Ünsiyyətin tərəfləri
Müasir psixologiyada ünsiyyətin üç tərəfini - kommunikativ, interaktiv və perseptiv tərəflərini fərqləndirirlər. Ünsiyyətin kommunikativ tərəfi dedikdə, onun ilk növbədə informasiya mübadiləsi olması nəzərdə tutulur. Kommunikasiyanın iki tipini - verbal və qeyri-verbal kommunikasiyanı fərqləndirirlər. Ünsiyyətin interaktiv tərəfi onun qarşılıqlı təsir prosesi olmasını göstərir. Bu, o deməkdir ki, ünsiyyətdə olarkən insanlar yalnız bir-birinə məlumat ötürmür, həmçinin müxtəlif səviyyələrdə bir-birilərinə psixoloji təsir göstərmiş olurlar. Ünsiyyətin perseptiv tərəfi isə insanların ünsiyyət prosesində bir-birini qavraması və anlamasını nəzərdə tutur. Belə qavrayış prosesi isə sosial persepsiya adlanmaqla özünəməxsus sosial-psixoloji xüsusiyyətlərə malikdir.
Dostları ilə paylaş: |