Sübut dedikdə, hər hansı tezisin həqiqiliyinin şübhə doğurmayan dəlillərlə əsaslandırılması başa düşülür. Dəlillərlə əsaslandırma hər hansı fikri əsaslandırmaq üçün mənbə və dəlillər göstərilməsi prosesidir.
Birinci prosesdə həqiqiliyə riayət edilməsi- mütləq şərt, ikinci prosesdə isə arzu ediləndir.
Məntiqlilik inandırıcılığın sinonimi deyildir. Məntiqlilik mülahizılərin ardıcıl, sistemli, razılaşdırılmış formasıdır ki, onların razılaşdırılmış olması prinsipi çox geniş sahələrdə dəyişilə bilər.
Quruluşuna görə sübut və dəlillər bir-birindən fərqlənmir. Sübutlar həqiqiliyə, dəlillər inandırmaöa aparır ki, inandırma səhv də ola bilər. Lakin çox zaman real nitq situasiyalarında məhz sübut nəticənin məntiqi məcburiliyinin qüvvəsinə görə yox, şəxsiyyətin ta qədimdən ona zorla təlqin edilən hər bir şeyə qarşı çıxmaq meyllərinə görə qəbul edilmir.
Dəlillərlə əsaslandırılma şərh edilənin həqiqiliyinə olan inama əsaslanır və emosional formalar dılilləri daha cəlbedici edir. Mürəkkəb, yeni, mübahisəli ideyaları sübut etmək lazımdır, sadə təsdiq və inkarlar üçün isə bir sıra hallarda dəlillərlə əsaslandırma kifayət olur. İnsan təfəkkürü ümumiyyətlə yalnız məntiqi ola bilməz o, məntiq, hisslər və iradənin birliyini təmsil edir.