, aylıq, rüblük, altı aylıq, illik dövrü əhatə edir.
Nəzərə almaq lazımdır ki, inzibati-amirlik sistemində işlədi-lən taktiki planlarla bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstə-rən taktiki planlar arasında ciddi fərqlər vardır. Planlı iqtisadiyyat zamanı müəssisənin taktiki planında kimdən nə qədər xammal, material və enerji alınması, kimə və kim tərəfindən hazır məhsulu göndərmək əks olunurdu. Bazar iqtisadiyyatında isə müəssisə cari fəaliyyəti öz baxışlarına görə qurur. Bizim fikirimizcə, indiki dövrü əks etdirən taktiki planda marketinq, təchizat, maliyyə, istehsal və satış planları sərgilənməlidir. Özüdə marketinq planı digər cari planların ana xəttini təşkil etməlidir. Ona görə ki, mar-ketinq vasitəsilə bazarın ayrı-ayr seqmentlərinin tələbləri, ehtiyac və imkanları öyrənilir ki, bunun əsasında da istehsal olunanan məhsul və xidmətin miqdarı müəyyənləşir. Sonra isə bu istehsal olunan məhsul proqramına lazım olan pul vəsaiti-dövriyyə vəsa-iti, xammal və materialların alınacaq bazarları müəyyənləşir. Sonda isə məhsulların satılacaq bazarları və vasitəçilər göstərilir.
Bazarın qeyri-müəyyənliyi şirkətin xarici mühitində gedən proseslərə ciddi təsir göstərir. Xarici mühitin qeyri-müəyyənliyin-dən və dəyişkənliyindən asılı olaraq müəssisənin cari planındakı proritetlər dəyişə bilər. Elə ola bilər ki, maliyyə planı, istehsal və ya satış planı önə çıxsın.
Düşünürük ki, strateji plan ayrı-ayrı layihə və hədəf proqram-larının məcmusu ilə əsaslandırılmalıdır. Məsələn, təşkilatın inki-şaf planı restrukturizasiya, reinjinirinq, ləğvetmə, məhsulun key-fiyyətinin yüksəldilməsi, yeni məhsulun hazırlanması və mənim-sənilməsi və digər bu kimi proqramlarla təsbit olunur. Müxtəlif hədəfli proqrmalar ayrı-ayrı layihələrlə əsaslandırılmalıdır. Məsə lən, məhsulun rəqbət qabiliyyətliliyinin yüksəldilməsi “hədəf məqsədli proqramı”nda menecment səviyyəsində bacarıqlar, də-yərlər, biliklər, quruluş, ştat, üslub və digər bu kimi ayrı-ayrı isti-qamətlər üzrə tədbirlər hazırlanmalıdır. Bunlar hazırlanarkən adət-ənənələr, sosial dəyələr və korporativ ruha fikir verilməlidir. İstehsalın səviyyəsinin yüksəldilməsi layihəsində isə istehsal məsrəflərinin səviyyəsi, fond tutumu və fond verimi, material tutumu və verimi; əmək tutumu, məhsuldarlığı, maşın və avadan-lığın müasirliyi, onların köhnəlmə səviyyəsi, məhsulun konstruk-siyası və dizaynı, məhsulun etibarlılığı, uzunömürlülüyü, təmirə-yararlığı və s. əsaslandırlır. Başqa bir layihə istehlaçılarla işi əks etdirməlidir. Burada isə məhsulun bazar payına, onun yayılması xüsusiyyətlərinə, vasitəçilərlə işə, satış kanallarının səmərəliliyi, onun qiyməti, əmtəə nişanının şöhrəti, dəyəri, satışdan sonrakı xidmət, satışın həvəsləndirilməsi, reklam kompaniyalarının key-fiyyəti və s. sərgilənməlidir.
Göründüyi kimi hər bir layihə unikaldır. O, əvəzolunmaz də-yərə, icrası ardıcıllığına, yerinə yetirilmə müddətinə, həmçinin ayrı-ayrı texniki-texnoloji, iqtisadi-marketinq keyfiyyətlərinə ma-lik olur.
Təcrübə göstərir ki, dəyişkən xarici mühitə planların uyğun-laşması strateji planlaşdırmanın əsas metodoloji və elmi yanaşma xüsusiyyətidir. Tez bir zamanda və çevik qaydada xarici mühit dəyişikliklərinə uyğunlaşan strateji plan adaptiv sayılır. Yəni stra-teji plan xarici mühitə nə qədər asan uyğunlaşırsa bir o qədər adaptiv sayılır. Bəzən adaptivliyi təmin etmək üçün hər gözlənil-məz və ağılasığmaz ssenarilər nəzərə alınmalıdır.
Zənnimizcə bu məsələni nəzərə alan metod şəraiti planlaş-dırmadır. Hər bir plan, o cümlədən də strateji plan subyektivdir. Ona görə ki, o, onu hazırlayan iqtisadçların baxışlarına, məhdu-diyyətlərinə və biliklərinə arxalanır. Özü də informasiyanın sub-yektiv qavrama dərəcəsi burada yüksək olur. Əgər şirkət rəhbərli-yinin fərziyyələrinə, rəylərinə və proqnozlarına əsaslanan plan həyatda özünü doğrultmazsa, onda bütün başverə biləcək situasi-yaların əvvəlcədən başvermə səviyyəsi araşdırılmalıdır. Şəraiti planlar biznesdə hansı dərəcədə dəyişə biləcək hədəf və strategi-yalarını əsaslandırmağa imkan verir. Şəriati plan xarici mühitdəki dəyişikliklərə tez reaksiya verməyə can atır. İdarəetmə reaksiyası xarici mühitə sürətlə reaksiya verməyə imkan verməklə bütün planlar sistemində və ələxsus cari planda öz əksini tapır. Deməli, strateji planın adaptivliyi xarici mühitdə baş verə biləcək situasi-yaların öyrənilməsi əsasında hazırlanmalıdr.


  1. Yüklə 269,98 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin