Mövzu 4 : Əmək məhsuldarlığının statistikası Əmək məhsuldarlığının və əmək ödənişinin statistik öyrənilməsinin zəruriliyi və statistikanın vəzifələri: Məhsuldarlıq dedikdə məhsul buraxılışının istehsal amilləri məsrəfinə nisbəti başa düşülür. Yəni, məhsuldarlığı hesablayarkən müəyyən həcmdə istehsal amili hesabına nə qədər məhsul istehsal olunduğu müəyyən edilir. Amillərin məsarifi dedikdə, məhsul istehsalına cəlb olunan bütün amillərin (ümumi məhsuldarlıq), yaxud da müəyyən amilin məsarifi başa düşülür. Əmək məhsuldarlığı dedikdə, konkret əməyin nəticəsi, yəni onun müəyyən vaxt ərzində məhsul yaratmaq qabiliyyəti başa düşülür. Hazırda əmək məhsuldarlığının tətbiq olunan göstəricisi istehsal olunan məhsulun həcminin sərf edilən əməyin miqdarına nisbətindən ibarətdir. Bu zaman əmək məhsuldarlığının natural göstəricilərində konkret əməyin nəticəsi əks olunur. Natural göstərici iş vaxtı vahidində istehsal olunan istehlak dəyərlərinin miqdarından ibarət olmaqla işçi qüvvəsi fəaliyyətinin nəticəsini əks etdirir.
Məhsul istehsalında canlı və keçmiş (maddiləşmiş) əmək iştirak edir. Canlı əmək məsrəflərinə görə fərdi, lokal və ictimai əmək məhsuldarlığını müəyyən etmək olar. Fərdi əmək məhsuldarlığı işçi yerləri səviyyəsində, ayrı-ayrı kollektivlər (müəssisələr, təşkilatlar, iqtisadiyyat sahələri) üzrə canlı əmək məsrəflərinin səmərəliliyini səciyyələndirir. Canlı əmək məsrəflərinin ölkə miqyasında səmərəliliyi ictimai əmək məhsuldarlığını (İƏM) əks etdirir: İƏM=
Natural, şərti-natural əmək və dəyər ifadəsilə əmək məhsuldarlığının səviyyəsi göstəriciləri: Sosial-iqtisadi statistika əmək məhsuldarlığı göstəricilərini hesablayarkən kəsrin surəti ilə məxrəcinin müqayisəliliyi məsələsinə həmişə diqqət yetirir. Bu məsələ müəssisənin sahəvi mənsubiyyətindən asılıdır. Məsələn, kənd təsərrüfatı müəssisələrində məhsul vahidinə əmək məsrəfləri, ticarətdə bir işçiyə düşən mal dövriyyəsi hesablanır. Bu zaman əmək məhsuldarlğının müstəqim (W) və əks (t) göstəriciləri hesablanır: W = ; W = ; t = ; t =
burada q – məhsulun natural ölçüdə həcmini;
qp - məhsulun dəyər ifadəsi ilə həcmini;
T – iş vaxtı məsarifini (adam-saatla, işçilərin orta sayı ilə) göstərir.
Məhsulun həcmi natural, şərti-natural və dəyər ifadəsində uçota alındığından orta hasilat göstəriciləri də həmin ölçülərdə hesablanır.