MÖVZU 4
FH-da yaranmış şəraitin
aydınlaşdırılması və
qiymətləndirilməsi.
Mülki müdafiə kəşfiyyatı
.
Ocaqov H.O.
Nağıyev N.T.
Muxtarov R.M
FH-da yaranmış şəraitin
aydınlaşdırılması və qiymətləndirilməsi
FH zamanı yaranmış şəraitin
aydınlaşdırılması və qiymətləndirilməsi.
Radiasiya şəraitinin proqnozlaşdırılması və
qiymətləndirilməsi
.
Kimyəvi şəraitin aydınlaşdırılması və
qiymətləndirilməsi.
Bakterioloji şəraitin qiymətləndirilməsi.
Mülki müdafiə kəşfiyyatı
FH zamanı yaranmış şəraitin aydınlaşdırılması və
qiymətləndirilməsi.
FH zamanı yaranmış şəraitin aydınlaşdırılması və
qiymətləndirilməsi aşağıdakı tədbirləri həyata
keçirmək üçün lazımdır.
Fövqəladə hallara dair xəbərdarlıq;
İtkilərin azaldılması;
Qəzaların və təbii fəlakətlərin nəticələrinin aradan
qaldırılması üçün qüvvə və vəsaitlərin müəyyən edilməsı.
FH zamanı yaranmış şəraitin
aydınlaşdırılması və
qiymətləndirilməsi.
FH zamanı yaranmış şəraitin aydınlaşdırılması
və qiymətləndirilməsinin məqsədi:
Baş vermiş FH-ın ərazisinin miqyasını;
Bina və tikililərin dağılma səviyyəsini;
Obyektin işçi heyəti və əhali arasında itkilərin
müəyyən edilməsi.
FH zamanı yaranmış şəraitin aydınlaşdırılması
və qiymətləndirilməsi
.
FH zamanı yaranmış
şəraitin aydınlaşdırılması
və qiymətləndirilməsi 3
mərhələdə həyata keçirilir:
1-ci Mərhələ 2-ci Mərhələ 3-ci Mərhələ Mümkün ola Baş
vermiş FH- Baş vermiş FHbiləcək FH-ın ın dərhal ın
faktiki
proqnozlaşdırıl proqnozlaşdırıl şəraitinin qeyd ması
ması olunması
FH zamanı yaranmış şəraitin
aydınlaşdırılması və qiymətləndirilməsi.
FH zamanı 6 əsas təsir faktoru vardır:
•
Təzyiq təsiri;
•
Termiki təsir;
•
Toksikoloji təsir;
•
Radi
o
aktiv təsir;
•
Mexaniki təsir;
•
Bioloji təsir.
FH zamanı yaranmış şəraitin aydınlaşdırılması və
qiymətləndirilməsi.
Sülh və ay müharibə dövründə FH-ların təsir faktorları
FH-ın növü
Təsir faktorları
Parametrləri
Zərbə dalğasının izafi
Partlayışlar
Zərbə dalğası
i
təzyiq
Yanğınlar
İstilik şüalanması
İstilik selinin sıxlığı
Kimyəvi qəzalar
Zəhərlənmə, zədələnmə
(hücumlar)
Zəhərlənmə, zədələnmə
səviyyəsi (toksidoza)
Radioaktiv çirklənmə,
Radiasiya qəzaları
Şüalanma dozası
şüalanma
Bina və tikililərin
Zəlzələ
Zəlzələnin intensivliyi
dağıntıları
Epidemiya
Virus, bakteriyalar
Xəstəliklərin dərəcəsi
Radiasiya şəraiti və onun qiymətləndirilməsi
.
Radiasiya şəraiti – insan fəaliyyətinə təsir göstərən
ərazinin radioaktiv çirklənməsinin miqyasından və
səviyyəsindən asılıdır.
Radioaktiv çirklənmənin miqyası və səviyyəsi əsasən nüvə
partlayışlarının sayından, gücündən və növündən, nüvə
zərbəsindən sonra keçən müddətdən və meteoroloji şəraitdən
asılıdr.
Radioaktivliyin parametrlərini müəyyən etmək üçün
işıqtexniki, elektromaqnit, seysmik, akustik, radiolokasiya və
d. aşkarlama qurğularından istifadə edilir.
Radiasiya təhlükəsizliyi – İnsanların sağlamlığının
ionlaşdırıcı şüalanmadan mühafizəsidir.
Şüalanma 2 cür olur:
Daxili və xarici.
Radiasiya şəraiti və onun
qiymətləndirilməsi
Radiasiya mənbələri müxtəlif olur və onların
qarşısının alınmasının müxtəlif metodologiyaları
və texniki üsulları mövcuddur.
Nüvə-yanacağından istifadə olunan obyektlərdə və
ya radioaktiv materiallar daşınarkən baş verən
qəzalar zaman yaranan radioaktiv çirklənmə
Nüvə silahlalarının tətbiqi zamanı yaranan
radioaktiv çirklənmə
Nüvə-yanacağındanistifadə olunan obyektlərdə və ya
radioaktiv materiallar daşınarkən baş verən qəzalar
zaman yaranan radioaktiv çirklənmə
Mümkün radiasiya şəraitinin proqnozlaşdırılması üçün
məlumatlar:
AES
-
in yerinin koordinatları;
Reaktorun tipi, onun enerji səviyyəsi;
Radioaktiv maddələrin tullanmaya başlama vaxtı;
Küləyin istiqaməti və sürəti;
Havanın şaquli dayanıqlılıq səviyyəsi;
Nüvə-yanacağındanistifadə olunan obyektlərdə və ya
radioaktiv materiallar daşınarkən baş verən qəzalar
zaman yaranan radioaktiv çirklənmə
Nüvə-yanacağındanistifadə olunan obyektlərdə və ya
radioaktiv materiallar daşınarkən baş verən qəzalar
zaman
yaranan radioaktiv çirklənmə
. Radiasiya nəzarəti zonası
1
1
mZv
–
5
mZv
2
. Məhdud yaşayış zonası
5
mZv
–
20
mZv
3
. Köçürülmə zonası
20
mZv
-
50
mZv
4
. Məhdud zona
mZv və daha çox
50
Nüvə-yanacağındanistifadə olunan obyektlərdə və
ya radioaktiv materiallar daşınarkən baş verən
qəzalar
zaman yaranan radioaktiv çirklənmə
29.09.1957. Nüvə tullantılarının partlaması nəticəsində
böyük bir ərazidə radioaktiv şüalanma baş vermişdir, bütün
əhali evakuasiya olunmuşdur. (Çelyabinsk vilayəti).
28.03.1974. Midltaunda nüvə reaktorunda partlayış baş
vermişdir. (Pensilvaniya, ABŞ).
11.02.1981. "Sekvoya-1" zavodundan 400 min litr
radioaktiv maddə soyuducusu yerə axmışdır. (ABŞ).
26.04.1986. İnsanlıq tarixində ən ağır qəza, Çernobıl
AESdə qəzası baş vermişdir. 4-cü reaktorda baş verən partlayış
nəticəsində atmosferə 1 neçə milyon kub metr radioaktiv qaz
buraxılmışdı. Külək radioaktiv maddələri bütün Avropaya
yaymışdı. 30 km radiusda bütün əhali köçürülmüşdü.
Nüvə-yanacağındanistifadə olunan obyektlərdə və ya
radioaktiv materiallar daşınarkən baş verən qəzalar
zaman yaranan radioaktiv çirklənmə
Çernobıl faciəsi — 26 aprel 1986-cı il
Ukraynanın Pripyat şəhəri yaxınlığında
yerləşən Çernobıl AES-ində güclü nüvə
partlayışı baş verdi.
Stansiya partlayandan sonra yaranmış
radioaktiv buludun böyük hissəsi Şərqi
Avropaya doğru hərəkət etmişdisə, belə "ölüm
bulud"unun yerdə qalan hissəsinin küləklər
cənuba "sürükləmişdi". Azərbaycanda da
Çernobıl
faciəsi nəticəsində radioaktiv
şüalanmaya məruz qalanlar var idi.
Bundan başqa, AES-in partlamış 4-cü enerji
blokunun təhlükəsiz hala salınması üçün
beton örtük
(Sarkofaq) inşa edilmişdir.
Nüvə-yanacağındanistifadə olunan obyektlərdə və ya
radioaktiv materiallar daşınarkən baş verən qəzalar zaman
yaranan radioaktiv çirklənmə
Keçirilən "Sarkofaq"
əməliyyatında 600
min
insan
iştrak etmişdir. Çernobıl qəzasının
iştirakçısı olmuş 7 min azərbaycanlıdan
bu illərdə 2 min nəfəri vəfat edib.
Hazırda yaşayanların arasında isə çox
sayda yataq xəstələri var. Bu faciədən
sonra Çernobıldan köçən
ailələrdə
doğulan uşaqların 90 %-də əlillik
yaranır. Hadisədən neçə illər keçsə də,
radiasiyanın fəsadları hələ də Avropada
dolanmaqdadır.
Nüvə-yanacağındanistifadə olunan obyektlərdə və ya
radioaktiv materiallar daşınarkən baş verən qəzalar zaman
yaranan radioaktiv çirklənmə
Nüvə silahlalarının tətbiqi zamanı
radioaktiv çirklənmə
Nüvə silahlarının tətbiqi zamanı şüalanma nüfuzedici
radiasiya və ərazinin radioaktiv çirklənməsi zamanı baş verir.
Nüfuzedici radiasiya - qamma şüaları və neytronlar selindən
ibarətdir. Onlar havada hər tərəfə 4 km məsafəyə yayıla bilərlər.
Qamma şüaların insana təsiri udulan doza ilə xarakterizə olunur.
1 Qr = 1 C/1kq ; 1 Qr = 100 rad ; 1 Zv = 1 Qr
Aşağıda radiasiya şüasını 2 dəfə azaldan bəzi
materialların qalınlığı göstərilmişdir.
Müdafiə materialı
2 dəfə azaltma
qalınlığı, sm
Sıxlıq, q/sm³
Qurğuşun
1
11.3
Beton
6.1
3.33
Polad
2.5
7.86
Torpaq
9.1
1.99
Su
18
1.00
Ağac material
29
0.56
Zəiflədilmiş uran
0.2
19.1
Hava
15000
0.0012
Nüvə partlayışı rayonunda ərazinin radioaktiv
çirklənməsi zonalarının xarakteristikası
Çirklənmə zonası
Şərti
işarə
Udulan doza, Qr
Zonanın
xarici
sərhədi
üzrə
Zonanın
mərkəzində
Zonanın
daxili
sərhədi
üzrə
Orta yoluxma
A
0.4
1.25
4
Güclü yoluxma
B
4
7
12
Təhlükəli yoluxma
C
12
22
40
Çox təhükəli
yoluxma
D
40
70
100 və
daha çox
O
caqov H.O.
Nağıyev
N.T.
Muxtarov
R.M
Nüvə silahlalarının tətbiqi zamanı radioaktiv
çirklənmə
Nüvə silahlalarının tətbiqi zamanı Xirasima və
Naqasakidə yaranan vəziyyət, radioaktiv çirklənmə.
Bankın
qabağındakı
insan
izi
İşıq
şüalanması
nəticəsindəki
iz
Kimyəvi şəraitin aydınlaşdırılması və
qiymətləndirilməsi.
Kimyəvi şərait güclü təsirli zəhərləyici və ya
kimyəvi maddələrin axması (tullanması) və ya
kimyəvi silahların tətbiqi nəticəsində yaranır.
Kimyəvi şəraitin qiymətləndirilməsinə daxilidir:
1.
Kimyəvi yoluxmanın miqyasının və xarakterinin
müəyyən edilməsi; obyektlərin, MM qüvvələrinin və
əhalinin fəaliyyətinə təsirinin analizi;
2.
İnsanların mühafizəsi üçün ən məqsədəuyğun
qərarların qəbulu.
Kimyəvi şəraitin aydınlaşdırılması və
qiymətləndirilməsi.
Kimyəvi şəraitin qiymətləndirilməsi zamanı əsas diqqət
yetirilməli olan məqamlar:
1)
Kimyəvi maddənin növü və miqdarı, kimyəvi silahın
tətbiqi vasitəsi və onun tipi;
2)
Zəhərli maddələrin axmasının (tullanmasının),
kimyəvi silahların tətbiqinin yeri və vaxtı; Əhalinin
təhlükəsizliyinin səviyyəsi;
3)
Ərazinin topoqrafik şəraiti və yoluxmuş havanın
yayılmasının qarşısında duran tikililərin xarakteri;
4)
Meteoşərait (küləyin istiqaməti və sürəti, yerin və
havanın temperaturu, havanın şaquli dayanıqlılığının
səviyyəsi)
Kimyəvi şəraitin aydınlaşdırılması və
qiymətləndirilməsi.
Havanın 3 şaquli dayanıqlılıq səviyyəsi vardır:
inversiya, izotermiya, konveksiya.
İnversiya adətən axşam saatlarında, təxminən günəş
batmazdan 1 saat öncə yaranır, günəş çıxandan 1 saat
sonra itir. İnversiya zamanı havanın aşağı qatları yuxarı
qatlara nisbətən soyuq olur. Bu da öz növbəsində onun
hündürlüyə yayılmasının qarşısını alır və yoluxmuş
havanın yüksək konsentrasiyalı qalmasına şərait yaradır.
Kimyəvi şəraitin aydınlaşdırılması və
qiymətləndirilməsi.
İzotermiya havanın stabil tarazlılığı ilə xarakterizə
olunur, daha çox yağmurlu hava zamanı xarakterikdir,
həmçinin səhər və axşam vaxtlarda, inversiyadan
konveksiyaya (səhərlər) və əksinə (gecələr) keçid
vəziyyətində yarana bilər.
Konveksiya əsasən günəş çıxmazdan 2 saat öncə
yaranır və batmazdan təxminən 2 - 2.5 saat qabaq dağılır.
O, adətən aydın yay günlərində təsadüf olunur.
Konveksiya zamanı havanın aşağı qatları yuxarı
qatlarından daha çox isti olur. Bu da yoluxmuş havanın
yayılmasına və təsirinin azalmasına şərait yaradır.
Kimyəvi şəraitin aydınlaşdırılması və
qiymətləndirilməsi.
Havanın şaquli dayanıqlılıq səviyyəsi aşağıdakı qrafik
vasitəsilə hava məlumatına əsasən müəyyən edilə bilər:
Küləyin
sürəti,
m/s
Gecə
Gündüz
Aydın
Tutqun
Yağmurlu
Aydın
Tutqun
Yağmurlu
0.5
İnversiya
Konveksiya
0.6 - 2
2.1 - 4
4 və çox
İzotermiya
İzotermiya
GTZM-ə malik obyektlərdə kimyəvi şəraitin
aydınlaşdırılması və qiymətləndirilməsi.
GTZM-ə
malik obyektlərdə kimyəvi şəraitin
aydınlaşdırılması və qiymətləndirilməsinin əsas məqsədi
kimyəvi zədələnmə ocaqlarında ola bilən insanların
müdafiəsini təşkil etməkdir.
Proqnozlaşdırma metodu ilə kimyəvi şəraitin
qiymətləndirilməsi zamanı bütün GTZM ehtiyatının
dağılmasını, yayılmaq üçün uyğun meteoşəraitin
(inversiya, küləyin sürəti 1 m/s) olması qəbul edilməlidir.
Qəza zamanı qiymətləndirmə baş vermiş şəraitə uyğun
aparılır, yəni, real dağılmış zəhərli maddənin qədəri və real
hava şəraiti götürülməlidir.
GTZM-ə malik obyektlərdə kimyəvi
şəraitin aydınlaşdırılması və
qiymətləndirilməsi.
Obyektin kimyəvi
təhlükəsizliyinin
səviyyəsi
Qəza zamanı kimyəvi
yoluxma zonasına düşən
insanların sayı, min
nəfər
75 və daha çox
40-dan 75-ə dək
40-dan az
Saya düşmür
Macarıstanda GTZM-ə malik obyektdə baş vermiş
qəza
.
I
II
III
IV
4 oktyabr tarixdə Macarıstanda alüminium zavodunda texnogen
qəza baş vermişdir. Zəhərli maddə ilə dolu olan 700 min m³ həcmli
rezervuarın bəndi dağılmışdır (bəzi ehtimallara görə partlayış
nəticəsində, digər ehtimala görə yağış sularının bəndi zəiflətməsi
nəticəsində). Tərkibində Mendeleyev cədvəlinin 38 elementi olan
(onlardan canlılar üçün zəhərliləri kadmium, arsen (―mışyak‖), nikel
və civə ) qırmızı rəngli zəhərli maddə bənd dağıldıqdan sonra 2 m
hündürlüklə yaxınlıqdakı qəsəbəyə yayılmış, qarşısında duran bir çox
tikilini dağıtmışdır.
Macarıstanda GTZM-ə malik obyektdə baş
vermiş qəza.
Macarıstanda GTZM-ə malik obyektdə baş
vermiş qəza.
Peykdən çəkilən şəkil
Macarıstanda GTZM-ə malik obyektdə baş
vermiş qəza.
Macarıstanda GTZM-ə malik obyektdə baş
vermiş qəza.
Kimyəvi silahın tətbiqi zamanı kimyəvi şəraitin
aydınlaşdırılması və qiymətləndirilməsi.
Kimyəvi
silahın
tətbiqi
zamanı
kimyəvi
şəraitin
aydınlaşdırılması və qiymətləndirilməsi - kimyəvi yoluxma
zonalarının və hücuma məruz qalmış ərazilərin, yoluxmuş havanın
yayılma dərinliyinin, digər ərazilərə yaxınlaşma müddətinin,
ərazidəki zəhərləyici maddənin dayanıqlılığının, fərdi mühafizə
vasitələrindən istifadənin zəruriliyinin, işçilər, əhali, MM-in
qüvvələrinin şəxsi heyəti arasında mümkün itkilərin müəyyən
edilməsidir.
Düşmən tərəfindən zəhərləyici maddənin tətbiq sahəsinin
müəyyən edilməsi kəşfiyyat qüvvələri və ya MM qərargahının
məlumatlarına əsasən həyata keçirilir.
Kimyəvi silahın tətbiqi zamanı kimyəvi şəraitin
aydınlaşdırılması və qiymətləndirilməsi.
Yoluxmuş havanın yayılma dərinliyi - kimyəvi silahın
tətbiqi rayonunun sərhədlərindən zəhərli hava buludunun
yayılmasının sərhədlərinə qədər olan məsafə ilə ölçülür.
Kimyəvi yoluxmanın miqyası zəhərli hava buludunun sahəsi
və kimyəvi yoluxma ərazisi ilə müəyyən edilir.
Kimyəvi yoluxmanın müddəti kimyəvi silahın tətbiqinin
miqyasından, zəhərli maddənin növündən, meteoroloji şərait və
ərazidən asılıdır.
Kimyəvi yoluxmanın təhlükəsi kimyəvi yoluxmuş ərazi və
burada olan mümkün insan itkiləri ilə ölçülür
Bakterioloji şəraitin
qiymətləndirilməsi.
Bioloji şərait bakterioloji (bioloji) silahın tətbiqindən sonra
yaranan bir şəraitdir. Boiloji şəraitin əsas xarakteristikası itkilərin
sayıdır. Bioloji şərait düşmən tərəfindən tətbiq edilən hücumun
miqyasından asılıdır.
Şəraitin
qiymətləndirilməsindəəsasən
aşağıdakılar nəzərə alınır:
Yoluxma ərazisi
Əhalinin orta yaşayış sıxlığı
Yoluxma rayonunda əhalinin müdafiə olunmasının səviyyəsi
Əməliyyat hesablamaları üzrə fövqəladə hallar zonasında insan
itkilərinin aşağıdakı qayda üzrə müəyyən etmək olar:
S = K · I · (1 – H) · (1 – P) · E
Burada, S – Əhalinin itkiləri (nəf.)
K – Yoluxmuş və bir-birilə əlaqədə olan əhalinin
sayı
I – Kontaqioz indeksi
Bakterioloji şəraitin qiymətləndirilməsi.
H – Qeyri spesifik müdafiə əmsalı
P – Spesifik müdafiə əmsalı
E – Təcili profilaktika əmsalı
K –nın qiyməti bakterioloji yoluxmuş ərazinin sahəsiinn qiyməti
ilə həmin ərazidəki əhalinin sıxlığının qiymətinin hasilinə
bərabərdir.
Kontaqioz indeksi I – yoluxmuş xəstə ilə əlaqədə olduqdan sonra
insanın xəstələnmə ehtimalının səviyyəsidir.
Qeyri spesifik müdafiə əmsalı H sanitar-gigiyenik və
epidemiyaya qarşı tətbirlərin lazımi vaxtda həyata keçirilməsindən,
içməli suyun və yeyinti məhsullarının yoluxmaya qarşı
mühafizəsindən, havadan yoluxma baş verərkən əhalinin qruplara
ayrılmasından, həşaratlara qarşı fərdi mühafizə vasitələrindən
asılıdır.
Spesifik
müdafiə əmsalı P infeksion xəstəliklərin
profilaktikasında istifadəsi uyğun sayılan müxtəlif növ dərmanların
effektivliyini nəzərə alır.
Təcili profilaktika əmsalı E müvafiq xəstəliklərə qarşı
antibiotiklərlə müdafiəyə uyğundur.
Mülki müdafiə kəşfiyyatı
Kəşfiyyat - MM qüvvələrinin fəaliyyətini təmin etmək üçün
görülən əsas tədbirlərdən biridir. MM sistemində aparılan
kəşfiyyatda məqsəd - güclü istehsalat qəzasından, təbii fəlakətdən və
ya düşmən basqınından sonra yaranmış vəziyyət barədə dəqiq
məlumatlar toplamaqdır. Bunlar MM rəhbərlərinə əhalinin
mühafizəsini və xilasetmə işlərini təşkil etmək barədə düzgün qərar
qəbul etmək üçün lazımdır.
MM kəşfiyyatının əsas vəzifələri sülh dövründə:
Ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bitkiçilik
məhsullarının
radioaktiv,
kimyəvi,
bakterial
maddələrlə
çirklənməsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq;
Yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik, epizootik və
epifitotik vəziyyətə müntəzəm nəzarət etmək;
Güclü istehsalat qəzası və ya təbii fəlakət baş vermiş rayonlarda
yaranan vəziyyətləri aşkar etməkdir.
Müharibə dövründə düşmən basqınından sonra kəşfiyyatın
vəzifələri aşağıdakılar barədə məlumatlar əldə etməkdir:
İşlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya endirildiyi,
nüvə partlayışının gücü və koordinatları;
Radiasiyanın səviyyələri, zəhərləyici maddənin konsentrasiyası,
zəhərli hava buludunun yayılma istiqaməti;
Zədələnmə ocağının hüdudları;
Xilasetmə və digər işlər aparılan rayonlarda zədələnmə şəraitinin
necə dəyişdiyi;
Mühafizə qurğularının, oradakı adamların vəziyyəti, onlara
yardım göstərmənin yolları;
Kommunal enerji şəbəkələrinin, rabitə xətlərinin, habelə MM
dəstələri, köçürülən əhali hərəkət edəcək marşrutların vəziyyəti;
Yanğın yerləri, onların yayılma istiqaməti;
Hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli
subasma və daşqın zonaları yaranıb-yaranmadığı və s.
Mülki müdafiə kəşfiyyatı
Yerüstü kəşfiyyat
Havadan kəşfiyyat
Dənizdən (çaydan)
kəşfiyyat
Mülki müdafiə kəşfiyyatı
Fövqəladə hallarda MM kəşfiyyatının təşkili və aparılması
qaydaları.
Kəşfiyyatı təşkil etmək bütün MM rəhbərlərinin, qərargahlarının
və komandirlərinin vacib vəzifələrindəndir.
Kəşfiyyatın konkret məqsədlərini, ilk növbədə hansı məlumatların
toplanmasını və müddətlərini, bunun üçün istifadə ediləcək qüvvələri
mülki müdafiə rəhbəri müəyyənləşdirir.
Kəşfiyyatın dəqiq təşkil edilməsi üçün MM qərargahının rəisi tam
məsuliyyət daşıyır, bu işin bilavasitə təşkilatçısı isə MM qərargahı
rəisinin müavinidir. O, MM rəhbərinin qərarına və qərargah rəisinin
konkret göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini
planlaşdırır, qrupları və manqaları fəaliyyətə hazırlayır, kəşfiyyata
göndərir, onlardan alınan kəşfiyyat məlumatlarını toplayır, təhlil edir
və ümumiləşdirir.
Mülki müdafiə kəşfiyyatı
Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd - kəşfiyyat planıdır. Plan
müvafiq MM qərargahında əvvəlcədən tərtib edilir, yuxarı
qərargahla razılaşdırılır və MM rəhbəri tərəfindən təsdiqlənir.
Plana obyektin sxemi (rayonun xəritəsi) əlavə edilir, burada
idarəetmə məntəqələrinin, mühafizə qurğularının, kəşfiyyat
bölmələrinin yerləri, bu bölmələrdə konkret fəaliyyət marşrutları,
vəzifələrini yerinə yetirdikdən sonra toplanış məntəqələri şərti
işarələrlə göstərilir. MM qərargahının rəisi bölmə komandirlərinə
kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında
verir. Sərəncamda yaranmış vəziyyət barədə qısa məlumat, onun
konkret vəzifələri və icra müddəti, rabitə yaratmaq və kəşfiyyatın
nəticələri barədə məlumat vermək qaydaları dəqiq göstərilir.
Mülki müdafiə kəşfiyyatı
Kəşfiyyat
bölmələri
radioaktiv
zəhərlənmə ocaqlarına göndərilən hallarda
isə, həmçinin şəxsi heyətin yolverilən
şüalanma dozası da müəyyən edilir. Şəhərdə,
rayonda və obyektlərdə kəşfiyyat işlərinə
radiasiya və kimya müşahidəsi postları, MM
kəşfiyyat qrupları, xidmətlərin və dəstələrin
kəşfiyyat manqaları (bölmələri), habelə
müşahidə
və
laboratoriya
nəzarəti
şəbəkəsinin (MLNŞ) müəssisələri cəlb
edilirlər.
Radiasiya və kimya müşahidəsi postları
(RKMP) - bütün obyektlərdə yaradılır və
təhlükə yaranarkən bilavasitə fəaliyyətə
başlayırlar. Onların əsas vəzifələri radioaktiv
və kimyəvi zəhərlənmələri vaxtında aşkar
etmək, müşahidə sahəsində vəziyyətin
Mülki müdafiə kəşfiyyatı
dəyişməsinə fasiləsiz göz qoymaq və
qərargaha müntəzəm surətdə məlumat
verməkdir.
Təbii fəlakət və istehsalat qəzaları vaxtı posta
digər vəzifələr də tapşırıla bilər. Post elə yerdə
qoyulmalıdır ki, oradan hər tərəfi müşahidə etmək
mümkün olsun və postun özü MM idarəetmə
məntəqəsinin yaxınlığında yerləşsin.
Müşahidəçilərin daldalanması və növbədən sonra
dincəlməsi üçün burada hökmən üstüörtülü səngər
düzəldilir, müşahidəçi duran yerdə cəhətləri göstərən
nişanlar qoyulur. Postun heyəti onun rəisindən və iki
müşahidəçidən ibarətdir.
Kəşfiyyat qrupu manqası isə təbii fəlakət, qəza
nəticəsində bilavasitə obyektdə, digər fəaliyyət
rayonunda, habelə düşmən basqınından sonra
zədələnmə
ocağında,
hərəkət
marşrutlarında
Mülki müdafiə kəşfiyyatı
yaranmış vəziyyəti öyrənmək məqsədi ilə göndərilir.
Kəşfiyyat qrupu, onun komandirindən və hərəsi 3
nəfərlik bir rabitə və bir neçə kəşfiyyat
manqalarından ibarət olur. Hər manqa bir-birindən
500 m aralı 3 mühafizə qurğusuda, yaxud 800 m dək
zolaqda (şəhərin 2-3 məhəlləsindən ibarət sahədə)
kəşfiyyat aparmaq üçün nəzərdə tutulur.
Zəhərlənmə rayonlarında kəşfiyyat aparılarkən, radiasiya səviyyələri
0,5 rentgen-saat olan, yaxud kimyəvi zəhərlənmə aşkar edilən zonanın
hüdudları hədd nişanları vasitəsilə nişanlanır.
Zəhərlənməni ölçdükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur və
nişanda zəhərlənmənin növünü, səviyyəsini və ölçülmə vaxtını qeyd edir.
Mülki müdafiə kəşfiyyatı
Hədd nişanı yolun kənarında yaxşı görünən yerdə qoyulmalıdır. Nişanı elə
qoyurlar ki, onun üz tərəfi yerdə zəhərlənmə olmayan və ya az olan sahəyə
tərəf dursun. Qrupun komandiri marşrutun sxemində hər dəfə zəhərlənmə
ölçülən yeri, zəhərlənməni (növünü) və ölçülmə vaxtını kəşfiyyat
jurnalında qeyd edir və bu barədə radio vasitəsilə obyektin MM
qərargahına məlumat verir.
Obyektin ərazisində kəşfiyyatçılar müxtəlif sexlərdə, qurğularda və s.
zəhərlənmənin növünü, dərəcəsini təyin edir, vəziyyətin dəyişməsinə
nəzarət edirlər.
Mülki müdafiə kəşfiyyatı
Kəşfiyyatçılar
obyektin
sexlərində,
sığınacaqlarında, xilasetmə aparılacaq yerlərdə
yaranmış vəziyyəti (dağıntıların, yanğınların
xarakterini, adamlar qalmış yerləri və s.) öyrənir,
zəhərlənmənin səviyyələrini ölçürlər. Belə
yerlər, adətən əvvəlcədən müəyyən edilir və
yuxarıda deyildiyi kimi obyektin kəşfiyyat
sxemində (planında) göstərilir.
Kəşfiyyat qurtarandan sonra kəşfiyyat qrupu
(manqası) toplanış məntəqəsinə gəlir, komandir
qərargaha
vəzifələrin
yerinə
yetirilməsi
haqqında məlumat verir və kəşfiyyat sxemini
təqdim edir. Bundan sonra o, lazımi hallarda
avtomobilin,
şəxsi
heyətin
zəhərlənmə
dərəcəsini yoxlayır, təmizləmə işlərini təşkil
edir, dozimetrlərin göstəriciləri əsasında şəxsi
Mülki müdafiə kəşfiyyatı
heyətin məruz qaldığı şüalanma dozalarını
hesablayır və qrupu yeni vəzifələrin icrası üçün
işə hazırlayır.
Mülki müdafiə kəşfiyyatı
Müxtəlif təbii fəlakətlər və qəzalar zamanı aparılan kəşfiyyatın
xüsusiyyətləri əsasən onun konkret vəzifələrində təzahür edir.
Qəza yerlərini müayinə etməklə, adamlar toplanan yerlərə, anbarlara,
su mənbələrinə xüsusən diqqət yetirməklə, havadan və torpaqdan
nümunələr götürüb analizə göndərməklə bu vəzifələrin öhdəsindən
gəlmək mümkündür.
Güclü zəlzələdən sonra aparılan kəşfiyyatın əsas vəzifələri isə bina və
tikililərin nə dərəcədə dağıldığını, uçqunlar altında adamlar qalan yerləri
və onların vəziyyətini, ikincili zədələnmə ocaqlarının (yanğın, daşqın,
kimyəvi zəhərlənmə) yaranıb-yaranmadığını öyrənmək, qaz, su, elektrik
şəbəkələrində qəzaların yerini, dərəcəsini, xilasetmə işlərinin növünü,
həcmini və s. müəyyən etməkdən ibarətdir.
Daşqın və sel vaxtı kəşfiyyat bölmələri fəlakətli sahələrin hüdudlarını,
yardıma ehtiyac olan adamlar, habelə kənd təsərrüfatı heyvanları qalmış
sahələri müəyyənləşdirir, daşqın zonasından çıxarmalı maddi sərvətləri
aşkar edir, üzgüçülük vasitələrindən istifadə edilməsi üçün marşrutlar
axtarır və s.
Mülki müdafiə kəşfiyyatı
Sülh və müharibə dövründə ətraf mühitin sağlamlığı üzrə
kəşfiyyat işlərinin bir qismi də respublikanın müşahidə və
laboratoriya nəzarəti şəbəkəsi tərəfindən yerinə yetirilir. Bu
şəbəkənin vəzifələri, tərkibi və fəaliyyət qaydası əsasnamə ilə
müəyyən olunmuş və təsdiq edilmişdir
Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi (MLNŞ) ətraf
mühitin radioaktiv, kimyəvi, güclü təsirli və bakterial maddələrlə
zəhərlənməsinə müşahidə və laboratoriya nəzarəti etməkdən,
mühafizə tədbirləri görülməsi üçün müvafiq dövlət orqanlarına
məlumat verməkdən ötrü nəzərdə tutulmuşdur.
Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi üçün konkret
şəraitdən asılı olaraq üç iş rejimi müəyyən edilmişdir: gündəlik,
yüksək hazırlıq və fövqəladə iş rejimi.
Ocaqov H.O.
Mülki müdafiə kəşfiyyatı
Nağıyev N.T.
Muxtarov R.M
Gündəlik iş rejimi həm ekoloji, həm texnogen, həm də epidemik
cəhətdən normal adi iş şəraitini əhatə edir. Bu rejimdə respublikanın
müdafiə, səhiyyə, kənd təsərrüfatı, daxili işlər nazirliklərinin, dövlət
hidrometreoloji xidmət və Fövqəladə Hallar Nazirliyinin struktur
bölmələrinin qüvvələri ilə ətraf mühitdə kimya, radiasiya, epidemiya,
epizootiya, epifitotiya müşahidəsi və laboratoriya nəzarəti aparılır.
Yüksək hazırlıq rejimində texnogen, epidemik şərait kəskin surətdə
pisləşdikdə, həmçinin fövqəladə hallar ehtimalı yarandıqda təbii mühitdə
və təhlükə potensiallı obyektlərdə müşahidə və nəzarət gücləndirilir,
şəbəkənin xüsusi (fövqəladə) iş rejiminə keçirilməsinə hazırlıq görülür.
Fövqəladə rejimdə isə gündəlik rejimdə fəaliyyət göstərən
qüvvələrdən əlavə həmçinin, müşahidə və laboratoriya nəzarəti
şəbəkəsinə daxil olan nazirlik, komitə, şirkət, Elmlər Akademiyası və s.
idarələrin müvafiq əməkdaşları ilə həm müşahidə, həm də laboratoriya
nəzarəti aparılır.
Dostları ilə paylaş: |