Mövzu 6: Türkiyə 1918- ci İLDƏ


Türkiyə deyir ki, o, Suriyanın şimalında yeddi ay çəkən "Fərat Qalxanı" hərbi əməliyyatını "uğurla" başa çatdırıb



Yüklə 320,05 Kb.
səhifə16/20
tarix02.01.2022
ölçüsü320,05 Kb.
#41916
1   ...   12   13   14   15   16   17   18   19   20
Mövzu 1. TÜRKİYƏ. doc-1

Türkiyə deyir ki, o, Suriyanın şimalında yeddi ay çəkən "Fərat Qalxanı" hərbi əməliyyatını "uğurla" başa çatdırıb.

"Fərat Qalxanı əməliyyatı uğurlu olub və başa çatıb," Baş nazir Binali Yildirim ölkənin təhlükəsizlik şurasının çərşənbə günü keçirilən iclasından sonra bildirib.

Lakin cənab Yildirim yeni hərbi əməliyyatlar barədə göstəriş verməyib. O, Türk qoşunlarının Suriyanı tərk edib-etməyəcəyi barədə də heç nə deməyib.

Türkiyə bu əməliyyata ötən il avqustun 24-də özünü "İslam Dövləti" adlandıran qruplaşmanı öz sərhədlərindən uzaqlaşdırmaq və kürd dəstələrinin hücumunu dayandırmaq üçün başlayıb.

Ordu və Türkiyənin dəstəklədiyi suriyalı üsyançılar bir neçə şəhəri, o cümlədən Cərəblusu ələ keçirib və nəhayət strateji şəhər sayılan əl-Babın cənubuna doğru hərəkət ediblər.

Ankara Suriya kürdlərinin İraqdakı Kürdüstan kimi muxtariyyət elan edəcəklərindən narahatdır. O, onilliklər ərzində cənub-şərqi Türkiyədə döyüşənn Kürd PKK qrupunu YPG-nin bir hissəsi hesab edir.

Cümə axşamı, ABŞ Dövlət Katibi Rex Tillerson-un Türkiyəyə səfər edəcəyi gözlənilir.

Onun səfəri ikitərəfli münasibətlərin son 18 ayda kəskin şəkildə aşağı düşməsinin fonunda baş verir, BBC-nin əməkdaşı Mark Lowen Türkiyədən məlumat verir.

Suriyanın dayaq nöqtəsi olan Raqqanın İD-dən alınmasında kimin iştirak edəcəyilə bağlı iki ölkə arasında fikir ayrılığı böyüyür.

Türkiyə ABŞ-ın kürd yaraqlıları ilə əməkdaşlıqdan imtina etməsini istəyir, lakin Vaşinqton onları ən təsirli qüvvə hesab edir, müxbirimiz deyir.

Türkiyə hökumətinin, həmçinin, cənab Tillerson-a Ankaranın dövlət çevrilişinə cəhddə ittiham etdiyi Pensilvaniya ştatında yaşayan din xadimi Fethullah Gülen-in ekstradisiyası barədə tələblərini ifadə edəcəkləri də gözlənilir.

ABŞ təkid edir ki, bu qərar siyasi yox, məhkəmə qərarı ilə verilə bilər.

Türkiyə ilk gündən bəri Suriya hökumətiylə koordinasiyasız hərbi əməliyyatlar aparırdı. Bu səbəbdən də “Fərat qalxanı” qeyri-legitim idi və biz Ankarayla bu əməliyyatlarda əməkdaşlıq etmirdik. Legitim əsası olmadığına görə “Fərat qaxanı”nın bitməsi yaxşı oldu ". 

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev belə deyib.

Kosaçevin fikrincə, Türkiyə ilə Rusiyanın əməkdaşlıq parametrləri və məqsədləri Suriya hökuməti ilə koordinasiya edilən Astana üçlüyü formatında reallaşır: "Şübhəsiz, bu əməkdaşlıq Suriyadakı terrorist qrupların tamamilə yox edilməsinə qədər davam etməlidir".

Xatırladaq ki, rəsmi Ankaranın ötən ilin yayında başlatdığı “Fərat qalxanı” əməliyyatı 29 aprel 2017-ci ildə keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının sürpriz qərarıyla bitmiş elan olundu. Bu barədə kütləvi informasiya vasitələrinə açıqlama verən ölkənin baş naziri də faktı bir daha təsdiqlədi.



Rəsmi Ankaranın bu qərarını gözlənilməz edən başlıca amil isə ölkə rəhbərliyinin bir müddət əvvələ qədər əməliyyatı dayandırmayacağını, Raqqa və Münbici terrorçulardan təmizləyənədək sürdürəcəyini israrla bəyan etməsiydi. Halbuki, Rəcəb Tayyib Ərdoğanın bu israrlı çıxışlarından qabaq ölkənin baş nazirinin müavini Niman Kurtulmuş əməliyyatın bitdiyini bildirmiş və Ərdoğanın ilk reaksiyası da onun bəyanatındakı “səhvi” düzəltmək üçün verilmişdi. Türkiyə prezidenti həmin açıqlamasında deyirdi: "Ortada bir anlaşılmazlıq var. Bizim hədəfimiz bu bölgənin İŞİD-dən təmizlənməsidir. İŞİD-in mərkəzi əl-Bab deyil, Raqqadır. Raqqa təmizləndiyi andan etibarən, hədəfimiz tamamlanmış olacaq. Dolayısıyla, əl-Babdan sonra da dayanmaq yoxdur".


 

Dünənki MTŞ-nın toplantısında qəbul olunan qərar isə məhz Niman Kurtulmuşun arqumentinə daha yaxın əsasa söykənirdi. Belə ki, Niman Kurtulmuş məlum çıxışında “Fırat qalxanı”nın son hədəfi kimi əl-Babın alınmasını göstərmiş və missiya artıq yerinə yetirildiyi üçün əməliyyatın da sona çatdığını bildirmişdi. MTŞ-nın dünənki qərarında isə belə deyilirdi: "Ölkəmizin sərhəd təhlükəsizliyini təmin etmək, İŞİD terror təşkilatının ölkəmizə yönəlik təhdid və hücumlarının qarşısını almaq, didərgin salınmış suriyalı qardaşlarımızın ölkələrinə dönüşlərinə imkan yaratmaq və “Fırat qalxanı” hərəkatı bölgəsində stabillik və güvən içərisində həyatlarını sürdürmələrini təmin etmək məqsədilə həyata keçirilən əməliyyatın müvəffəqiyyətlə nəticələndiyi ifadə edilmişdir". 

Göründüyü kimi, MTŞ-ın sözügedən qərarı İŞİD-i tamamilə məhv etməyi deyil, Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etməyi son hədəf olaraq götürürdü.

Sual oluna bilər: Bəs, nə oldu ki, “Fərat qalxanı”nın hədəfi birdən-birə kiçildi?

Zənnimizcə, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçevin bu gün səsləndirdiyi fikirlər yuxarıdakı suala kifayət qədər aydınlıq gətirir. Onun sözlərindən belə çıxır ki, Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar bölgənin digər aparıcı aktyorları tərəfindən qeyri-legitim hesab olunur və Ankara, yəqin ki, ciddi beynəlxalq təzyiqlərlə üzləşirdi. Nəticədə bölgədə təklənən Türkiyə hərbi əməliyyatları da dayandırmaq məcbiriyyətində qalıb. Əl-Babın İŞİD-dən azad edilməsindən sonra  Ankaranın Münbiç və Raqqaya yönəlmək istədiyi zaman rus və ABŞ ordularının dərhal hərəkətə keçib kürd separatçıları ilə türk əsgərləri arasında sədlər yaratması da bu ehtimalı təsdiqləyir.

7 ay ərzində davam edən və 71 türk əsgərinin şəhadətinə səbəb olan “Fərat qalxanı”nın bu nəticəsindən sonra beyinlərdə müxtəlif suallar yaranır: görəsən, türk ordusunun böyük fədakarlıqlar bahasına İŞİD-dən təmizlədiyi bölgənin taleyi bundan sonra necə olacaq? Həmin ərazilər kimin nəzarəti altına düşəcək?

Nə yazıq ki, bu sualların cavabı hələ də bəlli deyil. Ankara azad etdiyi o ərazilərdə Suriyadan Türkiyəyə sığınan qaçqınları yerləşdirmək istəyir. ABŞ-ın dəstəyini alan PYD isə həmin yerləri öz sərhədlərinə qataraq, İraq sərhəddindən Aralıq dənizinə qədər uzanan ərazilərdə “Kürdüstan” dövləti qurmağa çalışır. Rusiyanın qoltuğuna sığınan Bəşər Əsəd rejimi isə əl-Baba öz torpaq bütövlüyünün açarı kimi baxır.
Bütün bu müxtəlif maraqların çarpışdığı coğrafiyanın taleyi isə heç də yaxşı görünmür.

“Fərat qalxanı” əməliyyatının ardınca Türkiyə “Zeytun budağı” (türkcə “Zeytin dalı”) əməliyyatını həyata keçirdi. Bu əməliyyat 20 yanvar 2018-ci ildə başlanıldı. Məlum olduğu kimi, yanvarın 20-dən başlayaraq Türkiyə Afrində “Zeytun budağı (dalı)” əməliyyatlarına başlayıb. Həmin gündən “Zeytun budağı” əməliyyatı dünya mətbuatının manşetlərinə çıxarıldı. Bir çoxları üçün də maraqlıdır, niyə əməliyyatın adı məhz “Zeytun budağı (dalı)” əməliyyatı adlandırılır? Bu ad nəyin simvoludur?

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı internet resurslarında araşdırma aparıb.

Qeyd edək ki, Afrin Suriyanın rayonlarından biridir. Bu rayonun simvolu zeytun ağacıdır. Rayonda əsasən zeytun yetişdirilir və burada zeytun yağı ixrac edən böyük  tekstil var. Əməliyyatın adının “Zeytun budağı” adlandırılmasına gəldikdə isə, inanca görə zeytun bütün ağacların ilki kimi qəbul edilir. Bütün müqəddəs kitablarda zeytun rifahın, bolluğun, ədalətin, qürurun, ağlın, yenidən doğulmağın, qısası insanlıq üçün ən önəmli dəyərlərin simvoludur.

Dini əfsanəyə əsasən Həvva ilə birlikdə qadağan olunan meyvə yediyi üçün cənnətdən qovulan Adəm artıq 930 yaşında öləcəyini hiss edir. Bunun üçün o, tanrıdan özünün və bütün insanlığın bağışlanmasını diləyir. Ona bu işdə oğlu Şit (Qurani-Kərimdə adı keçməyən peyğəmbərlərdən biri. Deyilənə görə Adəmin 3-cü oğludur. O, Kabilin Habili öldürməsindən 5 il sonra dünyaya gəlib) köməklik edir. Tanrı Şiti cənnət bağçasına göndərir, xeyir və şər ağacından aldığı 3 toxumu ona verir və atasını dəfn etməzdən əvvəl bu toxumları onun ağzına qoymasını tövsiyə edir. Beləliklə Adəm bir neçə gündən sonra ölür və Tabor dağı yaxınlığında Hebron vadisində dəfn edilir. Onun dəfn olunduğu yerdə 3 ağac göyərməyə başlayır. Bunlar zeytun, sədir və sərvi ağacları olur. Mənası isə tanrı və insanlar arasında barışığın yarandığı anlamına gəlir. Doğrudur, zeytun ağacının yetişdirilməsi olduqca çətindir.

Amma zeytun ağacı insan oğlunun ona sərf etdiyi əməyi comərdliklə geri ödəyir. Zeytun budağı, yarpağı ilə bağlı daha bir əfsanə həzrəti Nuh peyğəmbər və onun gəmisi ilə bağlıdır. Əfsanəyə görə məlum tufan zamanı həzrəti Nuh sel-suların çəkilib-çəkilmədiyini öyrənmək üçün gəminin pəncərəsindən bir göyərçini günəşin batdığı yerə doğru yola salır. Sular çəkilmədiyi üçün göyərçin gəmiyə geri dönür. 7 gün sonra Nuh peyğəmbər yenidən göyərçini yola salır. Bu dəfə göyərçin dimdiyində qoparılmış zeytun yarpağı ilə geri dönür. Bu zaman Nuh suların yer üzündən çəkildiyini anlayır. Beləliklə o vaxtdan dimdiyində zeytun yarpağı tutan göyərçin ümidin, bolluğun, barışın, tufanın yox edici gücünə qarşı dirəniş göstərən zeytun ağacı isə ölümsüzlüyün simvoluna çevrilir.

Xristian dinində zeytun budağı daşıyan göyərçin ölənlərin ruhlarını dimdiyi ilə Allaha yetirən bir vasitə kimi qəbul edilir. İsa peyğəmbərin çarmıxa çəkildiyi ağac zeytun ağacı imiş. Uzun müddət Olimpiya oyunlarında qələbə qazanan iştirakçılara zeytun budağından düzəldilmiş tac hədiyyə edilirmiş. Sezar başında zeytun ağaclarından düzəldilmiş tacla xalqın qarşısına çıxardı.

Bununla da belə qənaətə gəlmək olur ki, zeytun ağacı ağıl və zəfərin, zeytun budağı isə sülhün sağlığın, sadəliyin simvolu hesab edildiyindən Türkiyənin Afrində keçirdiyi əməliyyat məhz “Zeytun budağı” adlandırılıb.

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun Budağı" əməliyyatı çərçivəsində PKK/KCK/PYD-YPG və DEAŞ terror təşkilatlarının 394 terrorçusu zərərsizləşdirilib.

 Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumatda, əməliyyat başladığı gündən etibarən (20 Yanvar)  Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr tərəfindən terror təşkilatlarına aid 340 hədəfin də məhv edildiyi bildirilir.

Hədəflər arasında terror təşkilatları tərəfindən istifadə edilən sığınacaq, mövqe, silah-sursat və yaşayış ləvazimatlarının olduğunun bildirildiyi açıklamada, mülki vətəndaşların zərər görməməsi üçün hər cür diqqət və həssaslığın göstərildiyi vurğulanır.

Məlumatda toqquşmalarda 3 əsgərin şəhid olduğu, 30 əsgərin  yaralandığı, yaralıların həyati təhlükələrinin olmadığı qeyd olunur.

Məlumatda TSQ tərəfindən dəstəklənən Azad Suriya Ordusundan 13 nəfərin  şəhid olduğu, 24 nəfərin yaralandığı və yaralıların həyati təhlükəsinin olmadığı ifadə olunur.

Məlumatda "Zeytun Budağı" əməliyyatının Türkiyənin beynəlxalq hüquqa əsaslanann hüquqları, BMT Təhlükəsizlik Şurasının terrorizmlə mübarizəyə qarşı 1624, 2170 (2005) (2014) və 2178 (2014) saylı qərarları və BMT konvensiyasının 51-ci maddəsində göstərilən özünümüdafiə hüququ çərçivəsində, Suriyanın ərazi bütövlüyünə hörmət edilərək aparıldığı təkrarlanır.

Türkiyənin Afrin bölgəsindəki YPG varlığını aradan qaldırmağa yönəlmiş Zeytun Budağı Hərəkatı sona çatdı. Hərəkatın ilk ayı nisbətən çətin keçsə də, sərhəd bölgəsindəki YPG müqavimətinin qırılması ilə birlikdə sürət qazandı və qısa müddətdə Afrini əhatə etməsilə tamamlandı. Bu prosesdə YPG-lilər kəndləri boşaldaraq Afrinin şəhər mərkəzinə doğru geri çəkildi. Gözlənilirdi ki, onlar burada növbəti döyüşə hazırlaşır.  Ancaq bunun əksinə, YPG şəhər mərkəzində də heç bir müqavimət göstərmədi və Afrin, demək olar ki, qarşıdurmasız Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu tərəfindən nəzarətə alındı.

  Zeytun Budağı Hərəkatının hərbi ölçüsülə bağlı müzakirələr gedir: Afrinin Türkiyə nəzarətinə keçməsi, bundan sonra Suriya böhranının gedişi, Türkiyənin YPG ilə mübarizəsi, Suriyada Türkiyə-ABŞ rəqabəti və ya əməkdaşlığına mümkün təsirlər, YPG-nin milli və beynəlxalq ittifaqlarla əlaqələri necə olacaq?

  Zeytun Budağı Hərəkatının Türkiyə üçün ən əhəmiyyətli nəticəsi hərbi daşındırmanın təsisi oldu. Fərat Qalxanı Hərəkatı ilə müqayisədə daha çətin bir məkanda və daha çox hərbçi ilə mübarizə aparmaq məcburiyyətində qalan TSQ qısa müddətdə və az itki verərək əməliyyatı başa çatdırdı. Hərbi gücünü ortaya qoyan və bu iradəni göstərən Türkiyənin artıq Münbiç və Fəratın şərqində YPG ilə mübarizədə əlinin güclənəcəyi açıq-aşkar görünür.

  ABŞ TSQ qarşısında heç bir müqavimət göstərməyən YPG-ni hara qədər və necə qoruyacağı barədə sorğu-sual içinə girdi. Bu yeni vəziyyət ABŞ-ı bu seçim qarşısında qoydu. Birincisi, Türkiyəyə Münbiç məsələsində bəzi güzəştlərə getmək. İkinci variant isə bunun tərsi: Münbiçdə YPG-yə təmin etdiyi müdafiə sistemini gücləndirmək. ABŞ-ın ikinci variantı seçəcəyi ehtimalı daha yüksəkdir. Çünki ABŞ Afrində özünü qorumağı bacarmayan YPG-nin Münbiçdə də qala bilməzsə, təşkilatını uduzacağını bilir. YPG isə Münbiçlə bağlı Türkiyə və ABŞ uzlaşarsa, İran-Suriya hökuməti ittifaqına yönəlməyi düşünə bilər.




Yüklə 320,05 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin