Mövzu №4. Avtomatlaşdırılmış iş yeri


AİT-in platforması anlayışı



Yüklə 188,05 Kb.
səhifə2/5
tarix16.05.2023
ölçüsü188,05 Kb.
#114573
1   2   3   4   5
Mövzu №4. Avtomatlaşdırılmış iş yeri

1.4.3. AİT-in platforması anlayışı


Avtomatlaşdırılmış informasiya texnologiyalarının tərifinə görə onların əsasını uyğun əməliyyat sisteminin idarəsi altında proqram mühitində hesablama proseslərini həyata keçirən kompüter texnikası vasitələri təşkil edir. Kompüter vasitələrinin texniki imkanları və əməliyyat sisteminin arxitekturası AİT-in imkanlarını təyin edən bazisi (əsası) təşkil edir. Məhz bu bazis AİT-in platforması adlanır.
Kontekstdən asılı olaraq AİT-in platforması uyğun prosessorda realizə olunan aparat vasitələri və uyğun əməliyyat sistemi kompleksi, və ya ancaq aparat vasitələri kimi təyin oluna bilər.
Kompüter və onların əməliyyat sistemləri ilə yanaşı AİTin platformasına drayverlər və protokolları ilə birgə şəbəkə və periferiya avadanlığı da aid edilə bilər.
AİT platformasının əsas komponentlərinin xarakteristikalarını nəzərdən keçirək.

AİT-in aparat vasitələri


AİT platformasının aparat vasitələrinin əsas növü hesablama maşınıdır. Hesablama maşını dedikdə, hesablama və informasiya məsələlərinin həlli zamanı informasiyanın avtomatik emalı üçün nəzərdə tutulmuş texniki vasitələr kompleksi başa düşülür.
“Hesablama maşını” ifadəsinə sinonim olaraq “elektron hesablama maşını” termini və ya müasir praktikaya daxil olmuş “kompüter” termini çıxış edir. Hesablama maşınları bir sıra əlamətlərə görə təsnif oluna bilər:
− fəaliyyət prinsipi;
− yaranma mərhələləri və element bazası;
− təyinatı;
− hesablama prosesinin təşkili üsulu;
− ölçüsü, hesablama gücü;
− funksional imkanları;
− proqramların paralel yerinə yetirilməsi imkanı və s.
İnformasiyanın (siqnalların) analoq (fasiləsiz siqnallar) və diskret (impuls siqnalları) formalarda sxemotexniki təsviri ilə əlaqəli olan fəaliyyət prinsipinə görə hesablama maşınları üç böyük sinfə ayrılır: analoq; rəqəmsal; hibrid.
Rəqəmsal hesablama maşınları (RHM) və ya diskret fəa- liyyətli hesablama maşınları diskret, yəni rəqəmsal formada təsvir olunmuş informasiya ilə işləyirlər. Müasir praktiki fəaliyyətdə (iqtisadiyyat, elm və texnika və digər sahələrdə) RHM – elektron rəqəmsal hesablama maşınları və ya, sadəcə olaraq, elektron hesablama maşınları – geniş tətbiq tapmışlar.
Analoq hesablama maşınları (AHM) və ya fasiləsiz fəaliyyətli hesablama maşınları hər hansı bir fiziki kəmiyyətin (əksər hallarda elektrik gərginliyinin) bir sıra qiymətlərini istifadə edən fasiləsiz (analoq) formada verilmiş informasiya ilə işləyirlər. AHM-lərin istismarı çox sadə və rahatdır. Məsələlərin həll sürəti istifadəçinin istəyinə görə dəyişir və RHM-in sürətindən yuxarı ola bilər, lakin məsələnin həll dəqiqliyi aşağıdır (nisbi xəta 2-5% təşkil edir). Tərkibində mürəkkəb məntiq tələb etməyən diferensial tənliklər olan riyazi məsələlər AHM-də uğurla həll olunurlar.
Hibrid hesablama maşınları (HHM) və ya kombinə edilmiş hesablama maşınları həm rəqəm, həm də analoq formada verilmiş informasiya ilə işləyirlər. Hibrid hesablama maşınları AHM və RHM-in üstün cəhətlərini birləşdirirlər və mürəkkəb cəld fəaliyyətli texniki komplekslərin idarə edilməsi məsələlərinin həllində onların tətbiqi məqsədəuyğundur.
Təyinatına görə kompüterləri üç qrupa ayırmaq olar: universal (ümumi təyinatlı); problem-yönlü; ixtisaslaşdırılmış.
Universal kompüterlər müxtəlif təyinatlı məsələlərin (mühəndis-texniki, iqtisadi, riyazi, informasiya) həlli üçün nəzərdə tutulublar. Onlar kollektiv təyinatlı hesablama mərkəzlərində və digər güclü hesablama komplekslərində geniş tətbiq olunurlar. Universal hesablama maşınlarının fərqləndirici xarakteristikalarını qeyd etmək olar:
− yüksək məhsuldarlıq;
− dəyişmə və təsvir diapazonu geniş olduqda emal olunan verilənlərin (ikilik, onluq, simvol) formalarının müxtəlifliyi;
− icra olunan çoxsaylı əməliyyatlar (riyazi, məntiqi, xüsusi);
− əməli yaddaşın həcminin böyük olması;
− müxtəlif növ xarici qurğuların qoşulması imkanı təmin olunduqda informasiyanın giriş-çıxış sisteminin təşkili.
Problem-yönlü kompüterlər, bir qayda olaraq, texnoloji proseslərin idarə edilməsi ilə əlaqəli olan məhdud çərçivəli məsələlərin həlli üçün nəzərdə tutulublar. Bu cür hesablama maşınları nisbətən kiçik həcmli verilənlərin qeyd edilməsi, toplanması və emalını təmin edirlər; nisbətən sadə alqoritmlər əsasında hesablamaların yerinə yetirməsinə imkan yaradırlar; universal kompüterlərə nisbətən məhdud aparat və proqram resurslarına malikdirlər.
İxtisaslaşdırılmış kompüterlər müəyyən məhdud çərçivəli məsələlərin həlli və ya ciddi şəkildə müəyyən olunmuş funksiyalar qrupunun həyata keçirilməsi üçün nəzərdə tutulublar. Kompüterlərin bu cür məhdud çərçivəli istiqamətləndirilməsi onların strukturunun dəqiq ixtisaslaşdırılmasına imkan verir; onların işləməsinin məhsuldarlığını və etibarlığını yüksək səviyyədə saxlayaraq mürəkkəbliyinin və dəyərinin xeyli aşağı salınmasına imkan verir. İxtisaslaşdırılmış kompüterlərə aşağıdakıları aid etmək olar: xüsusi təyinatlı proqramlaşdırılan mikroprosessorlar; ayrı-ayrı mürəkkəb olmayan texniki qurğular, aqreqatlar və proseslərin idarə edilməsinin məntiqi funksiyalarını yerinə yetirən adapterlər və kontrollerlər; hesablama sistemləri qovşaqlarının işinin uyğunlaşdırılması qurğuları.
Ölçüləri və hesablama gücünə görə kompüterləri aşağıdakı kateqoriyalara ayırmaq olar: çox böyük (superkompüterlər və ya superEHM-lər); böyük; kiçik; çox kiçik (mikrokompüterlər və ya mikroEHM-lər).
Kompüterlərin funksional imkanları aşağıda verilmiş vacib hesab olunan texniki-istismar xarakteristikalarla təyin olunurlar:
− vahid zaman ərzində maşın tərəfindən yerinə yetirilən əməliyyatların orta sayı ilə ölçülən cəldlik;
− kompüterin işlədiyi ədədlərin mərtəbəliliyi və təsvir for- maları;
− bütün yaddaş qurğularının növü, həcmi və cəldliyi;
− informasiyanın xarici yaddaş, mübadilə və giriş-çıxış qurğularının növləri və texniki-iqtisadi xarakteristikaları;
− maşındaxili interfeys növü, yəni rabitə qurğuları və kompüterin qovşaqlarının uyğunlaşdırılması qurğularının növləri və keçirtmə qabiliyyəti;
− çoxproqramlılıq, yəni kompüterin eyni zamanda bir neçə istifadəçi ilə işləmə və eyni zamanda bir neçə proqramın yerinə yetirməsi qabiliyyəti;
− maşında istifadə olunan əməliyyat sistemlərinin növləri və texniki-iqtisadi xarakteristikaları;
− proqram təminatının mövcudluğu və funksional im-
kanları;
− digər kompüter növləri ilə proqram uyğunluğu, yəni digər kompüter növləri üçün yazılmış proqramların yerinə
yetirilməsi qabiliyyəti;
− maşın əmrləri sistemi və onun strukturu;
− rabitə kanallarına və hesablama şəbəkələrinə qoşulma imkanı;
− kompüterin istismarının etibarlılığı, digər parametr və xarakteristikalar.

Yüklə 188,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin