Mövzu-5 Afrika xalqları Plan. Məğrib. Liviya və Misir xalqları. Sudan xalqları (Qərbi Sudan və Şərqi Sudan) Cənubi Afrika


Cənubi Afrika (Zuluslar, buşmenlər, hottentotlar.Madaqaskar xalqları.)



Yüklə 50,09 Kb.
səhifə3/3
tarix02.06.2023
ölçüsü50,09 Kb.
#122385
növüDərs
1   2   3
M-5

Cənubi Afrika (Zuluslar, buşmenlər, hottentotlar.Madaqaskar xalqları.)

Cənubi Afrika tarixi-etnoqrafik vilayətinin şimal sərhədləri Zambez i çayı ilə əhatə olunur.Vilayətin əksər əhalisi ba.lıca olaraq maldarlıqla və qismən əkinçiliklə məşğul olurlar.Əkinçilik tropik və subtropik bitkilərlə səciyyələnir.Bu vilayətin ümumi sahəsi 3,2 milyon kv.km-dən çoxdur.Əhalisi 35 milyondan artıqdır.Cənubi Afrikada ilk Avropa yaşayış məntəqəsini XVII əsrin ortalarında həllandlar salmışdılar.Onlar Kap müstəmləkəsində indiki Keyptaun şəhərinin əsasını qoymuşdular.Hollandların ardınca Kap torpaqlarına fransızlar, almanlar gəlmişdilər.Yeni vətəndə onları ümumi bir adla – holladca “ kəndli” mənasını verən bur adlandırırdılar.Buşmenlər və həttentotlar eyni bir antropoloji tipə aid edilməklə Koysan qrupunu təmsil edirdilər.Buşmenlər ovculuqla məşğul olan və çox primitiv həyat tərzi keçirən qəbilələr idilər.Onların daimi yaşayış evləri yox idi.Gecələr kolluqlarda yaşayan buşmenlər, özləri üçün müvvəqəti komalar tikirdilər.Təsadüfi deyil ki, ilk holland müstəmləkəçiləri onları “ kol-kos adamları ” adlandırırdılar.
Buşmenlərin maddi mədəniyyəti olduqca yoxsuldur.Əsas ov silahları daş ucluqlu ox və nizələrdən ibarət idi.Onlar avropalılarla tanı. Olandan sonar butulka şüşəsindən nizə ucluqları düzəldirdilər.Bəzən ox üçün hottentotlardan və bantulardan dəmir ucluqları mübadilə yolu ilə əldə edirdilər.Buşmenlərin yeganə geyimləri dəridən düzəldilən nayihə sarğılarından ibarət idi.Onların bir dənə də olsun məişət qab-qacaqları yox idi. İsti iqlim şəraitində çox zəruri olan su ehtiyatını dəvəquşu yumurtasının qabığında saxlayırdılar.Onlar bitki liflərindən xırda kisə və zənbillərdə toxuya bilirdilər.
Buşmenlər müxtəlif ov üsullarına əl atırdılar.Heyvanların su içməyə gəldiyi çığırlarda tələ qururdular.Antiloplar asanlıqla bu cür tələyə düşürdülər.Fil və gippopotam ovu üçün tələ-quyu qazır,unun dibinə ucu zəhərli xırda mıxlar basdırır, üstünü nazik çubuq və otla örtürdülər.Zebr və ceyran ovuna çıxarkən onların dərisinə bürünərək ,həmin heyvanlara kifayət qədər yaxınlaşırdılar. Çox vaxt durğun su mənbələrinin südləyən bitkisinin şirəsi ilə zəhərləyirdilər.Bu cür zəhərli su adamlar və öküzlər üçün qorxulu olmasa da zebrlər üçün təhlükəli idi. İsti yay günlərində 7 buşmen ovçuları antilopu təng nəfəs oluncayadək qovub tuturdular.Çox vaxt ov obyektlərini oxla vururdular.Onlar çox mahir ovçular olduqlarından, hətta sərçəni də havada vura bilirdilər. Buşmenlər tısbağa, ilan,qurbağakərtənkələ ovlayır,vəhşi arıların balını toplayır,qadınlar isə meyvə və qidalı bitkilər yıgırdılar.Ağ qarışqaları buşmenlər iştahla yeyirdilər.Ona görə də bu qarışqalara etnoqrafik ədəbiyyatda “ buşmen düyüsü” adı verilmişdir.
Buşmenlər ov heyvanlarının kələkbazlığı barədəd maraqlı hekayələr söyləməyi xoşlayırdılar.Buşmenlərlə tanış olan hər kəs,onların musiqi sahəsindəki istedadlarına həsəd aparırdı.Etnoqrafiya elminə mezolit dövründə yaşayan elə bir xalq bəlli deyildir ki,onların musiqi alətlərinin zəngilliyini buşmenlərlə müqayisə etmək mümkün olsun.Afrikanın cənub –qərb hissəsində məskunlaşmış burlar yerli əhalini vəhşicəsinə məhv edirdilər.Hollandlar buşmen kişi və qadınlarını vəhşi heyvan ovu kimi kütləvi surətdə qırırdılar.XVIII əsrdə müstəmləkçilərdən biri ingilis səyyahı D.Barrouya öyünə-öyünə fəxrlə deyirdi ki,o,tək ba.ına 300 qədər buşmen öldürmüşdür.Hazırda buşmenlər 50-150 nəfərlik qruplar hallında ata nəsli qaydasında yaşayırlar.Onalrın hər birinin öz yaşayış ərazisi vardır.Onalrın ümumi qəbilə ittifaqı yoxdur.Onlar yalnız öz dillərinə görə birlik təşkil edirdilər.Buşmenlərin ümumi sayı hazırda 84 min nəfərdir.
Hottentotlar buşmenlərdən fərqli,lakin eyni dil qrupuna daxil olan xüsusi qəbilə qrupudur.Onlarda müəyyən antropoloji eyniliklərdə müşahidə olunur.Buşmenlərlə hottentotları eyni bir qrupa daxil etməklə antropoloqlar koysan irqi barədə,liqvistlər isə koysan dil qrupu barədə söhbət açırlar.Bu ad şərti xarakter daşıyır.O,”koy” və “san” sözlərinin birləsdirilməsindən əmələ gəlmişdir.”Koy” hottetntot dilində insane mənasını verir.Onlar özlərini “koykoyin” adlandırdılar ki,bud a əsl insane deməkdir.Hottentotlar öz qonşularını – buşmenləri “ san “ adlandırırdılar”Koy” sözü ilə nifrətedici məna daşıyan “san” sözünün birləşməsindən şərti olaraq koysan sözü yaradılmışdır.Buşmen və hottentotlar eyni qrupa daxil olsalar da ,mahiyyət etibarilə bunlar ayrı-ayrı xalqlardır.XVII əsrin ortalarında hollandlar cənubi Afrikada görünərkən hottentotlar Afrikanın bütün cənub sahillərinə yayılmışdır.İri buynuzlu heyvanlardan ibarət olan böyük mal-qara sürüləri hottentotların əsl sərvət mənbəyi idi.Hottentotların XVIII əsrin əvvələrində aid olan məişət və adədlərini Holland səyyahı Pete Kolbe böyük bir maraqla təsvir etmişdir.Hər bir kraalda 300-400 nəfər yaşayırdı.Kraalın ömrü otlaqların mövcudluğundan asılı idi.Örüş yerləri döyənəyə çevriləndə ,yəni mal-qaranın yem bazası tükəndəyi zaman onlar yeni yerlərə köçürdülər.Qadınlar yemək hazırlayır və tuluq nehrələrdə yağ düzəldirdilər.Süd xörəkləri əsas yemək növləri idi.Qida üçün lazım olan əti ovçuluq məhsulları təmin edirdi.
Hottentotlar qəbilə qrupları halında yaşayırdılar.Hər qəbilənin özünə məxsus ərazisi və dili vardır.Qəbilənin başında rəhbər dururdu.O,qəbilə ağsaqqallarından ibarət olan şuranın məsləhəti ilə qəbiləni idarə edirdi.Böyük mal-qara sürülərinə malik olan varlı adamlarla yanaşı ,cəmi bir neçə baş inəyi və ya qoyun –keçisi olan yoxsul qəbilə üzvlərinə də rast gəlinirdi.
Avropa müstəmləkəçilərinin Koysan qrupu xalqları ilə vəhşicəsinə rəftarı nəticəsində onların sayı minimum enmişdir.Hazırda hottentotların sayı 127 min nəfərdən çox deyildir.XIX əsrin 90-cı illərində cənub-qərbi Afrika tarpaqlarını ələ keçirən almanlar burların ənənələrini davam etdirərək hottentotları,kerero və başqa xalqları kütləvi surətdə möhe edirdilər.Yerli əhalinin alman müstəmləkə rejiminə qarşı mübarizəsi 20 ildən artıq davam etmişdi.Bu dövrdə hottentotların rəhbəri Kendrik Vitboyun qəhramanlığı dillərdə dastan olmuşdu.
Zulusların etnoqrafiyasına dair küllü miqdarda əsərlər yazmışdır.A.T.Brayantın “Avropalıların gəlişinə qədər zulus xalqı” adlanan kitabı zuluslara həsr olunmuş əsərlər içərisində öz layiqli yerini tutur.Bu namuslu ingilis missioneri öz kitabında zuluslara böyük bir məhəbbət və hüsn-rəğbətlə yanaşır.Ömrünün 50 ilindən çoxunu Cənubi Afrikada keçirən Brayant yazırdı ki,yerli əhaliyə biz mədəniyyət gətirmədik,əksinə ,bir çoxları təsdiq edə bilər ki, biz tərsinə iş görmüşük. Zulus kişiləri əsasən maldarlıqla məşğul olur,öküz və inək saxlayırdılar.Öküzlər daha yüksək qiymətləndirildi.İnəklərin südü az olsada ,südün yağlılıq faizi çox yüksək idi.İri mal-qara bütün cənub və cənub-şərqi bantuların sərvət ölçüsü sayılırdı.Təsadüfi deyil ki,maldar bantuların dilində inəklərin rəng çalarlarını müəyyənləşdirən onlarca termin mövcuddur.Onlar keçi və toyuqda saxlayırdılar.Lakin keçi südünü içmir,toyuq ətini yemirdilər.
Bantu tayfaları ev peşəsi və sənətkarlıq sahəsində böyük müvəffəyiqiyyətlərə nail olmuşdular.Dəmir əridilməsindəı odun sobalarından istifadı edirdilər.Ərintidən müxtəlif əmək alətləri və silahlar düzəldirdilər.Əridilmiş misdən isə bəzək əşyaları hazırlayırdılar.Dəmirçilərin cəmiyyətdə böyük nüfusu vardı.Ba.qa bantu xalqlarında olduğu kimi zulusların qohumluq sistemi ata xəttiilə hesablanırdı.Onlar öz əsl ataları ilə yanaşı əmilərini də ata adlandırır: öz doğma anası ilə yanaşı xalalarını və əmilərinin arvadlarını da ana adlandırırdılar. Nəslin bütün üzvlərinin müəyyən hüquq və vəzifələri vardı.Gənclər evləndiqdə qohumları qız üçün lobolu adlanan ödənc verirdi. Qohumlar ev işlərində də bir-birinə kömək edirdilər.
Zulusların siyasi cəhətdən birləşdirilməsi işinə ilk dəfə Dingisbayo başlamışdı.O,bir müddət Kap müstəmləkəsində yaşadığından,pərakəndə kosa qəbilələrinin bir –birinin ardınca necə məğlubiyyətə uğradıldıqlarını müşahidə etmişdi.Odur ki,onda ,ingilislərə qarşı müvəffqiyyətli mübarizə aprmaq üçün,zulusları birləşdirmək ideyası baş qaldırmışdı.O,atasının ölümündən sonar öz qəbiləsinin arasına qayıdaraq ,onlara başçılıq etmiş və yeni ideyasını heyata keçirməyə başlamışdı.O digər Zulus qəbilələrini vahid bir ittifaqda birləşmədirməyə nail oldu.
Lakin 1818-ci ildə döyüşlərin birində Dingisvayo öldürüldü.Onun yerini istedadlı bir sərkədə olan Çaka adlı köməkçisi tutdu.(1787-1828).Çaka əvvəlcə güclü bir ordu yardaraq,onun köməyi ilə qəbilə rəhbərlərinin müqavimətini sındırmağa başladı.Çakanın təşəbbüsü ilə güclü hərbi təşkilat formalaşdırıldı.20 yaşından 40 yaşına qədər olan bütün kişilər əsgər sayılır və 1000 nəfərlik alaylarda birləşirdilər.Çaka qeyri –zulus mənşəli qəbilə üzvlərini də həvəslə öz ordusunun tərkibinə qəbul edirdi.Ekandaaya inkosi (polkovnik) başçılıq edirdi.Ekandaya arvad və uşaq buraxılmırdı.Müəyyən yaş həddinə çatdiqda kişilər ekandanı təerk edərək öz qəbiləsinin düşərgəsinə qayıdır və evlənmək hüququ qazanırdılar.Bütün döyüşçülər üc qrupa bölünürdülər.
Birinci qrupa yeni səfərbərliyə alınmış və döyüş təcrübəsi keçməmiş gənclər daxil idi. İkinci qrupa döyüş təcrübəsi görmüş gənclər daxil olurdu.Üçüncü qrupa daha yaşlı, veteran döyüşçülər daxil edilirdi.Əsgərliyə yeni çağrılan gənclər 4-6 ay təlim keçdiqdən sonar evlərinə buraxılırdılar.Onların hər il eyni qayda ilə təlimə çağırırdılar.Hər üç qrupun döyüşçüləri sistematiktəlim keçməli olurdu.Döyüş zamanı onlar cərgə üsulu ilə hərəkət edirdilər.Adətən komandirlər döyüş dəstələrinin önündə gedərək əsgərləri ruhlandırırdı.
XIX əsrin 20-30-cu illərində ingilislər burları Kap müstəmləkəsindən sıxışdırıb çıxarmağa başladılar.Burlar bir müddət şimala doğru cəkilib getdilər.Az müddət sonar Dinqaanın əmri ilə burların rəhbərləri öldürüldü.Bundan istifadə edən burlar zuluslara müharibəyə başladılar.
1838-ci ilin axırlarında ingilis- bur birləşmiş qüvvələri Dinqaanın ordusuna sarsıdıcı zərbə vurdular.1839-cu ildə burlarla bağlanan müqaviləyə əsasən Zulus torpaqlarının bir hissəsi burlara verilirdi.Qəbilə başçılarının bir çoxunun Dinqaandan uzaqlaşdığını görən Mpanda bir dəstə döyüşçü ilə bərəbər burların tərəfinə keçdi.1840-cı ildə ilin yanvar ayında Burlarla Mpandanın birləşmiş qüvvələri Dinqaanın qoşunlarının üzərində hücum edərək onu məğlubiyyətə uğratdılar və 31 min baş heyvan elə keçirtdilər.
XX əsrin əvvələrində müstəqil bur respublikalarına da son qoyuldu və beləliklə bütün Cənubi Afrika faktiki olaraq İngiltərənin əlinə keçdi.1910-cu ildə Cənubi Afrika ittifaqı təşkil olunaraq ona dominion hüququ verildi.1961-ci ildən bəri o,tam istiqlaliyyət qazanaraq respublika status daşıyır.Hazirda respublika əhalisinin sayı 31 milyondan çoxdur.Bantu dillərində danışanlar 22,5 milyon nəfərdir.Cənubi Afrikada yaşayan ən böyük bantu dili xalqlara misal olaraq 6,4 milyon zulusları,5,6 milyon kosaları,3,6 milyon tsvana,5,8 milyon sutoları,1,5 milyon svaziləri,4,5 milyon tsonqaları göstərmək olar.
MADAQASKAR XALQLARI.
Madaqaskar dünyanın ən böyük adlarından biridir.Onun şimaldan cənuba doğru uzunluğu 1600 km,şərqdən qərbə doğru uzunluğu isə 580 km-dir.O,Afrika materikindən 400 km şərqə doğru yerləşir. Adətən onu Afrikaya aid edirlər.Lakin o,bir çox cəhətdən Afrikadan fərqlənir.Madaqaskar əhalisi öz antropoloji əlamətlərinə,dillərinə və mədəniyyətlərinə görə qonşu Afrika əhalisindən daha çox uzaq İndoneziya əhalisinə bənzəyir.Madaqaskar dünya botanic və zooloqların daha çox maraqlandırır;dünyanın çox yerlərində rast gəlinməyən flora və fauna nümunələrini yalnız burada müşahidə etmək mümkündür.
Coğrafi baxımdan Madaqaskarı üç hissəyə ayırmaq olar:adanın mərkəzi hissəsi,şərq sahili vilayəti və qərbi dqzəngah ərazisi.Adanın mərkəzi rayonları yüksək dağ massivlərindən ibarətdir.Madaqaskar əhalisinin üçdə iki hissəsi burada yaşayır.Əksinə qərb hissə başdan-başa ara-sıra təpəlikləri olan savannalardan ibarətdir.Adanın qərb sahil boyunda məskunlaşma nisbətən xeyli seyrəkdir.
Madaqaskar faunası rəngarəng olduğu kimi florasında da müxtəliflik mövcuddur.Adada epiornis adlanan qanadsız quşlar da vardır.Onların boyu 3 m çatır.Onlar bataqlıq və qumuqlarda 8 kq ağırlığı olan yumurtalar qoyurdular.Yerli əhali belə yumurtaların qabığında içməli suyu qoruyub saxlayırlar.
Madaqaskar adası əhalisinin əsas hissəsini malqaşlar edir.Ada əhalisinin ümumi sayı 9,4 milyon nəfər olsa da malqaşların sayı 9,3 milyon və yaxud 99%-dir.Burada 25 min komorlar,16 min fransizlar,9 min çinlər,16 min hind-pakistan məşəlin əhali,5 min ərəb,5 min malay vardır.Malqaşlar avstroneziya dil ailəsinə mənsubdur.Malqaşlar bir çox etnik qruplara ayrılır ki,onlarında özünə məxsus maddi mədəniyyəti vardır.Adanın şərq sahili boyunca besimisaraka tayfaları yerləşmişdir (1,4 myn).Merinadan cənubda mərkəzi dağlıq ərazidə besileu tayfaları (1,1 mil),adanın cənub sahillərində antandron (500 min),antanozi(250 min),cənub-şərqdə antaysaka (500 min) yaşayır.Adanın şimal dağlıq hissəsində simxetilər (700 min)yaşayırlar.Az saylı etnik və etnoqrafik qruplara missal olaraq bara (400 min),antakala (380 min),antaymuru( 350 min),sixanaka ( 180 min ),maxafali ( 150 min ),makua ( 100 min ),və s.göstərmək olar.Malqaşlar öz fiziki əlamətlərinə görə qonşu Afrika əhalisindən əhəmiyyətli dərəcədə fərqlənir.Lakin malqaşları heç bir qeyd-şərt qoymadan malylara aid etmək olmaz,çunki malqaşlar arasında xalis monqoloid tipli əhali ilə yanaşı,daha tünd rəngli,zənci irqi xüsusiyyətlərinə aid olan adamlara da rast gəlinir.Madaqaskar əhalisisnin müasir dili İndoneziya dillərinin qərb qrupuna aiddir.Onların dili İndoneziya əhalisinin dilinə daha yaxındır.
Madaqaskar etnoqrafik baxımdan öyrənilməsi göstərir ki,malqaşların maddi mədəniyyəti şübhəsiz ki,cənub-Asiya mənşəlidir.Madaqasqardakı müvazinətli qayıqlar da tipik malay mənşəlidir.Dil və etnoqrafik elementlər malqaşları malay xalqları ilə eyniləşdirirsə,onların antropoloji əlamətləri malqaşları zəncilərlə yaxınlaşdırır.Guman edildiyi kimi indoneziyalılarının Madaqaskara gəlişi müəyyən dalğa ilə üç dövrü əhatə edir:e.ə.X-VI əsrlər;e.ə. II əsr və nəhayət I-X əsrlər.
Ərəblərin gəlişinə qədər malqaşların yazı mədəniyyəti olmamışdır.Malqaş dilində ilk yazı ərəb əlifbası ilə yazılmışdır.(XVIII).XVI-XVII əsrlərdə İmerinada çox sürətlə feodalaşma prosesi gedirdi.Bununla belə daxili feudal çəkişmələrinə də son qoyulmamışdı.İlk avropalı Madaqaskara 1500-cü ildə gəlmişdi.Avropa dövlətlərindən Fransa ilk dəfə Madaqaskarda yaşayış məntəqəsi yaratmaq fikrinə düşmüşdü.
1642-ci ildə fransızlar adanın cənub-şərq sahilinə çıxaraq Fort-dofin məntəqəsini inşa etdilər.1648-ci ildə Etyen Flakur adlı bir nəfər adanın qubernatoru təyin edildi.Fransızlar 1665-1674 cü illərdə adada möhkəmlənməyə dəfələrlə cəhd göstərdilərsə də bu baş tutmadı.İkinci dəfə belə bir cəhd 1763-1773-cü illərdə olmuşdusa da ,fransızlar yenə də müvəffəqiyyətsizliyə uğramışdılar.Müstəmləkçilərdən müdafiə olunmaq ideyası ölkənin birləşdirilməsi işini sürətləndirilmiş oldu.XVIII əsrin axırlarında İmerinada feudal pərakəndəliyinə son qoyuldu.1794-cü ildə Andrianamponimerina bütün ölkəni birləşdirdi.Onun hakimiyyəti illərində (1794-1810) ölkədə feodal qayda –qanunları olduqca möhkəmləndirildi.Bütün torpaqlar çarın mülkiyyəti elan olunurdu. Vassalar ondan torpaq mülkləri əldə edirdilər.Dövlətin hakin təbəqəsini andrianalar-feodallar təşkil eidrdi.Feodallardan asılı olan adamlara –menogeli deyirdilər.Cəmiyyətin ən aşağı pilləsində apadevo-qullar dururdu.Əhalinin əsas kütləsi şəxsən azad olan kəndli kütlələri – xovalar təşkil edirdi.Onlar başlıca olaraq kənd icmalarında birləşirdilər.Kənd icama başçıları mpiadidi adlanırdı.Sonrakı çarların hakimiyyəti dövründə də (Radama(1810-1828);Ranavalona (1828-1861) Madaqaskarın istiqlalayyəti möhkəm qorunurdu.1885-ci ildə ada Fransanın qəyyumluğu altına kecdi.1896-cı ildə general Qalliyeni Madaqaskarın qubernatoru təyin olunandan sonar fransızların ,azadlıq hərəkatını boğmaq və adanı müstəmləkələşdirmək siyasəti xeyli gücləndi.
1897-ci ilin sonlarında onlar yerli qulları və sakalava feodallarını öz tərəflərinə çəkərək adadakı müqavimət hərəkatına son qoydular.Beləliklə Madaqaskar Fransa imperializminin müstəmləkəsinə çevrildi.1960-cı ildən Madaqasqar müstəqil dövlətdir.
Malqaşların iqtisadiyyatının əsasını əkinçilik təşkil edirdi.Müstəmləkə xarakterinə uyğun olaraq Madaqaskarın əkinçilik bitkiləri içərisində ixrac mallarına –vanil və kofe istehsalına üstün yer verilirdi.Əsas ərzaq bitkisi çəltik idi.Torpağı anqadi adlanan belin köməyi ilə becərirdilər.Çəltik bitməyən rayonlarda qarğıdalı becərurudilər.Qarğıdalını başlıca olaraq ölkənin cənub-qərb rayonlarında əkirdilər.Bundan başqa malqaşlar kartof,paxla,şəkər qamışı,cürrbəcür meyvə növləri yetişdirir,arı və barama qurdları bəsləyirdilər.
Malqaşlar bir-birindən xeyli aralı yerləşən kəndlərdə yaşayırdılar.Ölkənin mərkəzi hissələrində kəndlər təpələrdə yerləşir və onlatın ətrafına hündür divar çəkir və xəndək qazırdılar.Gecələr kəndə giriş yolunu nəhəng qranit daşla bağlayırdılar.Malqaşların xörəklərinin böyük əksəriyyəti düyüdən bişirilirdi.Düyü əlavə olaraq tərəvəz,balıq və ət xörəklərindən də istifadə olunurdu.İstiot və zəfəran kimi ədviyyat da işlədirildi.Əgər ölkənin şərq və şimal –şərq rayonları ixrac üçün məhsul becərirdisə mərkəzi rayonlar ərzaq məhsulları hazırlayırdı.Adanın qərb sahili bütünlüklə maldarlıq rayonları idi.Ölkənin mərkəzi dağlıq hissələrində də maldarlıqla məşğul olurdular.Başlıca olaraq qoyun,keçi,donuz,iri buynuzlu heyvanlardan – zebu saxlayırdılar.Onlar az məhsuldar heyvan cinsi idi.Zebular gündə 1,5-2 l süd verirdilər.Maldarlıq məhsullarının xeyli hissəsi ixraca gedirdi.Hər il 700 min baş heyvan kəsilir, 10 min baş heuvan satış üçün xaricə aparılırdı.
Adətən şərq sahili rayonlarında yaşayan əhali öz evlərini rütübətdən və yağış selindən mühafizə məqsədilə hündür hündür dirəklər üzərindədə tikilirdilər.Evin damını ravenal ağacının qabığından ,divarlarını isə yarpaqların saplağından tikirdilər.Evin iki taylı formada qurulan dam örtüyünü yarpaqlarla basdırırdılar.Evin qabağında eyni dam örtüyü altında eyvan qururdular.Dağ ətəyi rayonlarda ravenal ağacını bambuk əvəz edirdi.Məişət qab-qacaqlarda çox primitiv şəkildə idi.Su qablarını bambukdan düzəldirdilər.Boşqabları və qaşıqları ağacdan və ravenal yarpaqlarından hazırlayırdılar.Saxsı məmulatlarına məişətdə rast gəlinmir.Ölkənin qərbində (sakalava )və cənubunda (antandron,maxafali və s.) yaşayış evlərini yerin üstündə tikirdilər.Bunlarda dördkünclü karkaslı ağac tikintilərdir;lakin divarları qamışdan ,dam örtüyü palma yarpaqlarından düzəldilirdi.Sakalavalar bəzən dairəvi plan quruluşuna malik olan evlər də inşa edirdilər.Belə evlərin divarlarını bambukdan ,bir dirək üzərində dayanın dam örtüyünü isə küləşlə tikirdilər.Burada məişət əşyalarının əksəriyyətini ağacdan düzəldir və onlara zövqaxşayan naxışlar vururdular.
Adətən təbii şəraitdən asılı olaraq çətiyi aprel ayında əllə yığırdılar.Onları dərz şəklində bağlayıb ,tarlada qururdular.Sonra xırmanlarda heyvanlara tapdaladaraq döyürdülər.Adanın şərq sahillərində çəltiyi küləşli deyil ,yalnız onu sünbülərini yığıb ağacla döyürdülər.
Ölkənin mərkəzi dağlıq hissəsində yaşayan merina və besileu tayfaları,bir gözlü düzbucaqlı planda möhrə evlər tikirdilər.Bunların dam örtüyü 1-3 dirək üzərində dayanırdı.Küləklərdən mühafizə olunmaq üçün şərq və cənub divarları bütöv tikilir ,şimal və qərb divarlarda pəncərə və qapı açırımları düzəldirdilər.Varlı adamlar bir neçə gözdən ibarət olan ev tikirdilər.Belə evlərin dam örtüyü kirəmitdən olur və evin qarşısında eyvan tikilirdi.Məişət əşyaları ağac,daş və gildən hazırlanırdı.
Keçmişdə geniş yayılmış bir çox sənətkarlıq növləri (dəmirçilik,zərgərlik və dulusçuluq ) müstəmləklə rejim dövründə fabrik məhsulları önündə rəqabətə davam gətirməyərək sıxışdırılıb aradan çıxarıldı.Lakin hörmə və toxuculuq işləri bu günə qədər də öz ənənəvi sahələri qoruyub saxlayır.Qamısdan və küləşdən ən müxtəlif məişət əşyaları – zənbil, kisə.şlyapa, həsir,süfrə və dəsmal toxuyurdular.Onalrın bir çoxunun üzərinə təbiət təsvirlərini əks etdirən gözəl naxışlar vurulurdu.Bunlar əsl mənada incəsənət əsərləri idilər.hər bir ailədə belə bəzəkli əşyalara rast gəlmək mümkün idi.Ölkəyə ucuz Avropa fabrik mallarının gətirilməsinə baxmayaraq əyirmə və toxuculuq işləri yenə də davam etdirilirdi.Malqaşlar öz milli libaslarının bir elementini – lamba parça kəsiyini bu günə qədər də saxlayırlar.Doğrudur kişilərdə yancaq sarğılarını və qadınlarının tumanlarını Avropa libasları sıxışdırıb aradan çıxartsa da, lamba helə də geyim kimi istifadədən çıxmamışdır.
Kobud palma liflərindən dekorativ parçalar toxuyurdular.Sakalava toxucuları rabana adlanan müxtəlif rəngli həndəsi fiqurlarla bəzədilən parça növü hazırıayırdılar.Parçanın iplərini təbii bayaq maddələri iə rəngləyirdilər.
Yüklə 50,09 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin