Nəzarət – təhsil alanlarınn bilik, bacarıq və vərdişlərini üzə çıxarmaq, ölçmək və qiymətləndirmək deməkdir.
Yoxlama – nəzarətin tərkib komponenti olub, bilikləri üzə çıxarmaq və müəyyənləşdirmək deməkdir. Nəzarətin yekunu təhsil alanın qiymətləndirilməsi (proses kimi) və qiymət verilməsi (nəticə kimi) üçün əsasdır. Nəzarət və qiymətləndirmə diaqnostlaşdırmanın tərkib elementləridir.
Qiymət – müəllimin öyrənənin şəxsiyyətinə təsir göstərmək, onu təlimə istiqamətləndirmək və motivləşdirmək məqsədi ilə istifadə etdiyi çox qüvvətli vasitədir.
Obyektiv qiymət təhsilalanda adekvat özünüqiymətləndirmə və öz fəaliyyətinə, onun nəticələrinə tənqidi münasibət formalaşdırır. Diaqnostlaşdırmanın obyektivliyini təmin etmək üçün aşağıdakı prinsiplərə əməl olunmalıdır:
-Obyektivlik prinsipi. Bu prinsip diaqnostik testlərin, diaqnostik əməliyyatların elmi surətdə əsaslandırılmasını, qiymətin dəqiq və adekvat olmasını tələb edir.
-Sistemlilik prinsipi. Bu prinsip bir tərəfdən diaqnostik nəzarətin-didaktik prosesin biliklərin mənimsənilməsi mərhələsindən başlamış praktik tətbiqinə qədər bütün mərhələlərini əhatə etməsini, digər tərəfdən, öyrənənlərin təhsil müddəti ərzində müntəzəm surətdə diaqnostlaşdırılmasını tələb edir. Bu prinsip həmçinin diaqnostlaşdırmaya kompleks yanaşma tərzi tələb edir.
-Əyanilik prinsipi (aşkarlıq). Bu prinsip təhsilalanların eyni kriteriyalarla, həm də açıq sınaqdan keçirilməsini tələb edir. Diaqnostlaşdırma prosesində hər bir təhsilalanın müəyyənləşdirilmiş reyqinqi əyani və müqayisə xarakteri daşımalıdır. Bu prinsipə görə, qiymət elan olunmalı və əsaslandırılmalıdır. Tələbənin tədirs materialını mənimsəməsinin keyfiyyəti onun təlim fəaliyyətini mənimsəmə səviyyələri ilə xarakterizə olunur.
Mənimsəmənin birinci səviyyəsi – tanışlıq (təsəvvürlər) mərhələsidir. Bu halda tələbə obyekt və hadisələri tanıyır, onları müqayisə edir və fərqləndirir. Bu səviyyədə qavrama – obyekt, fakt və hadisələrin özlərinin nümayiş etdirilməsi, başqa sözlə, obyekt, fakt və hadisələrin sözlə təsviri, xarakteristikası ön plana çəkilir.
Mənimsəmənin ikinci səviyyəsi – tələbənin bərpaedici fəaliyyətilə bağlıdır. Tələbə tədris edilən informasiyanı, əməliyyatları bərpa edir, tipik tapşırıqları yerinə yetirə bilir.
Dostları ilə paylaş: |