Mövzu: 20 İstinad etmə və sitatgətirmə Akademik mənbələri müəyyənləşdirmə



Yüklə 147,21 Kb.
səhifə5/7
tarix14.12.2023
ölçüsü147,21 Kb.
#179106
növüYazı
1   2   3   4   5   6   7
Mövzu-20

Sitatgətirmə - Vasitəsiz nitq
Müəllif nitqi vasitəsiz nitqdən əvvəl, vasitəsiz nitqdən sonra və vasitəsiz nitqin arasında işlənə bilir.
Vasitəsiz nitqin işlənmə yerindən asılı olaraq aşağıdakı durğu işarələrindən istifadə olunur:

  1. Vasitəsiz nitq müəllifin sözlərindən sonra işləndikdə dırnaq içərisinə alınır və ondan əvvəl (müəllifin sözlərindən sonra) qoşa nöqtə qoyulur; məs.:

Siz dediniz: “Ölüm nədir ki, bütün ucalıqları məhv edir?” (Ordubadi) M: “V?”
Dialoq şəklində işləndikdə dırnağa ehtiyac olmur, vasitəsiz nitqdən əvvəl tire işarəsi qoyulur:
Yeyib-içəndən sonra Bəndalı yüzbaşı dedi: - Hə, qardaşoğlu, indi danış görək
hansı qohumlardansınız. (İ.Əfəndiyev)
Müəllif: -Vasitəsiz Nitq. (M:V.)

  1. Vasitəsiz nitq müəllifin sözlərindən əvvəl işləndikdə müəllif sözlərindən əvvəl tire işarəsi, vasitəsiz nitqin sonunda isə intonasiyadan asılı olaraq sual işarəsi, nida işarəsi və ya vergül qoyulur.Məsələn:“Əmirin vəziyyətini möhkəmlətmək üçün düzələn bu macəra çox da uzun sürməz!” - deyənlər də var idi. (M. Ordubadi) “V!” - m.

Vasitəsiz nitq dialoq şəklində verildikdə dırnaq lazım olmur, vasitəsiz nitqdən əvvəl tire, sonra vergül və tire qoyulur.Məsələn: - O, dünyanın ən nadir çiçəklərindən çəkilib, - deyə qarı cavab verdi. (İ.Əfəndiyev) -V,-m.
Bu cür cümlələrdə vasitəsiz nitqdən sonra onun öz intonasiyasından asılı olaraq, nida və ya sual işarələri də qoyulur. 3.Müəllifin sözləri vasitəsiz nitqin arasında işləndikdə ondan əvvəl ikinci bənddə qeyd edilən işarələrdən istifadə edilir; müəllifin nitqindən sonra isə iki hal müşahidə olunur:
a) müəllifin sözlərindən sonra vergül və tire qoyulur: “Gözəl Səba, - dedi,- sən məni bu xidmətinlə minnətdar edirsən.” (M.Ordubadi) “V,-m,-v”
b) müəllifin sözlərindən sonra nöqtə və tire qoyulur:
-Bəli, qibleyi-aləm! - deyə Ballı qarı ah çəkdi.-Mən anayam. (İ.Əfəndiyev) -V! - m.- V
4. Üçüncü bənddəki misaldan fərqli olaraq, vasitəsiz nitq müəllifin sözlərinin arasında işlənir və bu zaman vasitəsiz nitqdən əvvəl qoşa nöqtə və tire, vasitəsiz nitqdən sonra onun intonasiyasına uyğun olaraq vergül, nida və ya sual işarəsi və tire qoyulur. Məsələn:

Qarı: -Mən anayam,-dedi və bir qab su alıb taxt-rəvanın qarşısında yerə çökdü. (İ.Əfəndiyev) M:- V,-m.


Bu cür hallarda vasitəsiz nitq dırnaqda verildikdə bütün işarələr olduğu kimi saxlanmaqla yalnız vasitəsiz nitqdən əvvəl tire qoyulmur. Məsələn: Atabəyin marağı daha da artdı və qəlbində: “Belə bir qızı əldə etmək zəngin bir məmləkət əldə etməkdən daha qiymətlidir,”-dedi. (M.Ordubadi) M: “V”,-m.


5.Vasitəsiz nitq ilə müəllifin sözləri bir-birini ardıcıl şəkildə əvəz edə bilir. Bu zaman dialoq nitqində yuxarıda qeyd edilən durğu işarəsi qaydalarından istifadə edilir. Məsələn: 1. Taygöz Yusif bir daha yerə qədər təzim edib: -Qibleyi-aləm, - dedi,- mən aciz Yusif sənin sadiq qulunam.(İ.Əfəndiyev) M:- V,-m,-v. 2. Əmir onun əlindən tutub: -Kömək et! - dedi.-Hadisələr, fitnələr mənim ətrafımı alıb. (Ordubadi) M:-V!-m.-V.


Müəllif nitqi ilə vasitəsiz nitqin bu cür düzülüşü “deyə”,“soruşduqda”, “dedikdə” tipli feli bağlamaların köməyi ilə iki müxtəlif müəllifin də dediklərini əlaqələndirə bilir. Məsələn: Fəxrəddin Nizaminin qulağına pıçıldayıb: -Hərgah məsciddə bizdən bi’ət almaq istəyərlərsə, təklifimiz nədir? - deyə soruşduqda, Nizami: - Baxıb görək fərmanda nə yazılır, o zaman təklifimiz aydınlaşar,-dedi. (Ordubadi) M:-V?-m, M: -V,- m.


Yaxud: Əmir təəccüblə: -İnana bilmirəm,-dedikdə, vəzir öz fikrini bir daha açıq dedi: -Sizə gətirilən məktubun Fəxrəddin tərəfindən yazıldığı şübhəsizdir. (Ordubadi) M:-V,-m,m:-V.

Vasitəsiz nitq yalnız özgəsinin sözlərindən deyil, müəllifin öz nitqindən, öz düşüncəsindən də ibarət olur. Bəzən müəllif özünün keçmişdə söyləmiş olduğu fikri yada salır. Məsələn: “İnsan qanadsız quşdur,-deyə mən düşünürdüm, - srağagün bu vaxt biz,-mən, körpüsalanlar, bir də Adil Zoğallı meşəsindəydik. Qərib də yaralanmamışdı...” “Qərib də yaralanmamışdı...” deyə mən öz-özümə təkrar etdim. (İ.Əfəndiyev)


Vasitəsiz nitq sadə və mürəkkəb, cüttərkibli və təktərkibli, müxtəsər və geniş, bütöv və yarımçıq cümlə şəklində ola bilir, elliptik cümlədən, hətta üzvlənməyən cümlədən də ibarət olur. Bir cümlədən ibarət olduğu kimi, bir neçə cümlənin birliyi, bir sintaktik bütöv şəklində də qurulur.Məsələn: 1. Firdovsi deyirdi ki: “Qara qarğanın yumurtasını cənnətdəki tovuzun altına qoyasan, yumurtadan çıxdığı zaman onu cənnət əncirlərinin danələri ilə bəsləyəsən, yenə o böyüdükdə qarğa balası olacaqdır. Cənnət tovuzuna isə quru bir zəhmət qalacaqdır.” (M.Ordubadi)


2.Gəzdiyi yerlərdə, keçirdiyi məclislərdə Nəsimiyə həmişə bir sual verirdilər: “Fəzlin siması necədir?” Nəsimi də həmişə eyni cavabı verib: "Fəzlin siması təsvirə gəlməz”, -deyirdi. (İ.Hüseynov). 3. -Deyəsən, külqabıdan xoşunuz gəlir, Mirzə. Buyurun, qurbandır sizə... Mirzə Manaf özünü güc-bəla ilə ələ alıb:-Yox! - dedi. Amma təzə müdir, deyəsən, inanmadı: -Çəkənsiz, Mirzə? Mirzə Manaf: - Hərdən birin, -dedi. (Ə.Əylisli)


Vasitəsiz nitqdə əvəzliklər müəllif nitqinin deyil, vasitəsiz nitqin öz tələbləri əsasında işlənmiş olur.Məsələn: Anam dedi: -Siz heç kasıblardan pul-zad da almırsınız. Doktor dedi:-Mən sizin xalqınızı sevirəm. (İ.Əfəndiyev)
Vasitəsiz nitqdə canlı danışıq dilinə xas olan bütün elementlərdən - ara sözlərdən, xitablardan, nidalardan, ədatlardan geniş istifadə edilir (misallara bax).
Özgə nitqinin yalnız məzmununun verilməsinə vasitəli nitq deyilir. Vasitəsiz nitq vasitəli nitqə çevrilərkən tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə əmələ gəlir. Məsələn: Çoban Mahmud dedi: -Xanım, mən çobanam, ev işi bacarmaram. (İ.Əfəndiyev) - Çoban Mahmud dedi ki, o, çobandır, ev işi bacarmaz.

Vasitəli nitqdə özgə nitqinin fonetik, leksik, qrammatik xüsusiyyətlərində, hətta intonasiyasında da dəyişikliklər edilir, onun yalnız məzmunu saxlanılır. Məsələn: Səkinə nənə kişi kimi gurultulu səslə onlara tərəf qışqırdı: - Ehey, ey selbasarlılar, cahıllar obada yoxdur deyin kişiləşmisiniz? (İ.Əfəndiyev) - Səkinə nənə kişi kimi gurultulu səslə onlara tərəf qışqırdı ki, cahıllar obada yoxdur deyin kişiləşibsiniz?





Yüklə 147,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin