Adlı ədədin adsız ədədə vurulması və bölünməsi Adlı ədədin adsız ədədə vurulması və ya bölünməsi üçün xüsusi qaydanın tətbiqinə ehtiyac yoxdur. Bu qaydalar kəmiyyətlərin ədədə vurulması və bölünməsi qaydaları ilə eynidir.
Fərz edək ki, akəmiyyətinin e vahidindəki ədədi qiyməti me(a)-dır. me(a) ədədi a kəmiyyətinin ölçülməsinin nəticəsinin ifadə olunduğu ədəd olub, me(a) = x∙e şəklində adlı ədəddir.
Burada x > 0 ədədin a kəmiyyətinin ədədi qiymətidir. a kəmiyyətinin ədədə vurulması və bölünməsinin mümkün olması kəmiyyətin xassələrindən məlumdur.
Başqa sözlə, (b=x∙a) ⇔ me(b) = x∙me(a) və ya
(b = a : x) ⇔ me(b) = me(a) : x olduğu məlumdur.
Bu ekvivalentlik münasibətləri adlı ədədin adsız ədədə vurulması və bölünməsi qaydasının əsasında durur.
QAYDA. Birhədli adlı ədədin adsız ədədə vurulması iki adsız ədədin vurulmasına gətirilir və hasilin yanında verilmiş ölçü vahidi yazılır.
QAYDA. Birhədli adlı ədədin adsız ədədə bölmək iki adsız ədədin qismətinə gətirilir və alınan qismətin yanında verilmiş ölçü vahidi yazılır.
Çoxhədli adlı ədədlərin adsız ədədə vurulması və bölünməsi iki üsulla icra edilə bilər:
Çoxhədli adlı ədədin ona daxil olan hər bir həddini adsız ədədə vurmaq və bölmək olar.
Çoxhədli adlı ədədi xırdalamaq və ya çevirməklə birhədli adlı ədədə gətirmək və daha sonra vurma və bölmə əməlini birhədli adlı ədədi adsız ədədə vurma və bölmə qaydalarına gətirmək lazımdır.