MÖVZU 5
FÖVQƏLADƏ HALLAR ZAMANI YARANMIŞ ŞƏRAİTİN AYDINLAŞDIRILMASI, QİYMƏTLƏNDİRİLMƏSİ VƏ MÜLKİ MÜDAFİƏ KƏŞFİYYATI
Fövqəladə hallar zamanı yaranmış şəraitin aydınlaşdırılması və qiymətləndirilməsi
Fövqəladə hallar zamanı yaranmış şəraitinin aydınlaşdırılması və qiymətləndirilməsinin məqsədi baş vermiş FH-ın ərazisinin miqyasını, bina və tikililərin dağılma səviyyəsini, obyektin işçi heyəti və əhali arasında itkilərin müəyyən edilməsidir.
Bir qayda olaraq, bu işlər 3 mərhələdə həyata keçirilir.
Birinci mərhələdə baş verə biləcək təbii və texnogen fövqəladə halların proqnozlaşdırılması həyata keçirilir. Bu zaman orta statistik şərait (orta illik meteoşərait, əhalinin evlərdə, küçələrdə, nəqliyyatda, işdə və s. orta statistik yerləşdirilməsi, əhalinin orta sıxlığı) götürülür. Bu mərhələdəki işlər fövqəladə hallar baş verməyənədək həyata keçirilir.
İkinci mərhələdə nəticələrin proqnozlaşdırılması və şəraitin qiymətləndirilməsi fövqəladə hallar mənbəyinin yaranmasından dərhal sonra həyata keçirilir.
Üçüncü mərhələdə qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi üçün lazım olan proqnozlaşdırmanın və faktiki şəraitin nəticələri kəşfiyyat məlumatlarına əsasən dəqiqləşdirilir.
Fövqəladə halın mənbəyindən asılı olmayaraq, insanlara, canlılara, ətraf mühitə, tikililərə və d. təsir edən 7 əsas faktor vardır:
Təzyiq təsiri (partlayıcı maddələrin, qaz buludlarının, adi və kütləvi qırğın vasitələrinin partlayışı və s.);
Termiki təsir (texnogen və təbii yanğınlar zamanı istilik şüalanması; nüvə partlayışı və s.);
Toksikoloji təsir (təhlükəli kimyəvi istehsalatda texnogen qəzalar, kimyəvi silahın tətbiqi, vulkan püskürməsi zamanı zəhərli qazların ayrılması və s.);
Radioaktiv təsir (radioaktiv-təhlükəli obyektlərdə texnogen qəzalar, nüvə partlayışları və s.);
Mexaniki təsir (qəlpələr, binaların dağılması, sel, sürüşmə və s.);
Bioloji təsir (epidemiya, bakterioloji silah və s.);
Şüa təsiri.
Fövqəladə halın nəticəsi
Dostları ilə paylaş: |