Hər bir sənaye müəssisəsi (birlik, firma), mülkiyyət formasın-dan asılı olmayaraq, mürəkkəb sosial-iqtisadi sistemdir və onun fəaliyyətinə müxtəlif xarakterli (tək və ya qrup şəklində) xarici amillər təsir göstərir. Lakin həmin amillər müəssisə tərəfindən idarə olunmur, odur ki, həmin mühitin təsirinə uyğunlaşmaq üçün onun yaratdığı problemləri araşdırıb, düzgün qiymətləndirmək la-zımdır. Xarici mühitin yaratdığı hər hansı bir problemin həlli və yaxud imkanlardan istifadə üzrə qərarlar nəticədə, müəssisənin (birliyin, şirkətin, firmanın) daxili mühit amilləri nəzərə alın-maqla qəbul edildir. Odur ki, xarici və daxili mühitin təsiri nəzərə alınmaqla, müəssisə üzrə müvafiq inkişaf strategiyası – «gələcə-yin ssenariləri» işlənib hazırlanır. Bu zaman əsas məqsəd gələcə-yi təsvir etmək və inkişaf variantlarını işləyib hazırlamaqdan iba-rətdir. Qabaqcıl firmaların iş təcrübəsində belə ssenarilərin adətən iki tipinin hazırlanmasına üstünlük verilir.
Xarici mühit amilləri də nəzərə almaqla, şirkətin (firmanın) strategiyasının formalaşmasına təsir göstərən amilləri aşağıdakı kimi təsnifləşdirmək olar (şəkil 2).
Strategiyanın müəyyən edilməsində ən mühüm amillərdən bi-ri də sahənin cəlbediciliyi və bu sahədə rəqabətin intensivliyidir. Bu amillərin qiymətləndirilməsi şirkətə «bazarda hansı mövqenin tutulması» və «hansı rəqabət strategiyasından istifadə etməli» suallarına cavab verməyə imkan verir. Müəssisənin strategiyası sahənin xüsusiyyətlərinə və rəqabət mühitinə tamamilə uyğun olmalıdır.
Şəkil 2. Strategiyanın formalaşmasına təsir göstərən amillərin təsnifatı
Strategiya elə qurulmalıdır ki, yaranmış imkanlardan, xüsusilə rəqabət üstünlüyünün yüksəldilməsi ilə əlaqədar olan imkanlar-dan mümkün qədər yüksək səviyyədə istifadə olunsun. Şirkətin yaxşı əsaslandırılmış məqsədləri inkişaf imkanlarının yaranması və istifadəsinə, eyni zamanda şirkətin mövcud və gələcək mövqeyinin müdaifəsi ilə əlaqədar olur. Strategiyanın uğurlu olması üçün onu bazarın imkanları və xarici mühitin təhlükələri ilə bağlı surətdə hazırlamaq lazımdır. Bunun üçün bazarın imkanlarından istifadə istiqamətində hücum tədbirləri, uzunmüddətli rəqabət mövqeləri-nin qorunması üçün isə müdaifə tədbirləri hazırlanmalıdır.
Xarici şirkətlərdə strategiyaların hazırlanması üzrə təcrübə göstərir ki, strateji alternativlərin seçilməsində şirkətin rəqiblərə nisbətən peşəkarlığının yüksəkliyi əsas meyar kimi qəbul edilsə daha yaxşı olar. Strategiya şirkətin güclü və zəif cəhətlərini nəzə-rə alaraq onun rəqabət imkanları üzərində qurulmalıdır.