Mövzu 4 : Əmək məhsuldarlığının statistikası Əmək məhsuldarlığının və əmək ödənişinin statistik öyrənilməsinin zəruriliyi və statistikanın vəzifələri


Əm ək ödənişinin forma, sistem və göstəriciləri



Yüklə 18,28 Kb.
səhifə2/4
tarix06.11.2022
ölçüsü18,28 Kb.
#67625
1   2   3   4
Gonder

Əm ək ödənişinin forma, sistem və göstəriciləri: Əmək ödənişi – işçilərin istehsal olunan məhsula, göstərilən xidmətlərə və yaxud işlənmiş vaxta görə müntəzəm olaraq aldıqları məbləğlərdir. Buraya əmək haqqı fondundan ödənişlər, birdəfəlik mükafatlar və başqa ödəmələr daxildir. Əmək haqqı fonduna daxildir:
1) müəssisə və təşkilatların işlənmiş vaxta görə hesabladığı natura və pulla əmək haqqı məbləğləri;
2) əmək şəraiti və iş rejimi ilə əlaqədar olan həvəsləndirici əlavələr və konpensasiyalar;
3) qida, mənzil və yanacaq üçün müntəzəm olaraq ödənilən məbləğlər.
Müəssisədə fəhlələrin əmək haqqı fondu saatlıq, günlik və aylıq əmək haqqı fondlarından ibarətdir.
Saatlıq əmək haqqı fondu faktiki işlənmiş adam-saatlara görə hesablanan əmək haqqını əhatə edir. Tarif fondunun bütün ünsürləri onun tərkibinə daxil edilir.
Günlük əmək haqqı fondu faktiki işlənmiş adam-günlərə görə ödənişlərdən ibarətdir.
Aylıq əmək haqqı fonduna günlük əmək haqqı fondunun bütün ünsrləri və habelə növbəti və əlavə məzuniyyətlərin haqqı, işlənməmiş vaxta görə ödənişlər, birdəfəlik və həvəsləndirici ödənişlər, qida, mənzil və yanacaq üçün ödənişlər daxil edilir. Əmək haqqının iki forması vardır:
1) İşəmuzd. Bu halda məhsulun və ya görülən işin hər vahidi üçün əmək haqqı hesablanır;
2) Vaxtamuxd. Onun məbləği faktiki işlənmiş vaxtın saatla miqdarını müəyyən olunmuş tarif qiymətinə vurmaqla tapılır.
İşəmuzd əmək haqqı çərçivəsində əmək ödənişinin bir sıra sistemləri vardır:
1. Əmək haqqının müstəqim işəmuzd sistemi. Bu zaman əmək haqqı istehsal olunan məhsulun hər vahidi üçün hesablanan qiymətlə ödənilir; bu isə işin tarif qiymətini gündəlik hasilatın həcminə vurmaqla hesablanır.
2. Müstəqim-mükafatlı sistemdə mükafatlandırma şərtlərinə əməl etdikdə işçiyə əlavə olaraq mükafat hesablanır.
3. Əmək ödənişinin işəmuzd – mütərəqqi sistemində fəhləyə normanın yerinə yetirilməsi hüququnda əmək haqqı əsas işəmuzd qiymətlərlə, normadan artıq görülən iş isə yüksək qiymətlə ödənilir.
Vaxtamuzd forma çərçivəsində iki sistem vardır: 1. İşçilərin əməyinin ödənilməsinin sadə vaxtamuzd sistemi. Bu halda əmək haqqı faktiki işlənmiş iş vaxtının miqdarına və verilmiş tarif dərəcəsinin qiymətinə əsasən hesablanır. 2. İşçilərin əmək ödənişinin mükafatlı-vaxtamuzd sistemi. Bu halda işçilərə yüksək göstəricilərə görə əlavə olaraq mükafat hesablanır.
Əməyin ödənilməsinin akkord sistemi. Bu halda əmək haqqı akkord tapşırığına daxil olan işlər kompleksini yerinə yetirməyə görə müəyyən edilir. Bu sistem əməyin təşkilinin briqada formasında tətbiq edilir. Bu sistem daxilində akkord-işəmuzd və akkord-mükafatlı sistemlər fərqləndirilir.

Yüklə 18,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin