t = R / v
İnsanlar 2 yolla şüalanmaya məruz qalırlar:
Xarici şüalanma zamanı radioaktiv maddələr orqanizmdən kənarda olur və onu kənardan şüalandırır. Daxili şüalanma zamanı radioaktiv maddələr orqanizmə hava, su, qida, açıq yara vasitəsilə daxil olur və onu daxildən şüalandırır. İnsanın daxili və xarici şüalanması ionlaşdırıcı şüalanmanın təbii və süni mənbələrindən baş verir.
İonlaşdırıcı şüalanma mənbəyi - ionlaşdırıcı şüalar buraxan və ya buraxmaq imkanına malik olan qurğu və radioaktiv maddədir.
Radioaktivliyin parametrlərini müəyyən etmək üçün işıq texniki, elektromaqnit, seysmik, akustik, radiolokasiya və d. aşkarlama qurğularından istifadə edilir.
Radiasiya şüalanmasını yaradan mənbələr müxtəlif olur və onların qarşısının alınmasının müxtəlif metodologiyaları və texniki üsulları mövcuddur.
Dostları ilə paylaş: |