ASEU TEACHERFILE WEB 1275746517980650532.docx 1554564246
Proporsional vergi- gəlirlərin səviyyəsindən asılı olmayaraq orta vergi məzənnəsi dəyişilməzliyini nəzərdə tutur
Proqressiv vergi- vergi məzənnəsi gəlirlərin səviyyəsinin artıb azalmasından asılı olaraq dəyişdirilir
Reqressiv vergi- vergi məzənnələri gəlirlərin səviyyəsi ilə tərs mütənasiblik təşkil edir. Yəni, gəlirlərin səviyyəsi yüksəldikcə vergi məzənnələri azalır və əksinə, gəlirlərin səviyyəsi azaldıqda vergi məzənnələri artır.
Vergitutma prosesi həyata keçirilərkən aşağıdakı prinsiplər nəzərə alınmalıdır:
Ədalətlilik prinsipinə əsasən ölkədə hər bir vergi ödəyicisi dövlət xərclərinin maliyyələşdirilməsində öz gəlirlərinə və imkanlarına uyğun olaraq iştirak etməlidirlər
Tarazlıq prinsipinin əsas məqsədi dövlətin və vergi ödəyicilərinin maraqlarının tarazlaşdırılmasından ibarətdir. Vergi dərəcəsinin artırılması büdcə gəlirlərinin artımına səbəb olur. Lakin nəzərə almaq lazımdır ki, bu yüksəliş elə bir həddə çata bilər ki, istehsalçının xalis gəlirinin əsas hissəsi tamamilə vergilərin ödənilməsinə sərf edilər. Bu isə iqtisadi fəallığın azalmasına, vergidən yayınma hallarının kütləvi xarakter almasına səbəb ola bilər.
Vergi ödəyicilərinin maraq və imkanlarının nəzərə alınması prinsipinə əsasən verginin məbləği, onun ödənilmə müddəti vergi ödəyicisinə əvvəlcədən məlum olmalıdır. O, vergi qanunvericiliyindəki bütün dəyişikliklər barədə qabaqcadan xəbərdar edilməlidir.
Səmərəlilik prinsipinə əsasən yığılmış verginin məbləği onun yığılmasına çəkilən xərclərin cəmindən çox olmalıdır.