1
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Dövlət İqtisad Universiteti
Magistratura Mərkəzi
Əlyazması hüququnda
Adıgözəlov Əbdülrəhman Ağəli oğlu
"Kommersiya banklarının etibarlılığı və onun qiymətləndirilməsinin
reytinq sistemi"
mövzusunda
Magistr dissertasiyası
İ
xtisasın şifri və adı:
060403 "Maliyyə"
İ
xtisaslaşma:
"Bank işi"
Elmi rəhbər:
prof. R. M. Rzayev
Magistr proqramının rəhbəri: prof. R. M. Rzayev
Kafedra müdiri:
i.e.d, prof. Z. F. Məmmədov
Bakı - 2016
2
Mövzu:
"Kommersiya banklarının etibarlılığı və onun
qiymətləndirilməsinin reytinq sistemi"
Mündəricat.
Giriş……………………………………………....…….……………3
Fəsil 1: Kommersiya banklarının fəaliyyətinin əsasları........................5
1.1.
Kommersiya bankı - təsərrüfat subyekti kimi
.................................5
1.2.
Kommersiya bankının funksiyalarının xarakteristikası ..
............... 22
1.3.Kommersiya banklarının əməliyyatlarının xarakteristikası...............28
Fəsil 2: Kommersiya bankının balansı: məqsədi və onun təhlilinin
nəticələri..................................................................................................36
2.1. Kommersiya bankının balansının məqsədi.....................................36
2.2. Kommersiya bankının balansının təhlili vəzifələri.........................38
2.3. Kommersiya bankının likvidliyi və kapitalının kafiliyi..................48
Fəsil 3: Kommersiya banklarının gəlir və xərclərinin, mənfəətinin
formalaşdırılması....................................................................................74
3.1. Kommersiya banklarının gəlirləri və xərcləri..................................74
3.2. Kommersiya banklarının gəlir və xərc səviyyəsinin etibarlılığı
və
qiymətləndirilməsi.....................................................................83
3.3. Kommersiya banklarının mənfəətinin formalaşdırılmasının reytinq
sistemi......................................................................................................92
Nəticə və təkliflər…………………………...............................103
Ə
dəbiyyatlar………………………………..............................107
3
Giriş
Mövzunun aktuallığı. Müasir iqtisadiyyatda kommersiya banklarının
fəaliyyətinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi daim aktual məsələlərdən
biridir. Yeni iqtisadi şəraitin tələblərinə uyğun olaraq aparılan iqtisadi islahatlar
bank fəaliyyətinin daha da təkmilləşdirilməsini, onların yeni prinsiplər əsasında
qurulmasını tələb edir.
Müasir bank sistemi ikipilləliqaydada qurulduğu üçün ikinci pilləni
kommersiya bankları təşkil edir.
Kommersiya bankları bir çox müxtəlif funksiyalar yerinə yetirir, əməliyyat
aparırlar. Kommersiya bankları balans tərtib edir, onu təhlil edir və vəzifələr
qarşıya qoyur.
Kommersiya banklarının kapitalının kafiliyi və "likvidlik" (latıncadan - axan,
duru) məsələləri də aktualdır.
Kommersiya banklarının gəlir və xərcləri, onların səviyyəsinin etibarlılığı və
qiymətləndirilməsi, mənfəətinin formalaşdırılmasının reytinq sistemi məsələlərinin
araşdırılması işinin zəruri məsələlərindən biridir.
Tədqiqatın məqsədi və vəzifələri: Burada əsas məqsəd iqtisadiyyatın
inkişafında kommersiya banklarının rolunun nə qədər mühüm olduğunu
göstərməkdir, müasir kommersiya banklarının hərtərəfli xüsusiyyətlərini, kredit
alqı - satqısını, bank əməliyyatlarını, eləcə də 2015 - ci ildə olan devalivasiyanın
bank bölümünə təsirini araşdırmaq və imkan daxilində onun yaxşılaşdırılmasına
təkliflər veməkdən ibarətdir.
4
Tədqiqatın obyekti və predmeti: Dissertasiya işində tədqiqatın obyektini
kommersiya banklarının etibarlılığını araşdırmaq, predmetini isə onun
qiymətləndirilməsinin reytinq sisteminimüəyyən etməkdən ibarətdir.
Tədqiqatın informasiya bazası: Azərbaycan Respublikası Mərkəzi Bankının
"Banklar haqqında olan Qanunu", Respublikamızın Qanun və sərəncmları,
normativ sənədlər, ayrı - ayrı bankların hesabatları, respublikamızın iqtisadçı
alimlərinin i.e.d. professorlar Bağırov D. A., Məmmədov Z. F., Bağırov M. M.,
Abdullayev Ş. Ə., Sadıqov E. M., KərimovA. E., dos. Əsgərova R. V. və
başqalarının, o cümlədən rus alimlərinin əsərlərindən istifadə edilmişdir.
Tədqiqatın təcrübə əhəmiyyəti ondan ibarətdir ki, onun əsas müddəalarından
irəli gələn nəticələrdən, təkliflərdən və tövsiyyələrdən istifadə olunması bank
sistemində inkişafa kömək edə bilər.
Dissertasiya işi: Giriş, üç fəsil, doqquz sual, nəticə və təkliflər, ədəbiyyat
siyahısı olmaqla rezümə ilə birlikdə 107 səhifədən ibarətdir.
5
1.
Fəsil. Kommersiya banklarının fəaliyyətinin
ə
sasları
1.1.
Kommersiya bankı-təsərrüfatçılığın subyekti kimi
Bank sisteminin ikinci mərhələsini kommersiya bankları təşkil edir ki, onlar
da universal və ixtisaslaşdırılmış banklara bölünürlər. Universal banklar bütün və
ya demək olar ki, bütün bank əməliyyatları növlərini (btütün növlərdən olan
ə
manətlərin qəbulu, qısa- və uzunmüddətli kreditlərin verilməsini, qiymətli
kağızlarla əməliyyatları və s.), mülkiyyətin istənilən formasında təsərrüfatçılıq
subyektinə və istənilən sahesinə və əhaliyə xidmət göstərilməsini heyata keçirir.
İ
xtisaslaşdırılmış banklar
bir və ya çox da geniş olmayan bank eməliyyatlarını
hayata keçirir. Lakin müasir bank fəaliyyeti getdikcə daha universallaşır. Bu, bank
işinin elə inkişaf səviyyəsi ilə bağlıdır ki, bu zaman kredit, pul və hesablaşma
ə
məliyyatları bir mərkəzdə təmərküzləşir.
Xarakterik haldrr ki, "kommersiya bankı" termini bank işinin erkən inkişaf
mərhələlətində hələ banklar əsasən ticarətə, əmtəə mübadiləsi əməliyyatlarına ve
ödenişlere xidmət göstərərkən meydana çıxmışdır. Müştərilərin əksəriyyətini
tacirlər təşkil etdiyindən, onlar kommersiya bankları adlanmağa başlamışdır.
Hazırda "kommersiya" termini özünün bank adında ilkin mənasını
itirmişdir. O bankın “işgüzar” xarakterini, novü və fəaliyyətlərindən asılı
olmayaraq təsərrüfatçılığın bütün subyektlərinə xidmət göstərməyini bildirir.
Kommersiya banklarının fəaliyyətinin dayanıqlığı üçün onun likvidlik
balansının olması zəruridir, yəni onun kifayət qədər kapitalı olmalıdır,
6
ödəməqabilli olmalıdır, onun kapitallarının keyfiyyətinə qarşı irəli sürülən
tələbləri təmin etməlidir.
Kommersiya banklarına bənzər təsisatlar hələ lap qədimlərdə mövcud
olmuşdur. Qədim Misirdə bank əməliyyatları hele b.e.ə. 2700-cü ildə həyata
keçirilirdi. Hammurapinin (b.e.ə. 1704-1662-ci illər) qanunnaməsi sübut edir ki,
hələ o zamanlar Babilistanda və Assuriyada vəsaitlərin saxlanılması forması ve
ssuda əməliyyatları qanunlarla tənzimlənirdi (vəsaitin saxlanılmasından otrü
qanun ödeniş verilməsini nəzərdə tuturdu). Ssudalar təkcə pulla deyil, mal (taxıl,
yun, xurma, toxum, yağ və s.) ilə də verilirdi. Ssudalar üzərinə faizlər
hesablanırdı, malların saxlanılması yerləri ehramlar idi, belə ki, orada
tehlükəsizlik daha çox təmin olunurdu. Lakin müasir anlamda kredit hesablaşma
institutu kimi ilk bank İtaliyada 1407-ci ildə Genuyada (Banka di San Corco)
yaranmışdı, ilk bankirlər isə sərraflar (pul dəyişənlər) idilər. Ona görə də "bank"
sözünün özü italyanca "banko" (sərraf masası, pul stolu) sözündən əmələ
gəlmişdir.
Fəqət müasir bankların erkən nümunələri müxtelif dövlətlərdə
sənayeləşdirmə prossesinin nəticəsi olaraq yaradılmışdır. Onların erkənləri
XVIII əsrdə, qalanları isə XX əsrdə meydana çıxmışdır. İlk vaxtlar onların
müştəriləri əsasən müəssisələr və həmin müəssisələrin sahibləri idi.
Kommersiya banklarından bəziləri elə həmin məqamdan pay iştirakı ilə,
müəssisələrin buraxdığı istiqrazlrın satın alınması və ya uzunmtüddətli
kreditlərin verilməsi üzrə ixtisaslaşmağa başladı. Digərləri qısamüddətli
7
kreditlər üzre, o cümlədən veksellərin uçotu, depozit vəsaitlərdən
maliyyələşdirilən bank aksepti və qısamüddətli kreditlərin verilməsi üzrə
ixtisaslaşmağa başladılar. Başqaları isə eyni zamanda hər iki fəaliyyətlə məşğul
olurdular ki, bu da onların çoxunun XIX-XX əsrlərin dövri böhranları zamanı
müflisləşməsinə gətirib çıxardı.
Kommersiya
banklarının
xarakterik
xüsusiyyəti
onların
ikili
ixtisaslaşmasından ibarətdir, yəni təsərrüfatçılıq subyektləri ilə iş və ayrı-ayrı
şə
xslərin depozitlərinin qəbul olunması zamanı ixtisaslaşmasından ibarətdir.
Sonuncular kommersiya banklarına imkan verir ki, təsərrüfatçılıq subyektlərinin
fəaliyyətini
maliyyələşdirsinlər
və
habelə
özlərinin
investisiyalarını
maliyyələşdirsinlər. Bu əlamətlərinə görə onlar xaricdə qarşılıqlı kreditlər üzrə
cəmiyyətlərə, kooperativlərə (müəyyən fəaliyyətlə meşğul olurlar), özəl
müştərilərlə işləyə və mənzil inşası (ve ya alınması) üçün
kreditlar verən əmanət banklarına bölünürlər.
Kommersiya bankları arasında bütün ölkə ərarisində şöbələri və regional
kommersiya bankları olan iri banklar fərqlənir. Qarçılıqlı kredit və kooperativlər
cəmiyyəti şəbəkəsinin mövcud olduğu və əmanət banklarlnrn yaradrlmadr[r bir
slra olkelerde kommersiya bankları xəzinədalıq bonları, dövlət istiqrazları ilə
ə
sas əməliyyatları həyata keçirirlər. Bundan əlavə, bir çox hallarda onlar dövlət
qiymətli kağızların mütləq vesait yatırımları aparmlıdırlar. Kommersiya bankları
ə
nənəvi olaraq həm də bankda hesabları olan özəl (xüsusi) şəxslərə onların
qiymətli kağızlar portfelinin idarə olunması şəklində xidmətlər də təklif
8
edirdilər. Bununla da onlar birja vasitəçilərinə rəqabət təşkil edirdilər ki, bu da
onları bu sahədə xidmətlər sferasında fəal olmayan qarşılıqlı kredit, kooperativ
cəmiyyətləri şəbəkəsi və əmanət banklarından fərqləndirirdi.
Müasir şəraitdə kommersiya bankının təsərrüfat subyekti kimi
anlaşılmasına
kifayet qader tez-tez təşkilati-funksional, texnoloji, vasitəçi
mövqeyindən yanaşırlar. Bununla da onun güclü idarəetmə alətlərindən biri kimi
pul tedavülü və kredit münasibətlərinə xidmət göstərən ictimai inkişaf və
təsərrüfat subyekti instrumenti kimi rolu azalır. Bankların mahiyyətinin təhrif
olunmuş şəkildə anlaşılması və onların rolunun kiçildilməsi həmin bank
təsisatlarının funksiyalarının əsassız şəkildə məhdudlaşdırılmasına gətirib
çıxarır. Məsələn, kifayət qədər tez-tez əsasız olaraq paylaşdırma (bölüşdürmə)
funksiyası daha çox mənfəət alınması məqsədilə kapitalın yerdəyişməsi birinci
yerə ireli çəkilir. Bankların ictimai funksiyası maddi nemətlərin təkrar
istehsaltını stimullaşdırmaq və iqtisadi tərəqqinin hərəkətverici qüvvəsi olması -
isə kənarda qalır. Bununla belə, müasir kommersiya bankı pul tədavülünün və
bütün formalarda kreditin fəaliyyət göstərməsi qaydalarının yaradıcısı kimi çıxış
edən təşkilatdır. Ona görə də banklar ölkənin milli sərvətlərinin toplayıcısı
rolunda çıxış edir, istehsal və tədavül strukturuna iqtisadi təsir orqanı sayılır.
Hazırda daha çox mənfəət götürmək banklar və bank fəaliyyeti haqqında
qanunvericilikdə kommersiya bankının orientasiyasında başlıcasıdır.
Bank təsisatlarının fəaliyyəti çox rəngarəngdir, ona görə də onların
mahiyyyəti kifayət qədər qeyri-müəyyən olur. Müasir cəmiyyətdə banklar
9
ə
məliyyatların ən rəngarəng növləri ilə məşğul olurlar. Onlar təkcə pul
dövriyyələri və kredit münasibətlərini təşkil etmir, həm də onların vasitəsi ilə
iqtisadiyyatın maliyyələşdirilməsi həyata keçirilir, sığorta əməliyyatları qiymətli
kağızların alqı-satqısı aparılır, bəzi hallarda isə vasitəçilik sövdələri və əmlakın
idarə olunması həyata keçirilir. Bank təsisatları məsləhətçilər (konsaltinqlər)
rolunda çıxış edir, xalq təsərrüfatı proqramlrının müzakirəsində iştirak edir,
statistika aparır, özlərinin, yardımçı təsərrüfatlarına malik olurlar.
Kommersiya bankı təsərrüfatçılığın müstəqil subyektidir, hüquqi şəxs
hüququna malikdir, bank məhsulunu itsehsal və realizə edir, xidmətlər göstərir,
kommersiya hesablaşması prinsipleri üzrə fəaliyyət göstərir. Bankın vəzifəsi
müəssisələrin vəzifəsindən az fərqlənir, belə ki, o öz xidmətləri və məhsulları ilə
ictimai tələbatın təmin olunması, əldə olunmuş mənfəət əsasrında həm öz
kollektivinin üzvlərinin, həm də bankın əmlakının sahibçisinin maraqlarının
realizasiyaır ile bağlı məsələləri həll edir. Bank onun nizamnaməsi ilə müəyyən
olunmuş istənilən təsərrüfat fəaliyyəti növünü həyata keçirə bilər.
Bank da istənilən müəssisə kimi xüsusi icazəyə (lisenziyaya) malik
olmalıdır. Sənaye, kənd təsərrüfatı, inşaat, nəqliyyat və rabitədən fərqli olaraq
banklar istehsal sferasında deyil, mübadilə sferasında fəaliyyət göstərirlər, onlar
da resursları "satın alır", aldıqlarını "satır", təkrarbölüşdürmə sferasında
fəaliyyət göstərir, əmtəə mübadiləsinə yardım edirlər. Bankların öz "satıcıları",
ambarları, xüsusi "mehsul ehtiyatı" vardır, onların fəaliyyəti əksəriyyətlə
10
pulların dövranlığından aslıdır. Bununla da banklarla ticarət sferası arasındakı
oxşarlıq əsasən sona çatır.
Kommersiya bankı təsərrüfat hesablı müəssisə sayılır. Bu onu bildirir ki,
kommersiya bankının fəaliyyətində başlıcası iqtisadi maraqların realizə
olunmasıdır. Bankın işinin bütünlüklə öz iqtisadi maraqlarının realizasiyasına
tabe etdirilməsi bütün digər motivlərin və məqsədlərin tabe etdirilməli olduqları
ali prinsip sayılır. Bunsuz bank iqtisadi müəssisə kimi baş tutmaya bilər.
Məsələn, onun fəaliyyətinin iqtisadi maraqlarla ziddiyyət təşkil edən hər cür
ideolo giyalaşdırılması mütləq şəkildə bankı əsl mahiyyətini itirən aparata
çevirir. Bu, təkcə kommersiya banklarına deyil, onun müştərilərinə də aiddir.
Bank əsasən özünün deyil, özgənin resursları hesabına işlədiyindən, özü üçün
deyil, bütün təsərrüfatçılıq subyektləri üçün və bütün vətəndaşlar üçün borc
götürdüyündən, israfçılıq həm bank üçün, həm də ondan resursları borc götürən
və onları qaytarmalı olanlar üçün də fəlakətlidir.
Bank müəssisə kimi öz dəyər forması olan məhsul istehsal edir. Bankın
məhsulu rolunu kreditlə birlikdə pul dövriyyəsində olan ödəniş (tədiyyə)
vəsaitləri oynayır. Müəyyən mənada xidmətlər də bankın məhsulu kimi çıxış
edir. Onlara ənənəvi xidmət növləri ilə yanaşı hesablaşmaların təşkili (nəqd və
nəqdsiz formada), əmanətlər, kreditləşdirmə ilə yanaşı qeyri-ənənəvi olan
qarantiyaların (zəmanətlərin), zaminliyin, məsləhətlərin (konsaltinq) verilməsi
və s. də daxildir. Bank xidmətlərinin xüsusiyyəti ondan ibarətdir ki, onlar nəinki
təkcə pul əsasına malikdirlər, həm də özüartan dəyər səciyyəsinə malikdirlər.
11
Məsələn əmanətçilərdən alınmış resurslar kredit müəssisələri üçün pulsuz deyil.
ona görə də resurslar elə istifadə olunmalıdır ki, onlar nəinki təkcə sahiblərinə
qaytarıla bilsin, həm də əmanətlər üzrə faizlərin verilməsi, məsrəflərin
kompensasiyası və heç olmazsa, minimal mənfəət əldə edilməsi üçün kifayət
qədər artım almağa imkan versin.Bank akkumulyasiya olunan resurslardan
istifadə etməyə və onları kredit şəklində ehtiyacı olan borc alanlara sarı elə
yönəltməlidir ki, onun xidməti hər hansı bir halda bank fəaliyyəti vasitəsilə
dövriyyəyə buraxılmış dəyərin özəl artımına imkan versin.
Kommersiya banklarının mübadilı sferasında fəaliyyət göstərməsi onun
mahiyyəti haqqında düzgün olmayan (yalnış) təsəvvür yaradır. Bir çox hallarda
bank vasitəçi təşkilat kimi xarakterizə olunur. Belə söyləməyə resursların xüsusi
axını onların müvəqqəti olaraq bəzilərində yığılıb qalması, başqalarında isə
tətbiqinə ehtiyac yaranması əsas verir. Bu zaman situasiyanın xüsusiyyəti ondan
ibarət olur ki, resursların müəyyən hissəsinə malik olan kreditor müəyyən
zəmanətlərin olduğu hallarda konkret müddət üçün və faizlə onları digər
kontragentlərə - borc alanlara vermək istəyir. Bank kreditordur, borc alandır və
onların arasında vasitəçidir, habelə pul hesablaşmalarında vasitəçidir. Ona görə
də o bu funksiyalarda ozünün təsərrüfat subyekti kimi mahiyyətini bütünlüklə
nümayiş etdirir.
Bankın tədavül sferasında fəaliyyəti onun haqqında birja agenti kimi
təsəvvür yaradır. Banklar birjaların mütleq iştirakçıları sayılır. Onlar müstəqil
şə
kildə qiymətli kağızlarla ticarət üzrə birja əməliyyatları təşkil edə bilərlər.
12
Lakin bank tədricən getdikcə daha çox kredit mərkəzinə çevrildi ki, bu da onu
kredit müəssisənin növü kimi müəyyənləşdirməyə imkan verdi. Banklar öz
təbiətlərinə görə ilk növbədə kredit və pul münasibətləri ilə bağlıdırlar, hərçənd
nəinki kreditləşdirmə ilə məşğul olmuş və olurlar, həm də fəaliyyətin bir çox
başqa növləri ilə məşğul olurlar. Onların fəaliyyətinin əsas məhsulu pul və kredit
işidir. Kommersiya banklarının fəaliyyətində ən başlıcası iqtisadiyyatda normal
təkrar istehsal prosesi mühiti yaratmaq üçün pul-kredit siyasətinin təşkil
edilməsi sayılır. Kommersiya banklarının maddi nemətlər istehsalçısı
olmamasına baxmayaraq, istənilən müəssisənin olduğu kimi, onun da öz
məhsulu da vardır ki, bu da ilk növbədə ödəniş vəsaitlərinin (pul kütləsinin)
formalaşdırılması,
habelə
kreditlərin,
qarantiyaların,
zəmanətlərin,
konsaltinqlərin (məsləhətlərin) verilməsi, əmlakın idarə olunması şəklində
müxtəlif xidmətlərin göstərilməsidir.
Kommersiya bankının fəaliyyət göstərməsi müəyyən məqsədlərin əldə
olunmasına əsaslanır ki, onlardan da ən başlıcası mənfəət təsərrüfatçılığının
aparılmasına, daha çox mümkün mənfəətin əldə olunmasına nail olunsun, yəni
bank fəaliyyətinin hərəkətverici motivi mənfəət əldə etməkdir. Lakin
kommersiya bankı üçün mənfəətin hansı yolla əldə olunmasının fərqi vardır.
Bank kommersiyası prinsipi daha az investisiya ilə daha çox mənfəət əldə
etməyi nəzərdə tutur. Gəlirin formalaşdırılmasına yardım edən ümumi
resurslarda bankın öz payının miqdarının böyüklüyü onun üçün əhəmiyyətsiz
13
deyil. Hər bir banka aydındır ki, əgər, onun passivlərdə payının az olduğu
məqamda daha çox mənfəət əldə olunmuşsa, bunun effekti daha hiss olunandır.
Ona göre də kommersiya bankının fəaliyyəti aşağıdakı tələblərin yerinə
yetirilməsi üzərində qurulmalıdır:
• kapitalı daha ucuz almalı (mümkün qədər daha az faiz stavkası ödəməli);
• kapital və xidmətləri daha baha satmalı (mümkün qədər daha çox faiz
stavkası əldə etməli);
• etibarlı partnyorların seçilməsi və qarantiyaların alınması, habelə
ə
məliyyatların rəngarəngliyi və ssuda kapitalının müxtəlif bazalarının
mənimsənilməsi yolu ilə itki riskini azaltmalı.
Kommersiya banklarının yuxarıda təsvir olunmuş fəaliyyət strategiyası
strategiyası aşağıdakı sxem üzrə təsvir oluna bilər (şəkil 1. 1).
Bank
1 4 Faiz gəliri (marja) 3 2
F
1
-F
2
Pul-maliyyə
bazarı
Müştərilər
Şəkil 1. 1.
Kommersiya bankının strateji fəaliyyət modeli
14
Ə
məliyyatın məzmunu: 1 - pul-maliyyə bazarında bank tərəfindən kapitalın
(resursların) alınması; 2 - bank tərəfindən müxtəlif növ müştərilərə (borc
alanlara) kapitalın (resursların) satılması; 3 - bank tərəfindən ssuda kapitalının
(F
1
) alınması; 4 - pul-maliyyə bazarında alınmış kapital üçün bank tərəfindən
faizlərin (F
2
) ödənilməsi.
Kommersiya bankının fəaliyyətinin sadələşdirilmiş modelindən görünür ki,
həmin bank mümkün qədər daha çox faiz gəliri əldə etməyə çalışır. Amma
kommersiya bankları qeyri-faiz gəliri adlandırılan mədaxil, yəni kreditlərin
verilməsi hesabına olmayan gəlir də əldə edə bilər. Qeyri-faiz gəlirlərinin əldə
edilməsi ilə başı əsas fəaliyyət növlərinə məsləhət (konsaltinq) yardımlarını,
qarantiya və zəmanətlərin verilməsini, mədaxillərdə iştirak etməyi, öz
müştərilərinin qiymətli kağızlarının yerləşdirilməsində vasitəçilik etməyi aid
etmək olar.
Sonuncu halda kommersiya bankları qiymətli kağızların alqı - satqısı üzrə
həm özlərinin vəsaitləri hesabına, həm də müştərilərin tapşırığı ilə əməliyyatlar
aparır, həm də digər təsərrüfatçılıq subyektlərinin emissiyasına və qiymətli
kağızların realizasiyasına rəhbərlik edir. Xarakterik haldır ki, kvaziinvestisiya
istisna olmaqla, kommersiya bankı tərəfindən üzərinə dividendlərin
hesablanılmadığı öz səhmlərini almaqla bağlı bütün digər əməliyyatlar (qiymətli
kağızlarla ticarət-komisssion əməliyyatlar) gəlirlərin (mənfəətlərin) əldə
olunmasına yönəlmişdir. Bankların belə əməliyyatlardan əldə etdikləri gəlirləri
qiymətli kağızlar, komissionlar və spred üzrə alınan faizlərin məbləğindən
15
ibarətdir.
Hazırda
kommersiya
banklarının
ə
ksəriyyəti
investisiya
ə
məliyyatlarından məhz qiymətli kağızların satış qiymətinin onların alınma
qiymətlərinə nisbətən artırılması yolu ilə mənfəət götürürlər.
Kommersiya bankları ənənəvi olaraq daxili və xarici əmanətləri səfərbər
edən, habelə onların müxtəlif borc alanlar arasında bölüşdürülməsini həyata
keçirən yeganə təsisat idilər. Son illərdə bank fəaliyyətində köklü dəyişiklikləri
şə
rtləndirən qanunverici və normativ tənzimləmələrdə dəyişikliklər baş
vermişdir. Bank (depozit) təsisatları yeni xidmətlər təklif edən rəqiblər
tərəfindən getdikcə daha çox təzyiqə məruz qalırlar. Bunun nəticəsində onlar
maliyyə və qeyri-maliyyə
ş
irkətlərinin rəqabətinin güclənməsi səbəbindən öz ənənəvi funksiyalarına
münasibətdə inhisarçı mövqelərini itirirlər.
Bank fəaliyyətinin tənzimlənilməməsi maliyyə bazarlarının qloballaşması
və ya artımı ilə baglı səbəb və nəticədir. Məsələn, inkişaf etmiş ölkələrdə
maliyyə bazarlarının möhtəşəm artımı vardır və aktivlərin seqmentlərinin
sekyuterləşməsi, beynəlmiləlləşməsi və azalması kimi ənənələrlə şərtlənən dərin
struktur
dəyişiklikləri
ilə
xarakterizə
olunur.
Bank
sektorunun
tənzimlənilməməsinə olan tendensiya və onun innovasion fəaliyyəti bankları
ə
nənəvi olaraq rəqabətdən qoruyan maneələrin azaldıması və aradan qaldırılması
amilləridir. Ona görə də əhəmiyyətli fond bazarları olan dövlətlərdə qeyri-
maliyyə borc alanları üçün vəsait mənbəyi olan kommersiya banklarının rolunun
kəskin azalması müşahidə olunur. Lakin məhdud fond bazarları olan ölkələrdə
16
də kommersiya bankları tərəfindən aparılan kredit əməliyyatlarının azalması
müşahidə olunur. Bu onunla bağlıdır ki, kommersiya banklarının müştəriləri
kapitalın getdikcə daha geniş xarici və offşor bazarlarına, məsələn,
Avroistiqrazlarına çıxış əldə edirlər.
Bunun nəticəsində bank xidmətlərini digər mliyyə və qeyri - maliyyə
ş
irkətlərinin həyata keçirdikləri xidmətlərdən fərqləndirmək daha da çətinləşir.
Ona görə də bank işinin bir çox mütəxəssisləri hesab edirlər ki, gələcəkdə:
• bank sistemi daha çox universal Avropa bank modelinə oxşar olacaq,
nəinki yüksəksəviyyəli seqmentasiya səviyyəsi ilə xarakterizə olunan
Amerika və ya Yaponiya modelinə;
• depozitlərin yerləşdirilməsi və qısamüddətli kreditlərin verilməsi üzrə
funksiyaları yerinə yetirən müəssisələr kimi bankların rolunun hər
yerdə azalması müşahidə olunacaq;
• kapital bazarında xidmət göstərmək üzrə ixtisaslaşan dolayısı
vasitəçilər kimi onların fəallığının yüksəlməsi gözlənilir, yəni onların
funksiyaları əsas etibarilə informasiyanın işlənilməsinə yönələcək;
• o hallarda bank fəaliyyətinin genişlənməsi baş verəcək ki, kommersiya
bankları birgə əsasda informasiya xidmətlərinin göstərilməsi ilə bağlı
üstünlüklərdən istifadə edə bilsinlər və bunu da kredit kartları, trast
ə
məliyyatları, sığortalama və s. sistemlərə aid etmək olar;
• kommersiya bankları əvvəlki kimi ödəniş sistemində əhəmiyyətli rol
oynayacaq.
17
Lakin hazırda bank və kommersiya və ya sənaye fəaliyyətiarasında aydın
həddin mövcudluğu şəraiti əvvəlki təki Fransa, Almaniya və İsveçrə kimi bəzi
ölkələr istisna olmaqla ümumi qəbul olunmuş norma halında qalmaqdadır.
Kommersiya bankları fəaliyyət göstərmə xarakterinə görə ən rəngarəng ola
bilərlər. Onlar apardıqları əməliyyatların növlərinə və fəaliyyət sferasına
(universal, ixtisaslaşmış və sahə), mülkiyyət formasına (dövlət, özəl, kooperativ,
səhmdar, qarışıq), bank kapitalının ölkə mənsubiyyətinə (milli, xarici,
müştərək),
fəaliyyət ərazisinə (ümumdövlət, regional, regionlararası, beynəlxalq, xarici),
təşkilati - hüquqi esasına (pay, səhmdar), kreditlərin verilməsi müddətinə
(uzunmüddətli və qısamüddətli kreditləşdirmə bankları), kommersiya bankının
xarici bölmələrinin formalarına (müstəqil hüquqi şəxs, bütün kommersiya
bankları üçün müəyyən olunmuş qaydada qeydə alınan törəmə bank, filial,
bölmə, şöbə, nümayendəlik) görə fərqlənirlər.
Kommersiya bankının effektiv fəaliyyəti bank tənzimləməsi ilə bağlıdır və
bu, mərkəzi bankın sabit, təhlükəsiz fəaliyyət göstərən kommersiya banklarının
təmin olunması ilə maşğul olduğu tədbirlər sistemi kimi anlaşılır. Kommersiya
banklarının fəaliyyəti onların müflisləşməsinə, müştərilərini itirməsinə gətirə
bilməz və bu, bütövlükdə iqtisadiyyata neqativ təsir göstərə bilər. Bank
tənzimləməsinin və nəzarətinin əsasında "dəvə" (ingiliscə "CAMEL" akronimi
bank nəzarətinin əsas meyarlarının baş hərfləri ilə tərtib olunub) adlandırılan
prinsip durur və ona aşağıdakılar daxildir:
18
• kapitalın kifayət qədər olması (öz vəsaitlərinin yekun aktivlərə nisbəti);
• risk, likvidlik və s. nöqteyi - nəzərindən aktivlərin keyfiyyəti;
• menecmentin keyfiyyəti (idarə edənlərin ixtisaslaşması);
• likvidlik və ya bankın tez və ağrısız öz öhdəliklərini yerinə yetirə bilmək
qabiliyyəti (likvid aktivlərin və digərlərinin nisbəti);
• gelirlilik (bir səhmə və ya bir məşğul olana gələn gəlirin səviyyəsi).
Tənzimləmə sistemi qarşısında bütün banklar, onların nə ilə məşğul
olmaları və kimə məxsus olmalarından asılı olmayaraq bərabərdirlər. Lakin
bütün ölkələrdə müxtəlif banklar - kommersiya, investisiya, əmanət, kooperativ,
səhmdar, ümumxalq və özəl banklar olduğundan, bu, tənzimləmə sisteminin
korrektə olunmasını tələb edir. İnkişaf etmiş ölkələrdə bank fəaliyyəti və pul-
kredit siyasətinin qanunvericiliklə tənzimlənilməsi adətən müəyyən miqdarda
xüsusi qanunvericilik aktlarına əsaslanır ki, onların da arasında ən əsasları
Mərkəzi bank haqqında qanun və bank fəaliyyəti haqqında ümumi qanundur.
Müasir kommersiya bankları müxtəlif hüquqi formalarda yaradıla bilər.
Onlar nisbətən daha tez-tez fərdi və ya müştərək (ailəvi) banklar, qeyri-məhdud
məsuliyyətli birlikler (yaxud da ümumi partnyorlar) (yoldaşlıqlar), məhdud
məsuliyyətli birliklər (yaxud da məhdud partnyorlar, səhmdar şirkətləri və s.)
(yoldaşlıqlar), trastlar şəklində yaradılırlar.
İ
lk iki hüquqi forma sonuncu iki formadan onunla fərqlənir ki, müəssisələrin
(bankların) sahibləri tamamilə, hər hansı məhdudiyyət olmadan öz
müəssisələrinin (filiallarının) öhdəlikləri üzrə cavabdehdirlər. Məhdud
19
məsuliyyətli yoldaşlıq (birlik) şəklində yaradılmış bankların sahibləri öz
təsisatçılarının öhdəlikləri üzrə yalnız öz pay üzvlük haqları və ya səhmdar
kapitaldakı payları həddində cavabdehdirlər. Müştərilərin vəsaitlərini trast
(etimad) əsasında cəlb edən banklar (və onların sahibləri) müştərilər qarşısında
onların əmanətlərinin toxunulmazlığı haqqında, əgər vəsaitlərin yerləşdirilməsi
zamanı "adi sayıqlıq" normalarını pozmayıblarsa, cavabdehlik daşımırlar.
İ
lk iki hüquqi formada yaradılmış banklara (fərdi va ya müştərək banklara),
habelə qeyri-məhdud məsuliyyətli yoldaşlıqlara adətən geniş ictimaiyyətdən
(onların məsuliyyətinin hüdudlarının müəyyənləşdirilməsinin çətinlikləri
üzündən) depozitlər qəbul etmək qadağan olunur, lakin onlar bütün qalan bank
funksiyalarını yerine yetirə bilərlər, məsələn, borc almaq barədə adi özəl
(xüsusi) müqavilə əsasnda vəsait cəlb ede bilsələr ki, sonradan bunları daha
yüksək faizlə ssuda şəklində verə bilsinlər.
Bank müəssisəsinin ən geniş yayılmış hüquqi forması müxtəlif yönümləri
ilə mövcud olan məhdud məsuliyyətli yoldaşlıqlar formasıdır:
• Böyük Britaniyada yerli, "özəl və ümumi (ictimai) şirkətlər;
• ABŞ - da korporasiyalar;
• AFR-da, Yaponiyada, Fransada və başqa ölkələrdə səhmdar
cəmiyyətləri.
Adətən ən iri bankların baş (ana) şirkətinin, bir çox ayrı - ayrı banklara və
firmalara nəzarət edən maliyyə sistemində iştiraklar vasitəsilə strukturu olur.
ABŞ - da belə konsernlərin başında adətən holdinq korporasiyası durur ki,
20
konsernin aparıcı bankı da ona tabe olur. Qərbi Avropa dövlətlərində və
Yaponiyada belə holdinqin funksiyasını bilavasitə aparıcı bank həyata keçirir.
Belə konsernlərdə cəlb olunmuş depozitlərin məbləği çox hallarda on və hətta
yüz dəfələrlə konsernin öz kapitalını üstələyir. Ona görə də, bir qayda olaraq,
belə banklar üçün müvafiq dövlət idarəsində depozitlərin sığortalanması üçün
öhdəlik mövcuddur.
Kommersiya bankları müvafiq prinsiplə işləməli və müəyyən funksiyaları
yerinə yetirməlidirlər. İndiki halda kommersiya bankının ilkin müqəddəm
prinsipi real mövcud olan resurslar həddində işləməkdir. Real mövcud olan
resurslar həddində işləmək onu bildirir ki, kommersiya bankı təkcə öz resursları
ilə kapital yatırımları arasındakı kəmiyyət uyğunluqlarını təmin etməli deyil,
həm də bank aktivlərinin xarakterinin onun tərəfindən cəlb olunmuş resursların
pesifikasına uyğunluğuna nail olmalıdır. Bu, ilk növbədə onların hər ikisinin
müddətinə aiddir. Məsələn, əgər bank vəsaitləri başlıca olaraq qısa müddət üçün
qəbul edir, onları isə əsas etibarilə uzunmüddətli ssudalara yatırırsa, onda onun
likvidliyi təhlükə altında qalır. Bankın aktivlərində böyük miqdarda yüksək
riskli ssudaların olması bankdan onun resurslarının ümumi həcmində öz
vəsaitlərinin xüsusi çəkisini artırmalı tələb edir.
Kommersiya banklarının fəaliyyətinin əsaslandığı ikinci ən mühüm prinsip
iqtisadi müstəqillikdir və bu zaman bankların öz fəaliyyətlərinin nəticələri üçün
iqtisadi müstəqilliyi anlaşılır. İqtisadi müstəqillik bankın öz vəsaitləri və cəlb
olunmuş resurslar, müştərilərin və əmanətçilərin seçilməsi, bankın gəlirləri
21
barədə sərbəst qərar qəbul olunmasını nəzərdə tutur. Məsələn, mövcud
qanunvericilik bütün kommersiya banklarına öz fondları və gəlirləri ilə sərbəst
rəftar etmək üçün iqtisadi müstəqillik verir. Vergilərin ödənilməsindən sonra
bankın öz sərəncamında qalan mədaxili onun təsisat sənədlərinə uyğun olaraq
bolüşdürülür. Səhmdarların ümumi yığıncağı və ya digər səlahiyyətli orqan
bankın müxtəlif fondlarına ayırmaların normalarını və həcmini, habelə səhmlər
üzrə dividendlərin həcmini müəyyənləşdirir. Kommersiya bankı öz öhdəliklərinə
görə, mövcud qanunvericiliyə görə üzərinə cərimə təyin oluna bilən ona məxsus
olan bütün vəsaitlərlə və əmlakla cavab verir. Kommersiya bankı
ə
məliyyatlardan irəli gələn bütün riski öz üzərinə götürür.
Üçüncü
prinsip ondan ibarətdir ki, kommersiya bankının öz müştəriləri ilə
qarşılıqlı, münasibətləri adi bazar münasibətləri kimi qurulur. Kommersiya
bankı ssuda verərkən ilk növbədə gəlirliliyin, risk və likvidliyin bazar
meyarlarından çıxış edir.
Kommersiya banklarının işinin dördüncü prinsipi ondan ibarətdir ki, onun
fəaliyyətinin tənzimlənilməsi yalnız dolayısı, (inzibati deyil) iqtisadi metodlarla
həyata keçirilməlidir. Dövlət yalnız kommersiya bankları üçün "oyun
qaydalarını" müəyyən edir, amma onlara əmr vermir.
Kommersiya bankları özləri özlüklərində mövcud olmurlar: onlar
iqtisadiyyatın və sosial sferanın tələblərinə xidmət edirlər. Ona görə də
sonuncuların durumu kommersiya banklarının inkişafındakı tendensiyanı
adekvat əks etdirir. Məsələn, iqtisadi artrm şəraitində bank xidmətlərinə olan
22
tələbat artır, və əksinə, iqtisadi tənəzzül və əhalinin əksər hissəsinin aşağı həyat
səviyyəsi bank xidmətinə olan tələbatı məhdudlaşdırır. Kommersiya banklarına
qeyri - effktiv
iqtisadiyyatda, ödəməqabilli ssuda alanın olmadığı, kreditləşdirmə üçün elmi
cəhətdən əsaslandırılmış investisiya layihələrinin olmadığı, habelə bank
fəaliyyətini tənzimləyəcək mükəmməl qanunvericilik bazasının olmadığı
şə
raitində işləmək çətindir. Bu səbəbdən də kommersiya bankları artımın
intensiv amillərindən istifadə olunmasına yönəldilməlidirlər.
Dostları ilə paylaş: |