Mövzu 6: ƏMƏk hüququnun əsaslarstrreplN Əmək hüququnun anlayışı və mənbələri Kollektiv müqavilə və saziş


Məşğul şəxslərə aşağıdakılar aiddir



Yüklə 169,5 Kb.
səhifə4/16
tarix02.01.2022
ölçüsü169,5 Kb.
#35047
1   2   3   4   5   6   7   8   9   ...   16
Mövzu 6 - ƏMƏK HÜQUQUNUN ƏSASLARI

Məşğul şəxslərə aşağıdakılar aiddir:

1) muzdla işləyən, o cümlədən əmək müqaviləsi (kontraktı) ilə tam və ya tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi (xidməti) olanlar;

2) sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar;

3) haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər;

4) Azərbaycan Respublikasının silahlı qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər;

5) əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, tətil, istehsalatın dayanması və ya başqa səbəblər ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar;

6) Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

7) Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.

İşsiz dedikdə, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) iş axtaran kimi qeydiyyata alman, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlar başa düşülür. Bu halda məşğulluq xidməti istiqamətində görülən ictimai işlərə görə işçilərə verilən əmək haqqı, həmçinin müəssisədən, idarədən və təşkilatlardan onların ləğv edilməsi, yenidən təşkili, ştatların sayının ixtisar olunması ilə əlaqədar işdənçıxarılma müavinəti və orta aylıq əmək haqqı həcmində verilənlər nəzərə alınmır.

İşsiz statusu almaq üçün müəyyən şərtlərə əməl olunmalıdır: əmək qabiliyyətli olmalı, əmək qabiliyyətli yaş həddində olmalı (kişilər 62, qadınlar 57 yaşa qədər), dövlət məşğulluq xidməti orqanlarında işaxtaran şəxs kimi qeydiyyatdan keçməli. Vətəndaş yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanlarına) şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçası (yaxud onu əvəz edən sənəd), peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda) təqdim edərək işaxtaran kimi qeydə alınır. İlk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləri təqdim edirlər.

İşaxtaran kimi qeydiyyata alınmış vətəndaş müvafiq sənədləri təqdim etdiyi andan, ona münasib iş təklif olunmadığı halda, məşğulluq xidməti orqanı 11 gün ərzində həmin şəxsə işsiz statusu verilməsi haqqında qərar qəbul edir. İşsizlərin məşğulluq xidməti orqanında qeydiyyata alınması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Qeyd etmək lazımdır ki, işsiz statusu ömürlük verilmir. O, münasib işin axtarılıb tapılması ilə ləğv edilir.

İşsiz statusu almaq hüququ olmayan vətəndaşlara 15 yaşına çatmayanlar; pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar; qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədilə üzrsüz səbəbdən müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanları) gəlməyənlər və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlər (vətəndaşa eyni iş təkrarən təklif oluna bilməz); ilk dəfə işaxtaranlar; azadlıqdan məhrum etmə cəzasını çəkənlər aiddir.

İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun bir aydan sonra təkrarən işsiz statusu almaq üçün yaşadığı ərazidə məşğulluq xidməti orqanına müraciət etmək hüququ vardır.

İşaxtaran üçün onun ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, yeni iş yerinə nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş münasib iş sayılır.

İşaxtaranın razılığı olmadan yeni işlə əlaqədar onun yaşayış yerinin dəyişməsi tələb olunduqda, eləcə də əmək şəraiti əməyin mühafizəsi normalarına uyğun gəlmədikdə ona təklif olunan iş münasib iş sayıla bilməz.




Yüklə 169,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin