Mövzu: 7 Ünsiyyətin funksiyaları, vasitələri, tərəfləri


Ünsiyyət funksiyalarının müxtəlif əsaslarda təsnifi



Yüklə 25,36 Kb.
səhifə4/8
tarix02.01.2022
ölçüsü25,36 Kb.
#47697
növüYazı
1   2   3   4   5   6   7   8
Mövzu -7 2

Ünsiyyət funksiyalarının müxtəlif əsaslarda təsnifi:

  • Birgə fəaliyyət təşkil etmək; insanların bir-birini dərk etməsi, anlamas;

qarşılıqlı münasibətlər formalaşdırmaq və inkişaf etdirmək funksiyaları.

  • Məqsəddən asılı olaraq: təmas funksiyası, informasiya funksiyası,

təhrikedici funksiya, əlaqələndirmə funksiyası, anlama funksiyası, amotiv funksiya, münasibətin yaradılması funksiyası, təsir göstərmək funksiyası

Ünsiyyətin funksiyaları haqqında anlayış.

Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan təmasın çoxplanlı inkişaf prosesi olduğuna görə özünəməxsus mühüm və geniş vəzifələri, funksiyaları həyata keçirir. Bu baxımdan psixoloji ədəbiyyatda ünsiyyətin funksiyalarını müxtəlif əsaslar üzrə təsnif edirlər. Onların bəzilərinin qısa şərhini nəzərdən keçirək.

Ünsiyyətin funksiyalarından ən geniş yayılmış qruplarına birgə fəaliyyəti təşkil etmək; insanların bir-birini dərk etməsi, anlması; qarşılıqlı münasibətləri formalaşdırmaq və inkişaf etdirmək funksiyalarını aid etmək olar.

Birgə fəaliyyəti təşkil etmək baxımından birgə əmək fəaliyyətinin planlaşdırılması və tənzim edilməsini təmin etmək ünsiyyətin yerinə yetirdiyi ən başlıca social funksiyadır. Məhz ünsiyyət prosesində birgə fəaliyyət planı formalaşır və onun ayrı-ayrı elementlərinin icrası iştirakçılar araında bölünür. Birgə fəaliyyətin gedişi zamanı qarşılıqlı informasiya mübadiləsinin, qarşılıqlı stimulyasiyanın, işlərə nəzarət və onların tənziminin həyata keçirilməsi prosesi baş verir. Mahiyyət etibarı ilə, ünsiyyət eyni zamanda fərdi fəaliyyəti təşkil etmək funksiyasını da həyata keçirir. Burada ünsiyyət eyni zamanda idarəetmə və ictimai nəzarət funksiyasını həyata keşirməyə xidmət edir.

Ümumiyyətlə digər mühüm funksiyası, yuxarıda qeyd edildiyi kimi, insanların bir-birini dərk etməsi, başqa sözlə interpersonal dərk etmə funksiyasıdır. Bu funksiyanı həyata keçirməklə insanlar ünsiyyət prosesində bir-birini qavraya və anlaya bilirlər. Bu zaman eyniləşdirmə (indefikasiya), refleksiya və stereotipləşdirmə mexanizmlərindən istifadə insanların köməyinə çatır.

Nəhayət, qarşılıqlı münasibətləri formalaşdırmaq və inkişaf etdirmək funksiyası ən mühüm və mürəkkəb funksiya hesab olunur. Ünsiyyətdə olan adamlar arasındakı qarşılıqlı münasibətlərin xarakterindən çox şey asılıdır. Bu sahədə pozitiv işgüzar münasibətlərin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunan funksiyaların necə həyata keçirilməsi ünsiyyətdə olan adamların qarşılıqlı münasibətlərinin necə olmasından asılı olur.

Ünsiyyətin məlumati-kommunikativ, tənzimləyici-kommunikativ, affektiv-kommunikativ funksiyaları

 Ünsiyyət sahəsində tədqiqat aparmış digər psixoloqlar da onun funksiyaları-nı ətraflı şərh etmişlər.  Bu baxımdan B.F.Lomovun irəli sürdüyü fikirlər xüsusilə

diqqəti cəlb edir B.F.Lomov ünsiyyətin funksiyalarını üç qrupda birləşdirir: 


Yüklə 25,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin