Mövzu 6 Büdcənin gəlirləri, vergili və qeyri-vergili gəlirlər



Yüklə 19,17 Kb.
səhifə1/3
tarix22.03.2022
ölçüsü19,17 Kb.
#54039
  1   2   3
ASEU TEACHERFILE WEB 1275746517980650532.docx 1554564246


Mövzu 6

Büdcənin gəlirləri, vergili və qeyri-vergili gəlirlər

Büdcə gəlirləri dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əvəzi ödənilmədən və qaytarılmamaq şərti ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaiti başa düşülür. Dövlət büdcəsinin gəlirləri dövlətin maliyyə bazasını təşkil edir.

Büdcənin gəlirləri dövlətin pul vəsaiti fondunun formalaşması prosesində dövlətlə müəssisə, təşkilat və əhali arasında iqtisadi münasibətləri ifadə edir.

Dövlət büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:



  • Azərbaycan Respublikasının büdcə sisteminin digər səviyyəsinə tənzimləyici gəlirlər növündə verilən vergi daxilolmaları istisna olunmaqla dövlət büdcəsinin xüsusi vergi gəlirləri;

  • Xüsusi qeyri-vergi gəlirləri;

  • Keçən ilin sonuna vəsait qalığı;

  • Sair gəlirlər.

Vergi gəlirlərinə aiddir:

  • Azərbaycan Respublikasınını vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş dövlət vergi və rüsumları, əlavə hesablanmış müamilə və cərimələr;

  • Gömrük rüsumları və gömrük yığımları;

  • Dövlət rüsumları.

Qeyri-vergi gəlirlərinə aiddir:

  • Dövlət mülkiyyətində olan əmlakdan istifadəyə görə gəlirlər;

  • Dövlət mülkiyyətində olan əmlakın satışından gəlirlər;

  • Müvafiq dövlət hakimiyyəti orqanlarının göstərdiyi pullu xidmətdən gəlirlər;

  • Vətəndaşlıq, o cümlədən cərimə, müsadirə, kompensasiya (əvəzi ödənilən) tədbirlərin tətbiqi nəticəsində əldə edilmiş vəsait;

  • Digər qeyri-vergi gəlirlər.

Dövlət büdcəsinə daxil olan vergilərin nisbəti hər il üçün “ Dövlət büdcəsi haqqında ” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir. Qanun vergi daxilolmalarını gəlirlərin büdcə tənzimlənməsi qaydasında müxtəlif səviyyəli büdcələr arasında bölgüsü nisbətini (payını) müəyyən edir. Bu kimi bölgü növbəti büdcə ilinə “ Dövlət büdcəsi haqqında ” Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilir.

Vergi gəlirlərindən əlavə dövlət büdcəsinin icrası prosesində onun gəlirlərinə eyni zamanda keçmiş ilin axırlarına qalmış vəsait də köçürülür.

Vergilər dövlət büdcəsi gəlirlərinin əsas mənbəyidir. Vergi gəlirlərinə vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş dövlət vergiləri və rüsumları, yerli vergi və rüsumları, habelə cərimə və sanksiyalar üzrə daxilomalar aiddir.

AR-nın dövlət büdcəsinin gəlir hissəsi müxtəlif mülkiyyət formalı müəssisə və təşkilatlardan vergilərdən, gömrük rüsumlarından, Dövlət Neft Fondunun transfertlərindən, əhalidən vergilər, rüsumlar və göstərilən xidmətlərə görə sair ödənişlər hesabına formalaşır.

Vergilər mühüm iqtisadi kateqoriya olub, müvafiq qanunvericilik aktları və normativ-hüquqi sənədlərlə tənzimlənir. 2001-ci ildən qüvvədə olan “ Vergi Məcəlləsi ”-də göstərilir ki, Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir.”

Hər bir ölkədə qanunvericiliklə müəyyən edilmiş qaydada tutulan vergi, yığım, rüsum və digər ödənişlərin məcmu həmin ölkənin vergi sistemini təşkil edir. Səmərəli vergi sistemi bir tərəfdən dövlətin maliyyə ehtiyatlarına olan tələbatını ödəməli, digər tərəfdən isə vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə olan maraqlarını stimullaşdırmalıdır.


Yüklə 19,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin