Mövzu: Adlı ədəd anlayışı. Adlı ədədlər üzərində əməllər


Adlı ədədlərin toplanması və çıxılması



Yüklə 24,47 Kb.
səhifə3/4
tarix29.10.2022
ölçüsü24,47 Kb.
#66796
növüMücərrəd
1   2   3   4
Adlı ədəd anlayışı.Adlı ədədlər üzərində əməllər.

Adlı ədədlərin toplanması və çıxılması
Adlı ədədlər üzərində toplama və çıxma əməllərinin icrası məlum qaydalara əsaslanır. Sadəcə adlı ədədlərin üzərində bu ədədlərin icrası zamanı adlı ədədlərin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Yəni nəzərə almaq lazımdır ki, elə adlı ədədləri toplamaq, çıxmaq olar ki, əməl nəticələrinin mənası olsun.
Aydındır ki, adlı ədədlərin cəminin və fərqinin o vaxt mənası olar ki, həmin ədədlər bircins kəmiyyəti ifadə etmiş olsun. Yəni bircins ölçü vahidi ilə verilsin. Onda aydındır ki, adsız ədədlə adlı ədədin cəminin və fərqinin, həmçinin müxtəlifcinsli kəmiyyətləri xaraketrizə edən adlı ədədlərin cəminə və ya fərqinə həmişə məna vermək mümkün deyil.
TƏRİF 1. Verilmiş iki adlı ədəd vasitəsi ilə xarakterizə olan zaman kəmiyyətlərin cəminə bərabər olan, kəmiyyəti xarakterizə edən üçüncü adlı ədədə verilmiş adlı ədədin cəmi deyilir.
TƏRİF 2. Adlı ədədlərin cəmini tapmaq əməlinə adlı ədədlərin toplanması deyilir.
Tərifə görə ae1 + be1 = a 1e1 + b e1 = (a+b) 1e1 = (a+b)e1 yazmaq olar.
NƏTİCƏ. Eyni ölçü vahidi ilə verilmiş iki adlı ədədi toplamaq üçün onların mücərrəd vuruqlarını toplamaq, nəticənin yanında ortaq ölçü vahidini yazmaq lazımdır. Adlı ədədlər üçün də çıxma əməli adlı ədədlərin toplanması əməlinin tərs əməli kimi təyin olunur.
TƏRİF. İki adlı əməlin cəminə və bu adlı ədədlərdən birinə görə o biri adlı ədədin tapılması əməlinə adlı ədədin çıxılması deyilir.
Tutaq ki, ae1 = xe1 + be1 verilib, onda ae1 = (x + b)e1,
buradan a = x + b ⇒ x = a – b alarıq. Deməli, ae1 – be1 = (a – b)e1
NƏTİCƏ. Eyni ölçü vahidi ilə verilmiş iki adlı ədədi çıxmaq üçün azalanın mücərrəd vuruğundan çıxılanın mücərrəd vuruğunu çıxıb, alınan fərqin yanında ortaq ölçü vahidini yazmaq lazımdır.
Ola bilər ki, adlı ədədləri topladıqda və ya çıxdıqda həmin adlı ədədlər müxtəlif ölçü vahidləri ilə verilsin. Bu zaman aşağıdakı qaydaya əməl etmək lazımdır.

  • QAYDA. Müxtəlif ölçü vahidləri ilə verilmiş adlı ədədləri toplamaq və ya çıxmaq üçün əvvəlcə komponentləri xırdalamaq və çevirməklə onları eyni ölçü vahidi ilə verilmiş adlıq ədədlərə gətirmək, sonra isə toplama və ya çıxmanı icra etmək lazımdır.


Yüklə 24,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin