4. Əmək müqaviləsi: anlayışı, tərəfləri və məzmunu
Azərbaycan Respublikasında əmək azaddır. Hər bir vətəndaş əməyə olan qabiliyyətini həyata keçirərkən - fəaliyyət növünü və peşəsini seçməkdə azaddır. Məcburi əməyin qadağan olunması əsas nailiyyətdir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində təsbit olunub.
Respublikamızda vətəndaşlar əmək hüquqlarını aşağıdakı formalarda həyata keçirə bilərlər.
• əmək müqaviləsini bağlamaqla;
• seçkili vəzifələrə seçilməklə;
• gənc mütəxəssisləri müvafiq təhsil müəssisələrini bitirdikdən sonra təyinat üzrə işə göndərməklə;
• şəxsi və özəl sahibkarlıq fəaliyyəti ilə.
Vətəndaşların əmək hüquqlarının həyata keçirilməsinin başlıca forması əmək müqaviləsi hesab edilir.
Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
Əmək müqaviləsini digər müqavilələrdən fərqləndirən aşağıdakı xüsusiyyətlərini göstərmək olar:
Birincisi: əmək müqaviləsi müəyyən növ işin (müəyyən ixtisas, peşə və vəzifə çərçivəsində) işçinin özü tərəfindən şəxsən yerinə yetirilməsini nəzərdə tutur;
Dostları ilə paylaş: |