4. İslam İslam ibrahimi dinlərin sonuncusu sayılır. “Təslim olmaq, boyun əymək, itaət etmək”
m
ənalarında işlədilən “İslam” sözü ərəb dilində “sülh” mənasına gələn “silm” kökündən yaranıb.
Bu din
ə inananlar ərəb dilində “müslim”, dilimizdə isə “müsəlman” adlanır.
İslam Məhəmməd peyğəmbərin (570/571-632) təbliğ etdiyi bir din olaraq VII əsrin əvvəlində
Ərəbistan yarımadasının Hicaz bölgəsində tarix səhnəsinə çıxmışdır. Məhəmməd peyğəmbər
M
əkkə şəhərində məskunlaşan Qüreyş qəbiləsinin Bəni-Haşim (Haşimoğulları) qoluna mənsub
olmuşdur. Müsəlman mənbələrinə görə, Məkkə yaxınlığındakı Hira mağarasında ona ilk vəhy
g
əlmişdir. Bundan sonra o, məkkəli bütpərəstləri təkallahlılıq əqidəsinə dəvət etmişdir.
Ömrünün sonuna q
ədər Mədinədə yaşayan Məhəmməd peyğəmbər 632- ci ildə dünyasını
d
əyişdi. Məhəmməd peyğəmbərin vəfatından sonra İslam tarixində xilafət dövrü başladı.
M
əşvərət yolu ilə seçilən ilk dörd xəlifə (Əbu Bəkr, Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn
Əbu Talib) dövründə baş verən ərəb istilaları nəticəsində İslam dini Ərəbistan yarımadasının
hüdudlarını aşaraq İraq, Suriya, İran, Şimali Afrika və yer üzünün digər regionlarında yayıldı.
Abassil
ərin hakimiyyəti dövründə xilafətin paytaxtı olan Bağdad şəhəri dünyanın əsas elm,
ticar
ət və mədəniyyət mərkəzlərindən biri sayılırdı. IX əsrin 20-ci illərində həmin şəhərdə “Hikmət
evi”nin (“Beyt əl-Hikmə”) yaradılması İslam dünyasında elmin inkişafına güclü təkan verdi. Bu
elmi m
ərkəzdə çalışan alimlər yunan, latın, fars, hind, çin və digər dillərdə olan riyaziyat, tibb,
f
əlsəfə, astronomiya kimi elmlərə dair əsərləri ərəb dilinə tərcümə edirdilər. Sonradan müsəlman
aliml
əri bu zəngin mirasdan istifadə edərək müxtəlif elm sahələrində fundamental əsərlər ortaya
qoydular.
Müasir İslam tarixində 25 sentyabr 1969-cu ildə İslam Konfransı Təşkilatının təsis olunması
əlamətdar hadisəyə çevrildi. Mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən
h
əmin təşkilata (2011-ci ildən İslam Əməkdaşlığı Təşkilatı adanır) hazırda 57 dövlət üzvdür.
Dünyanın 28 ölkəsində isə İslam dövlət və ya rəsmi din statusundadır. Müasir dövrdə İslam dini
xristianlıqdan sonra mənsublarının sayına görə dünyanın ən böyük dinidir. Hazırda yer kürəsində
t
əqribən 1 milyard 800 milyon müsəlman yaşayır ki, bu da dünya əhalisinin 24,1 faizini təşkil edir.
İslam etiqadına görə, bəzi peyğəmbərlərə Allah tərəfindən Cəbrayıl mələk vasitəsi ilə
müq
əddəs mətnlər göndərilmişdir. Bu müqəddəs mətnlərin bəziləri kitab, bəziləri isə səhifələr
şəklində olmuşdur. Kitab şəklində olan müqəddəs yazılar bunlardır: “Tövrat”, “Zəbur”, “İncil” və
“Quran”. “Tövrat” Musaya, “Zəbur” Davuda, “İncil” İsaya, “Quran” isə Məhəmməd peyğəmbərə
gönd
ərilmişdir.
Müs
əlmanlar inanırlar ki,