Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”



Yüklə 359,58 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix02.12.2023
ölçüsü359,58 Kb.
#171504
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
Mövzu 4 “Dini müxtəliflik və multikulturalizm”

3. 
Protestantlıq  
M
ənsublarının sayına görə ən böyük ikinci xristian konfessiyası protestantlıqdır. Dünya üzrə 
protestantların sayı 800 milyon nəfərdən yuxarıdır.
Protestantlığın meydana gəlməsi alman rahibi və ilahiyyatçısı Martin Lüterin (1483-1546) 
adı ilə bağlıdır. Belə ki, o, 31 oktyabr 1517-ci ildə Saksoniya knyazlığının inzibati mərkəzi olan 
Vittenberqd
ə “95 tezis”ini bəyan edir. Latın dilində yazılan bu sənədlə M.Lüter Roma Katolik 
Kils
əsində geniş yayılmış sui-istifadə hallarına qarşı çıxırdı. Alman ilahiyyatçısı cənnət qəbzinin 
(indulgensiya) satışını kəskin tənqid edir, keşişlərin Tanrı ilə insan arasında vasitəçi ola 
bilm
əyəcəklərini deyir, Tanrı tərəfindən Roma Papasına günahları bağışlamaq kimi imtiyaz və 
s
əlahiyyətin verilmədiyini bildirirdi. O, “95 tezis”ində vurğulayırdı ki, insan kilsənin hökmü ilə deyil, 
yalnız imanı ilə xilas ola bilər.
Əslində, M.Lüterin yeni bir məzhəb yaratmaq niyyəti yox idi. O, sadəcə Roma Katolik 
Kils
əsində islahatların aparılmasını tələb edirdi. Lakin “95 tezis”in bəyanından sonra cərəyan 
ed
ən tarixi proseslər sonunda yeni bir xristian məzhəbin yaranmasına gətirib çıxardı. Belə ki, 
Roma Katolik Kils
əsinin zülmü və katolik ruhanilərin hərisliyindən əziyyət çəkən alman əhalisi 
M.Lüterin ideyalarını dəstəklədi.
1520-ci ild
ə Roma Papası “95 tezis”in müəllifini bidətçi elan etdi. Bununla yanaşı, Müqəddəs 
Roma İmperiyasının imperatoru V Karl (1500-1558) 1521- ci ildə “Vorms edikti” adlı fərmana imza 
atdı. Həmin fərmanı imzalamaqla imperator M.Lüteri bidətçi və cinayətkar elan etdi, onun 
əsərlərinin nəşrinə və yayılmasına qadağa qoydu. Buna baxmayaraq, bəzi alman knyazları 
M.Lüteri müdafi
ə etdilər. Saksoniya kurfüstü (seçici knyazı) III Fridrix (1463-1525) isə ona 
himay
əçılik etdi.
1529-cu ild
ə 2-ci Şpeyer reyxstaqı (Müqəddəs Roma imperiyasında qanunverici məclis. – 
Red.) M.Lüteri cinay
ətkar sayan “Vorms edikti”ni təsdiqlədi. Bu səbəbdən 19 aprel 1529-cu ildə 
M.Lüterin t
ərəfini tutan altı alman knyazı və on dörd müstəqil şəhər etiraz əlaməti olaraq “Şpayer 
etirazı” və ya “Şpayer protesti” adlı sənədi reyxstaqa təqdim etdilər. Bundan sonra həmin sənədin 
adına uyğun olaraq, M.Lüterin tərəfdarları “etiraz edənlər” mənasına gələn protestantlar adını 
aldılar.

Yüklə 359,58 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin