Parafraz etmə Parafraz etməyə başlamazdan öncə, ÇOX VACİBDİR ki, verilmiş məlumatı oxuduqdan sonra siz bu barədə ÖZ İDEYANIZI formalaşdırasınız və ya beyninizdə bir şəkil çizəsiniz. Daha sonra bu üsuldan müəllifin ideyasını parafraz etmənizi YÖNLƏNDİRMƏK üçün bir model kimi istifadə edə bilərsiniz.
Parafraz etmək müxtəlif sözlərdən istifadə etməklə, məlumatı yenidən ifadə etmək deməkdir. Xülasə etməkdən fərqli olaraq, parafraz etmə məlumatı 29 qısaltmaq demək deyil. Parafraz etmə müxtəlif söz və söz birləşmələrindən, frazalardan istifadə etməklə, məlumatı yenidən yazmağı tələb edir.
Nümunələr “Uşaqlar gündəlik həyatlarının böyük qismini məktəbdə keçirir. Onlar məktəbə yalnız biliyə yiyələnmək üçün deyil, həm də dünyanı daha geniş anlamaq üçün, özləri haqqında, başqa qruplarda necə davranmaq haqqında, yaşadıqları icma haqqında və ətrafdakı dünya haqqında öyrənmək üçün gedir. Məktəb şagirdləri belə bir məlumatlanmanın baş verdiyi şəraitlə təmin edir.”
Leyden, S. (1985). Xüsusi qabiliyyətli uşaqlara kömək etmək. London: Krum Helm, səh. 38.
Parafraz etmə
Cümlənin ortasında verilən istinad
Leydenin (1985) göstərdiyi kimi, məktəb uşaqların əsas vaxtlarını keçirdikləri yerdir. Uşaqlar məktəbə akademik informasiya əldə etmək üçün getmirlər. Leyden həm də iddia edir ki, öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar həm də kim olduqlarını, yerli icmalar və eyni zamanda, əhatə olunduqları daha geniş dünya barədə də öyrənirlər. Nəticədə, məktəb uşaqların bir çox hadisə və əşyalar barədə öyrənməsinə imkan verən şərait yaradır.
Mötərizədə verilən istinadlar
Məktəb uşaqların əsas vaxtlarını keçirdikləri yerdir (Leyden, 1985). Uşaqlar məktəbə akademik informasiya əldə etmək üçün getmirlər. Leyden həm də iddia edir ki, öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar həm də kim olduqlarını, yerli icmalar və eyni zamanda, əhatə olunduqları daha geniş dünya barədə də öyrənirlər (Leyden). Nəticədə, məktəb uşaqların bir çox hadisə və əşyalar barədə öyrənməsinə imkan verən şərait yaradır.
Yuxarıdakı misallardan gördüyünüz kimi, parafraz edilən hissədəki məlumat çox dolğundur. Parafraz edilən versiya Leydenin orijinal versiyasını təşkil edən üç cümlənin hər birini yenidən yazır. Daha sonra isə, parafrazda bir neçə əsas söz üzərinə fokuslanırıq: məktəb, uşaqlar, akademik, öyrənmə, keçirmək, qruplar, icma, dünya, şərait.
Xülasə və parafraz edilmiş versiyalar arasındakı ikinci fərq isə ondan ibarətdir ki, parafraz edərkən fikirlərin eyni ardıcıllığı saxlanılır. Məsələn, xülasə edilmiş versiyadan fərqli olaraq, parafraz edilmiş versiyada öncə öyrənmənin akademik tərəfindən, daha sonra isə uşaqların məktəbdə ikən öyrəndikləri daha geniş kontekstli məsələlərdən söz açılır.