MÖVZU: Adlı ədəd anlayışı. Adlı ədədlər üzərində əməllər a kəmiyyəti və eölçü vahidi verildikdə a kəmiyyətinin ölçülməsinin nəticəsində elə müsbət həqiqi ədədi tapılır ki, a = e = 1e münasibətinin mənası olsun. Bu halda ədədi akəmiyyətinin e vahidindəki ədədi qiyməti adlanır. a = 1e münasibəti göstərir ki, hər bir kəmiyyəti müəyyən mücərrəd (adsız) ədədlə bu kəmiyyətin ölçü vahidinin hasili şəklində göstərmək olar və ya kəmiyyətin ölçülməsinin nəticəsi yanında ölçü vahidinin adı göstərilmiş ədədlə ifadə olunur. Bu ədədi adlı ədəd adlandırmaq qəbul edilmişdir.
TƏRİF. Hər hansı kəmiyyətin qiymətini göstərən həmin kəmiyyət üçün qəbul edilmiş ölçü vahidinin hasilinə adlı ədəd deyilir.
Ümumiyyətlə, ədədin (tam və ya kəsr) yanında onu əmələ gətirən ölçü vahidlərinin adı göstərilirsə, bu ədədə adlı ədəd, göstərilmirsə, adsız ədəd deyilir. Adətən, adlı ədədi yazarkən, ədədlə ölçü vahidi arasında vurma işarəsi yazılmır. Hər bir adlı ədəd göstərir ki, kəmiyyəti ölçmək üçün hansı ölçü vahidi qəbul edilmişdir və bu ölçü vahidi onun bərabər payları ölçülən kəmiyyətdə neçə dəfə yerləşir.
Adlı ədədlər yazılış formasına görə iki növə ayrılır:
1. Bir ölçü vahidində yazılmış adlı ədədlər ― sadə adlı ədədlər 2. Çox ölçü vahidlərində yazılmış adlı ədədlər ― mürəkkəb adlı ədədlər Yalnız bir ölçü vahidində yazılmış ədədə birölçülü adlı ədədlər deyilir.
Eyni kəmiyyətin bir neçə ölçü vahidində ifadəsi şəklində yazılmış adlı ədədə çoxölçülü adlı ədəd deyilir.
Məsələn: 4sm, 3,56sm2 → birölçülü adlı ədədlərdir. 5kq 154 qr, 2km 154m 12sm;
2saat 15dəq → çoxölçülü adlı ədədlərdir. Adsız ədədlər arasında olduğu kimi adlı ədədlər arasında da nizam münasibətini də təyin etmək olar. Yəni adlı ədədlər arasında “bərabərdir”, “kiçikdir”, “böyükdür” münasibətlərini təyin etmək olar ki, bu da adlı ədədləri müqayisə etməyə imkan verir. Bunun üçün həmin adlı ədədləri eyni ölçü vahidində yazılmış birölçülü adlı ədəd şəklində yazmaq lazımdır. Sonra isə bu adlı ədədlərin yanındakı ölçü vahidini nəzərə almadan, onları adsız ədəd kimi müqayisə etmək kifayətdir.