Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri


Ali məktəbin Elmi Şurası və rektoru



Yüklə 0,49 Mb.
səhifə98/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   92   93   94   95   96   97   98   99   100
Ali mekteb pedaqogikasi Magistr-1

2.Ali məktəbin Elmi Şurası və rektoru
Ali təhsil müəssisəsinə ümumi rəhbərlik mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi Şura tərəfindən həyata keçirilir. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir.

Ali təhsil müəssisəsinin Elmi Şurası:



  • ali təhsil müəssisəsinin Nizamnaməsini qəbul edir;

  • ali təhsil müəssisəsinin daxili intizam qaydalarını təsdiq edir;

  • ali təhsil müəssisəsinin inkişaf proqramını təsdiq edir;

  • hər il ali məktəbin fəaliyyəti haqqında rektorun hesabatını dinləyir;

  • təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir;

  • mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisaslarının artırılması və yenidən hazırlanması məsələlərinə baxır;

  • Elmi Şuranın üzvlərindən Şuranın katibini seçir;

  • təhsil və elm, sosial-iqtisadi və təsərrüfat fəaliyyətləri üzrə komissiyalar yaradır, onların hesabatlarını dinləyir və müvafiq qərarlar qəbul edir;

  • fakültələrin, kafedraların və digər struktur bölmələrin yaradılması, ləğvi, yenidən təşkili məsələlərini həll edir;

  • vaxtaşırı fakültələrin, tədris və elmi-tədqiqat işləri haqqında hesabatlarını dinləyir;

  • əməkdaşları professor və dosent elmi adlarına, eləcə də Respublikanın fəxri ad və mükafatlarına, orden və medallara təqdim edir;

  • kafedra müdirlərini, professorları, dosentləri seçir və onların vaxtından əvvəl tutduqları vəzifədən azd olunmaları məsələsinə baxır.

Elmi Şuranın iş planı Şura iclasında müzakirə olunub qəbul edilir və rektor tərəfindən təsdiq edilir.

Ümumiyyətlə, Elmi Şuranın qərarları yalnız ali məktəbin rektoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.



Elmi Şuranın sədri – rektordur. Rektor ali təhsil Nizamnaməsinə müvafiq olaraq 5 il müddətinə (iki müddətdən artıq olmayaraq) seçilir. Rektor ali məktəb həyatının bütün sahələrinə bilavasitə rəhbərlik edir və bütün istiqamətlərdə işin keyfiyyəti, səmərəliliyi üçün tam məsuliyyət daşıyır. Rektor mövcud qanunvericiliyə uyğun olaraq ali məktəb adından fəaliyyət göstərir. Bütün orqanlar, yuxarı təşkilatlar, idarələr, müəssisələr onunla müvafiq müqvilələr bağlayır, etibarnamələr verir, bankda hesab açır.

Rektor öz səlahiyyəti daxilində ali məktəbin bütün işçiləri,doktorantlar, tələbələr üçün məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir.

Rektorla ali təhsil müəssisəsinin Elmi Şurası arasında səlahiyyətlərin bölünməsi Elmi Şuralar haqqında Əsasnamə və müəssisənin Nizamnaməsi ilə müəyyən olunur.

Rektor yüksək elmi səviyyəsi, erudisiyası, mənəvi zənginliyi, mədəni davranışı və əxlaqi saflığı ilə fərqlənməli və başqalarına nümunə olmalıdır.

Rektor ali məktəbdə baş tərbiyəçi və baş təşkilatçıdır. Ali təhsil müəssisəsində bütün tərbiyə işləri rektorun göstərişi və ya razılığı ilə reallaşdırılır. Heç bir tədbir onun razılığı olmadan həyata keçirilə bilməz. Bununla belə, rektor professor-müəllim heyəti və tələbələrin təşəbbüskarlığına rəvac verməli, onları müdafiə etməli və həvəsləndirməlidir.

Rektor öz vəzifələrinin icrasını təmin etmək üçün aşağıdakıları bilməlidir:



  • təhsil-tərbiyə məsələlərinə dair hökumət və dövlət orqanlarının qərarlarını;

  • ali təhsillə bağlı normativ sənədləri;

  • ali məktəb pedaqogikası və psixologiyasını, elementar tibbi gigiyena məsələlərini;

  • təhsilin iqtisadiyyatının əsaslarını;

  • əmək qanunvericiliyinin əsaslarını;

  • maliyyə-təsərrüfat fəaliyyətinin əsaslarını;

  • əməyin mühafizəsi, texniki təhlükəsizliyi və yanğından mühafizə qaydalarını.

Rektor ali məktəb strukturlarına tədris, elm, tərbiyə, təsərrüfat və digər sahələr üzrə rəhbərliyi müvafiq prorektorlar vasitəsilə həyata keçirir.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin