Mövzu 5: İnsanın sosiallaşmasına təsir göstərən amillər plan



Yüklə 30,89 Kb.
səhifə3/4
tarix12.10.2022
ölçüsü30,89 Kb.
#64919
1   2   3   4
mövzu 5

4. Mikroamillər dedikdə, insanı bilavasitə əhatə edən və onunla qarşılıqlı əlaqə və təsirdə olan amillər başa düşülür. Buraya ictimai, dövlət və dini təşkilatlar, uşaq qrupları, həyət, qonşılar, ailə, təhsil və əmək kollektivləri daxildir. Uşaqlıq və məktəb illərində şəxsiyyətin inkişafı və sosiallaşmasına bilavasitə ətraf mühit – mikromühit güclü təsir göstərir. Körpəlikdən heyvan sürüsünə düşən uşaqların həmin heyvanın xüsusiyyətlərini götürməsi faktları məlumdur. Kiçik yaşlardan uşağın ailə mühiti – hansı ailədə və məhəllədə böyüməsi, qonşuları, yoldaşlıq mühiti – kimlərlə yoldaşlıq və dostluq etməsi, ona təsir edən ictimai qurumlar – bütün bunlar onun şəxsiyyətinin inkişafı və sosial tərbiyəsi baxımından həlledici əhəmiyyətə malikdir. Mühitin təsiri insana çox zaman birbaşa yox, vasitəli şəkildə - onun ətrafdakılara, başqa adamlara, həmyaşıdlara, müxtəlif uşaq qruplarına münasibəti vasitəsilə özünü göstərir. Bu sahədə sosial tərbiyə müəssisə və təşkilatların rolu böyükdür.
Sosial tərbiyə müəssisəsi dedikdə, insana məqsədyönlü şəkildə təsir göstərən dövlət və ictimai təşkilatlar, mədəniyyət müəssisələri başa düşülür. Bunların içərisində məktəb mühüm yer tutur. Uşaq, yeniyetmə və gənclərin sosiallaşmasında məktəb bir neçə funksitanı yerinə yetirir ( uşaqları valideyn asılılığından azad etmək və sosial münasibətlərə cəlb etmək; məktəbdə ictimai qaydalara alışdırmaqla ictimai dəyərləri, davranış normalarını mənimsətmək, onları müxtəlif sosial rollara və fəaliyyət növlərinə qoşmaqla cəmiyyətə adaptasiyasına kömək göstərmək və s.)
5. Kütləvi informasiya vasitələri (KİV) – texniki vasitələrin köməyi ilə informasiyaların geniş auditoriyaya yayımlanmasını təmin edən təsir vasitəsi və sosiallaşma amilidir. KİV-in növləri çoxdur: televiziya, radio, kino, mətbuat, kompüter şəbəkəsi, video, maqnitofon, disklər, telefon, internet saytları və s. Onların bir qismi daha geniş auditoriyaya malik olduğu üçün meqa və makroamil kimi çıxış edir. Hazırda informasiyalardan seçim yolu ilə istifadə edildiyi, dinləyici və tamaşaçıların daha çox regionun, yaşadıqları məkanın gündəlik həyatı ilə bağlıinformasiyalara maraq göstərdikləri üçün KİV-in müzoamil kimi rolu daha böyükdür.
KİV-in sosiallaşmada rolu iki cürdür: onlar həm kortəbii, həm də istiqamətlənmiş sosiallaşmaya öz təsirini göstərir.
Yüklə 30,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin