Ünsiyyətin funksiyaları
Ünsiyyətin funksiyaları çoxsaylıdır. Onların ikisini xüsusilə qeyd etmək lazımdır: a)insanların birgə fəaliyyətinin təşkili ( başqa sözlə, "ümumi nəticə əldə etmək məqsədilə səyləri əlaqələndirmək") b) şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişafı (yəni, "münasibətləri aydınlaşdırmaq məqsədilə qarşılıqlı təsir")
Ünsiyyət vasitələləri
Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Onlar arasında ''nitq'' (mülahizə, sual, replika və s.) xüsusilə yer tutur. Ünsiyyətinn ekspressiv-mimik vasitələri də mühamdür:təbəssüm, tərs baxış, mimika, əl və bədənin ifadəli hərəkətləri, vokal mimikası-bunlardan hər birinin ünsiyyət prosesində öz yeri vardır. Ünsiyyətin əşyavi-hərəki vasitələrinin də rolunu qeyd etmək lazımdır. Onları aşağıdakı kimi qruplaşdırmaq olar: a)ünsiyyət məqsədilə istifadə olunan lokomotor və əşyavi hərəkətlər, eləcə də poza; b) başqa adam yaxınlaşma, ondan uzaqlaşma, nəyisə vermək və ya uzatmaq, onu özünə doğru çəkmək və ya özündən itələmək və s.
Dostları ilə paylaş: |