Mövzu 5: İnsanın sosiallaşmasına təsir göstərən amillər plan


Kortəbii sosiallaşma vasitəsi



Yüklə 30,89 Kb.
səhifə4/4
tarix12.10.2022
ölçüsü30,89 Kb.
#64919
1   2   3   4
mövzu 5

Kortəbii sosiallaşma vasitəsi kimi KİV insanların asudə vaxtının təşkilinə, tənhalıq hissinin aradan qaldırılmasına və vizual səviyyədə ünsiyyət təcrübəsi qazanmalarına, dünyagörüşünün və biliklərinin genişlənməsinə kömək göstərir. Uşaq, yeniyetmə və gənclər kompüter vasitəsilə sosial şəbəkələrə daxil olmaqla insanlarla təmas yaratmağı öyrənir, sosial-mədəni dəyərlər mübadiləsi imkanı qazanır və s. Lakin KİV-in, xüsusən kompüterin mənfi təsirləri də vardır: mütaliəyə marağın azalmasına, kompüter oyunlarından asılılıq sindromunun yaranmasına, maraqların daralmasına, real həyatdan uzaqlaşmalara gətirib çıxara bilər.
İstiqamətlənmiş (bilavasitə) sosiallaşmada KİV-in rolu daha böyükdür. KİV, sosial institutlardan biri kimi, cəmiyyətin və ayrı-ayrı sosial qrupların (əsasən, siyasi və iqtisadi hakimiyyətə mənsub olan qurumların), bütövlükdə əhaliyə, eləcə də onun müxtəlif yaş və sosial təbəqələrinə təsirləri ilə bağlı sifarişlərini yerinə yetirir. Bununla da KİV sosiallaşma prosesinə bilavasitə təsir göstərir. Belə təsir müxtəlif istiqamətlərdə həyata keçirilir:

  • Sosial normaların və dəyər oriyentasiyalarının formalaşdırılması;

  • əhalinin müxtəlif təbəqələrinin maariflənməsi və biliklərinin genişləndirilməsi;

  • dinləyici və tamaşaçıların birbaşa KİV-ində iştirakı (canlı bağlantılara, oxucu sorğularına qoşulmaqla, verilişlərdə tamaşaçı kimi iştirak etməklə) insanların özünüreallaşdırması, özünütəsdiqi üçün imkan yaradır.



Yüklə 30,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin