Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi (MLNŞ) ətraf mühitin radioaktiv, kimyəvi, güclü təsirli zəhərli və bakterial maddələrlə zəhərlənməsinə müşahidə və laboratoriya nəzarəti həyata keçirməkdən, mühafizə tədbirləri görülməsi üçün müvafiq dövlət orqanlarına məlumat verməkdən ötrü nəzərdə tutulmuşdur.
MLNŞ–ə, əsasən bu təşkilatlar cəlb edilir: Səhiyyə nazirliyinin sanitar-epidemiologiya mərkəzləri və stansiyaları, Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyaları, baytar nəzarət postları və bitki mühafizə stansiyaları, dövlət hidrometeorologiya komitəsinin radiometriya laboratoriyası və qrupları, Daxili İşlər Nazirliyinin şəhər və rayon polis şöbələrinin struktur bölmələri, Müdafiə Nazirliyinin xüsusi bölmələri, Respublika MM qərargahının kimyəvi-radiometriya laboratoriyası, nazirliklərin, yerli icra hakimiyyəti orqanlarının və obyektlərin radiasiya və kimya müşahidəsi postları, habelə bir sıra digər respublika təşkilatlarının sahə laboratoriyaları.
Müşahidə və laboratoriya nəzarəti şəbəkəsi üçün konkret şəraitdən asılı olaraq üç iş rejimi - gündəlik, yüksək hazırlıq və fövqəladə iş rejimi müəyyən edilmişdir.
Dostları ilə paylaş: |