Yerüstü kəşfiyyat - ən dəqiq, daha dolğun kəşfiyyat növü sayılır və bütün MM qərargahları tərəfindən təşkil edilir.
Havadan kəşfiyyat - zədələnmə ocaqlarında, təbii fəlakət və qəza rayonlarında ümumi vəziyyəti tez aşkar etmək üçün təyyarələr və helikopterlərdən aparılır. Belə kəşfiyyatı adətən respublika MM qərargahı təşkil edir.
Dənizdən (çaydan) kəşfiyyat - sahillərdə, limanlarda, buradakı qurğularda vəziyyəti öyrənmək məqsədi güdür, yüksək sürətli gəmilər və katerlər vasitəsilə icra edilir.
Yerinə yetirdiyi vəzifələrin xarakterinə görə, ümumi kəşfiyyat fövqəladə hallar baş vermiş sahələrdə yaranan vəziyyət barədə dərhal ilkin məlumatlar əldə etmək üçündür. Bunun üçün MM qoşun hissələrinin, hərbiləşdirilməmiş dəstələrin, habelə rayonların, obyektlərin kəşfiyyat qrupları, manqaları, müşahidə və laboratoriya nəzarət şəbəkəsi cəlb olunur.