Mövzu 4 : Əmək məhsuldarlığının statistikası Əmək məhsuldarlığının və əmək ödənişinin statistik öyrənilməsinin zəruriliyi və statistikanın vəzifələri


İşçilərin əməyinin ödənilməsi göstəriciləri



Yüklə 18,28 Kb.
səhifə3/4
tarix06.11.2022
ölçüsü18,28 Kb.
#67625
1   2   3   4
Gonder

İşçilərin əməyinin ödənilməsi göstəriciləri: onların isteh-lakına yönəldilən vəsaitdən: əməyin ödənilməsinə çəkilən başqa məsrəflərdən; müəssisənin mənfəəti və başqa mənbələri hesabına işçilərə nəqd pul ödənişləri və mükafatlardan; səhmlər üzrə ödənilən dividentlərdən və sosial güzəştlərdən ibarətdir. Ümumi əmək haqqı işçilərə nəqd pulla verilən və əməyin natura formasında ödənişindən ibarətdir. Nəqd əmək haqqına işçilərə görülən işlərə (və yaxud işlənmiş vaxta) görə işəmuzd və vaxtamuzd qiymətlərlə, tarif dərəcələri ilə vəzifə maaşları üzrə hesablanan məbləğlər daxil edilir. Onun məbləği satışdan əldə olunan pul mədaxilinin və yaxud mənfəətin məbləğindən müəyyən faizlə də hesablana bilər. Əmək haqqının tərkibinə istehsal nailiyyətlərinə görə, xidmət ilinə görə, iş stajına görə, iş rejiminə və əmək şəraiti ilə əlaqədar olan başqa ödənişlər də daxil edilir.
Əməyin natura formasında ödənilməsi işçilərə müəyyən mallar verməklə və müəyyən xidmətlər göstərməklə həyata keçirilir. Məsələn, işçilərin və onların ailə üzvlərinin şəxsi tələ-batını ödəmək üçün verilən məhsullar, kommunal xidmətlərinin ödənilməsi, ərzaq, mənzil və yol xərcində güzəştlər və yaxud işə gəlmək üçün çəkilən nəqliyyat xərclərinin ödənilməsi və s. Daha çox müəssisə və təşkilatların marağı ilə əlaqədar olan xərclər isə əmək haqqına daxil edilmir. Bura işçilərin işə qəbulu, başqa işə keçirilməsi vaxtı ödənilən birdəfəlik müavinətlər və gündəlik xərclər, ezamiyyə xərcləri, şəxsi maşınlardan xidməti məqsədlər üçün istifadəyə görə verilən kompensasiyalar, işçilərin əmək şəraitini yaxşılaşdırmaqla əlaqədar olan xərclər, verilən xüsusi paltarların və ayaqqabıların dəyəri və s. daxildir. Əhalinin sosial müdafiəsinə faktiki ayırmalar müəssisələrin, idarə və təşkilatların və habelə əhalinin sosial müdafiəsi fonduna ödənişlərindən yaranır.
Sosial müdafiəyə şərti hesablanan ayırmalar işverənlərin öz işçilərinə və buna hüququ olan başqa şəxslərə verdiyi birbaşa ödənişlərdən ibarətdir. Onlara aiddir: iş müqaviləsi dayan-dırıldıqda verilən işdən çıxma haqqı, müəssisənin ləğvi və yaxud yenidən təşkili ilə əlaqədar olaraq ixtisara düşən işçilərə verilən məbləğlər; istehsal zədələrinə görə əmək qabiliyyətinin qismən və ya tamamilə itirilməsinə görə əlavə haqq; pensiyalara əlavələr; pensiyaya çıxan işçilərə birdəfəlik müavinətlər; təhsillə əlaqədar olan məzuniyyətlərin haqqı; öz körpəsinə qulluqla əlaqədar olaraq 3 ilə kimi qismən ödənilən məzuniyyətdə olan qadınlara verilən kompensasiya; ali və orta ixtisas məktəblərində oxumağa göndərilən tələbələrə verilən təqaüdlər; işçilərin və onların uşaqlarının istirahət evlərinə, sanatoriyalara və ekskursiyalara göndərilməsi xərcləri və s.
Muzdlu işçilərin əmək haqqı işverənəin hesabat dövründə yerinə yetirilmiş işə görə müzdlu işçiyə pul və ya natura şəklində ödədiyi haqq deməkdir. Əmək haqqı maliyyələşdirmə mənbəyindən asılı olmayaraq pul və natura formasında hesablanan bütün qazanc növlərini, müxtəlif əlavələri və sosial güzəştləri əhatə edir.

Yüklə 18,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin