Mövzu aqrar sahəNĠn formalaġmasi və ĠNKĠġafi. Aqrar sahənin əhəmiyyəti, strukturu, digər sahələrlə əlaqəsi


Aqrar sektorun istehsal vasitələri ilə təmin edilməsində “Aqrolizinq” ASC-nin rolu



Yüklə 31,4 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü31,4 Kb.
#46435
1   2   3   4
qeyri-neft 4

3. Aqrar sektorun istehsal vasitələri ilə təmin edilməsində “Aqrolizinq” ASC-nin rolu.

Aqrar sahənin istehsal vasitələrinə olan tələbatın ödənilməsində “Aqrolizinq “ASC-nin fəaliyyəti danılmazdır və ildən ilə yaxşılaşır. Həmin cəmiyyət Dövlət Mülkiyyətinin özəlləşdirməsinin Dövlət proqramına və ölkə iqtisadiyyatında aparılan struktur dəyişikliklərinin məntiqi nəticəsinə uyğun ləğv edilən və yaranan, oxşar funksiyaları yerinə yetirən müəssisə və təşkilatların bazasında yaradılmışdır. Belə ki, 1997-ci ildə Nazirlər Kabinetinin müvafiq, qərarı ilə Material Ehtiyatları Nazirliyi ləğv edildi və onun bazasında “Azərkontrak” Dövlət Kontrakt Koperasiyası” yaradıldı. Eyni zamanda, "Azərkirayə" müəssisəsi DKK "Azərkontrakt" SC-nin sərəncamına verildi. 1999-cu ilin dekabrında isə "Azərkirayə"nin bazasında "Azərili-zinq" müəssisəsi yaradıldı. Hələ о zaman, müəssisənin yaradılmasında məqsəd mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara, о cümlədən xarici fırma və şirkətlərə mümkün olan hər cür lizinq xidmətləri göstərmək idi.

İlk vaxtlar "Azərilizinq" öz fəaliyyətində yerqazan və yol inşaatı texnikasının, nəqliyyat vasitələrinin və ixtisaslaşdırılmış nəqliyyatın, kiçik mexanikləşdirmə vasitələrinin, elektron-ölçü və məişət texnikasının qısa və uzunmüddətli lizinqi ilə məşğul olurdusa, tədricən onun fəaliyyət dairəsi daha da genişləndi. Artıq bu xidmət növləri ilə yanaşı, "Azərilizinq" öz müştərilərinə maşın və mexanizmlərin, nəqliyyat vasitələrinin xidmət heyəti ilə birgə təqdim olunması, ağır çəkili və uzun ölçülü yüklərin daşınması, habelə lizinqə verilən texniki vasitələrin təmiri və onlara xidmətin göstərilməsi kimi yüksək səviyyəli lizinq əməliyyatları təklif edirdi.

Azərbaycan Respublikası Prezidentinin "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 23 oktyabr 2004-cü il tarixli 466 nömrəli sərəncamı əsasında "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradılmış-dır. "Aqrolizinq" ASC-nın əsas funksiyaları kənd təsərrüfatı məhsulları istehsalçılarına maddi-texniki xidmətlər göstərməkdən, onlar yeni texnika və texnoloji avadanlıqlar, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik və zərərvericilərə qarşı mübarizə preparatları və cins damazlıq heyvanlarla təmin etməkdir. Hazırda cəmiyyətin tabeçiliyində 55 rayon aqroservis filialı və onların nəzdində 100-dən çox mexanikləşdirilmiş dəstə, 4 regional təchizat bazası və 3 logistik gübrə bazası fəaliyyət göstərir.

“Aqrolizinq” ASC fəaliyyətə başladığı 2005-ci ildən bu günə qədər 11 min ədəd kənd təsərrüfatı texnikası və 67 dəst texnoloji avadanlıqlar alınmış və quraşdırılmış, 500 min ton azot superfosfat və nitroammofoska gübrəsi və 381,8 ton herbisid və pestisidlər gətirərək məhsul istehsalçılarının ixtiyarına verilmişdir. Göstərilən tədbirlərin həyata keçirilməsi üçün cəmiyyətə təkcə 2005-2010-cu illər ərzində dövlət büdcəsindən, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan və Dövlət Neft Fondundan habelə Yaponiya hökumətinin ayırdığı qrant hesabına 328,9 mlyn. manat vəsait ayrılmışdır. Ayrılmış vəsaitin 161 mlyn. manatı kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqların, 85,7 mlyn. manatı mineral gübrə və testisid-lərin, 4,1 mlyn. manatı buğda toxumunun və 9,5 mlyn. manatı cins damazlıq heyvan-ların alınmasına istifadə olunmuşdur.

Ümumiyyətlə, "Aqrolizinq" ASC tərəfindən 2005-2014-cü illərdə 20985 ədəd kənd təsərrüfatı texnikaları, о cümlədən 1815 ədəd taxılyığan kombayn, 6304 ədəd traktor və 12866 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları alınmış, indiyə qədər onların 20676 ədədinin gətirilməsi təmin edilib. Bu dövr ərzində 14564 ədəd kənd təsərrüfatı texnikaları, о cümlədən 527 ədəd taxılyığan kombayn, 5241 ədəd traktor və 8796 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları 8415 nəfər hüquqi və fiziki şəxslərə lizinqə verilib və ya lizinq yolu ilə satılıb.

Lizinq xidmətləri ilə yanaşı, Səhmdar Cəmiyyətin rayonlardakı aqroservis filialları vasitəsilə fermerlərə müxtəlif xidmətlər də göstərilir. 2014-cü ildə "Aqrolizinq" ASC-yə məxsus 1483 ədəd taxılyığan kombayn və 5483 ədəd müxtəlif markalı traktorlar və onlara qoşulan kənd təsərrüfatı texnikalarının iştirakı ilə dənli bitkilərin biçini, şum işləri və digər aqrotexniki xidmətlərin həyata keçirilməsi təmin edilmişdir.

Ölkə Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli fərmanı əsasında Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən "Aqrolizinq" ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40 faız həcmində güzəşt tətbiq edilir. Həmin güzəştlərin ödənilməsi üçün dövlət büdcəsindən 500 min manat vəsait yönəldilmişdir.

Səhmləri 100% dövlətə məxsus olan, Nizamnamə kapitalı 194,5 mlyn. manat təşkil edən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrolizinq” ASC 2016-cı ilin 6 ayı ərzində kənd təsərrüfatı istehsalçılarına güzəştli şərtlərlə 22,5 mlyn. manatlıq müxtəlif təyinatlı maşın və avadanlıqlar satmışdır. Onların içərisində 296 ədəd müxtəlif növ traktor, 121 ədəd taxıl yığan kombayn, 106 ədəd kotan, 31 ədəd ot dırmığı, 19 ədəd bağarası frez, 13 ədəd ot və küləş presləyən maşın, 8 ədəd ot biçən və 141 ədəd müxtəlif maşın və avadanlıqlar olmuşdur.

Beləliklə “Aqrolizinq” ASC aqrar sahənin müasir istehsalı vasitələri ilə təminatında öz rolunu aşağıdakılarda göstərmişdir:



- mənəvi və fiziki cəhətdən köhnəlmiş əsas vəsaitlər sürətlə təzələnir;

- strateji planda lizinq sadəcə olaraq xammalyönümlü və tənəzzülə uğramış iqtisadiyyatdan çıxmaq üçün zəruridir;

- bu həm də sahibkarlığın fəallaşdırılması hesabına büdcəyə vergi daxilolmalarının artırılmasıdır;

- istehsal sferasına investisiyaları fəallaşdırır;

- məhsul istehsalçılarının maliyyə vəziyyətini yaxşılaşdırır;

- kiçik və orta biznesin rəqabət qabiliyyətliliyini yüksəldir;

- satış bazarında rəqabət qabiliyyətli məhsulların istehsalı üçün yeni maşın və mexanizmlərin, texnologiyaların əldə edilməsinə imkan verir;

- yeni iş yerlərinin yaradılması təmin edir;

- məhsulun itkisiz yığılması, daşınması və saxlanmasına münbit şərait yaradır.


Yüklə 31,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin