Mövzu: Adlı ədəd anlayışı. Adlı ədədlər üzərində əməllər


Adlı ədədlərin xırdalanması və çevrilməsi



Yüklə 24,47 Kb.
səhifə2/4
tarix29.10.2022
ölçüsü24,47 Kb.
#66796
növüMücərrəd
1   2   3   4
Adlı ədəd anlayışı.Adlı ədədlər üzərində əməllər.

Adlı ədədlərin xırdalanması və çevrilməsi
Biz sonlu çoxluqları müqayisə edərkən, onların müqayisəsini həmin çoxluqların güclərini göstərən ədədlərin müqayisəsi ilə əvəz edə bilərik. Kəmiyyətləri də müqayisə edərkən, onların miqdar xarakteriskası olan uyğun ədədi qiymətlərini ifadə edən adlı ədədləri müqayisə etmək daha səmərəlidir. Bunun üçün adlı ədədləri eyni ölçü vahidində ifadə etmək kifayətdir. Bu halda aşağıdakı iki növ çevrilmədən istifadə etmək lazım gəlir:

  1. Verilmiş ölçü vahidindən kiçik ölçü vahidinə keçmək, belə çevrilmə adlı ədədlərin xırdalanması adlanır.

  2. Verilmiş kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçmək, belə keçid adlı ədədlərin böyüdülməsi və ya çevrilməsi adlanır.

Müəyyən kəmiyyəti xarakterizə edən adlı ədədin xırdalanması bu adlı ədədin həmin kəmiyyəti xarakterizə edən kiçik ölçü vahidi ilə ifadə edilməsi deməkdir.

Yəni ae1 = a (ne2) = (an) e2
Məsələn: 4km = 4(1000m) = (4 1000) 1m = 4000m
Müəyyən kəmiyyəti xarakterizə edən adlı ədədin çevrilməsi bu ədədin həmin kəmiyyəti xarakterizə edən böyük ölçü vahidi ilə verilmiş adlı ədədlə ifadə edilməsi deməkdir.

  • QAYDA. e2 ölçü vahidi ilə verilmiş birölçülü ae2 adlı ədədini e1 = me2 böyük ölçü vahidi ilə verilmiş adlı ədədlə ifadə etmək üçün verilmiş adlı ədədin mücərrəd vuruğunu nisbətinə vurmaq və alınan hasilin yanında böyük ölçü vahidini yazmaq lazımdır. Yəni, ae2 = a ∙ e1 = (a ∙ )e1 = e1

Məsələn: Verilmiş 3150qr adlı ədədini kiloqram vahidi ilə verilmiş adlı ədədə çevirək.
1qr = 0,001 kq olduğundan (burada 0,001 = 1qr : 1kq nisbətidir.
3150qr = 3150 (0,001kq) = (3150 0,001) 1kq = 3,15kq

Yüklə 24,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin