Mövzu aqrar sahəNĠn formalaġmasi və ĠNKĠġafi. Aqrar sahənin əhəmiyyəti, strukturu, digər sahələrlə əlaqəsi


Aqrar sahəsinin qeyri-neft sənaye sahələrinin inkiĢafına təsir edir



Yüklə 31,4 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü31,4 Kb.
#46435
1   2   3   4
qeyri-neft 4

4. Aqrar sahəsinin qeyri-neft sənaye sahələrinin inkiĢafına təsir edir.

Aqrar sahənin inkişafı digər qeyrı neft sənaye sahələrinin inkişafına da öz müsbət təsirini göstərir. Həmin sahələrə aşağıdakıları aid etmək olar:

- toxuculuq sənayesi;

- geyim sənayesi;

- dəri və dəri məmulatları istehsalı sferası;

- ayaqqabı istehsalı;

- çörək və un məmulatları sferası;

- kənd təsərrüfatı maşınları və avadanlıqları istehsal edən sahələr;

- nəqliyyat sferası;

- ticarət və iaşə;

- yeyinti sənayesi;

- kimya, neft-kimya və elektron texnika sənayesi;

- məhsulların qablaşdırılması üçün karton istehsalı sferası;

- kənd təsərrüfatı məhsullarının marketinqi ilə məşğul olan sosial infrastruktur obyektləri və s.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, ərzaq bazarının inkişafı şəraitində kənd təsərrüfatı məhsullarının satışı və bölgüsünün formalaşdırılmasının zəruriliyi önəmli rol oynayır. Beləliklə, kənd təsərrüfatı məhsullarının tədarük sistemi, topdansatış bazarlarındakı konyunktur dəyişikliklərinə çevik şəkildə reaksiya göstərmək iqtidarında olmalıdır. İnkişaf etmiş ölkələrdə topdansatış bazarlarının fəaliyyəti xüsusi qanunvericilik aktları vasitəsilə tənzimlənir. Bu zaman bazarın təşkilati qaydaları əməliyyatların aparılmasının qaydalan, eləcə də təsərrüfat subyektlərinin hüquqi statusu, kənd təsərrüfatı əmtəə istehsalçılarının müflisləşdirilməsi və bankla bağlı qarşılıqlı münasibətlərin hüquqi prosedurları müəyyənləşdirilir. Topdansatış bazarları sistemində ən mühüm strukturlardan biri kontrakt əsasında əsas növ kənd təsərrüfatı məhsullarının region fondlarının formalaşması üzrə tədarük təşkilatlan hesab edilir. Ölkənin ərzaq məhsullarına olan tələbatında prioritet rol oynayan məhsul növləri seçilməli, həmin məhsul növlərinin regional və topdansatış strukturları formalaşdırılmalıdır.

Ərzaq təhlükəsizliyi taxıl məhsulları və süd məhsulları üzrə formalaşdırılmalıdır. Hansı ki, bu məhsullar ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində prioritet rola malikdir. Təbii ki, regional və topdansatış strukturlarının formalaşdırılması həmin prioritet sahələrin maddi-texniki resurslara olan tələbatını, qiymət siyasətinin tənzimlənməsini, həmin sahədə fəaliyyət göstərən əmtəə istehsalçılarının kredit resurslarına olan tələbatının ödənilməsini, maliyyə proteksionizmini və digər məsələləri də əhatə etməlidir.

Dövlətin mərkəzləşdirilmiş orqanları regional strukturlarla birlikdə müəyyənləşdirilmiş prioritet məhsullarının istehsal həcmlərini konkret 5 il ərzində müəyyənləşdirilməli və bu zaman əhalinin tələbatı, eləcə də sənayenin xammala olan ehtiyacları dövlətin ərzaq ehtiyatları fondunun həcmi və sair əsas götürülməlidir. Topdansatış bazarlarının infrastrukturlarından biri də ərzaq tədarükü korporasiyaları hesab edilir ki, bura da satış təşkilatlan, istehsal ticarət birlikləri, topdan ərzaq satışı bazaları və s. aiddir. İnfrastruktur sistemləri vasitəsilə kənd təsərrüfatı əmtəə istehsalçıları istehsal eldiklri əsas növ heyvandarlıq məhsullarını reallaşdırırlar.

Kənd təsərrüfatı məhsullarının tədarükü üzrə yaradılan infrastruktur sistemləri, o cümlədən təşkilati strukturlar satıcılarla alıcılar arasındakı vasitəçilərin sayının azaldılmasına səbəb olur ki, bu da məhsulun qiymətinin sabıtləşdirilməsində əhəmiyyətli rol oynayır. Kənd təsərrüfatı məhsullarının ticarətində aralıq vasitəçilərin sayının azalması qiymətlərin səviyyəsinin aşağı olmasına gətirib çıxarır. İnkişaf etmiş ölkələrdə ticarət vasitəçiləri, yəni möh- təkirlər təbəqəsinin xüsusi çəkisi 5-10% arasında dəyişdiyi halda, hazırda respublikamızda bu təbəqənin xüsusi çəkisi bir sıra hallarda 50-60%-ə bərabər olur.



Kənd təsərrüfatı məhsullarının tədarükü sistemi aqrar-əmtəə istehsalçılarının maliyyə fəaliyyətinin gəlirliyinin təmin edilməsinə yönəldilmiş tədbirlərdən biridir. Kənd təsərrüfatı əmtəə istehsalçılarının təsərrüfat fəaliyyətini zərərlə başa çatdırması satış fəaliyyətində yaranan uyğun- suzluqlardan qaynaqlanır. Belə ki, satış fəaliyyətinin nəticələri zərərlə başa çatdığı halda kənd təsərrüfatı əmtəə istehsalçılarının müflisləşməsi təhlükəsi qaçılmaz xarakter daşıyır. Kənd təsərrüfatı əmtəə istehsalçılarının müflisləşməsi isə kənd ərazilərinin inkişafında destruktiv tendensiyaların yaranmasına və bütövlükdə istehsal prosesinin daxil olmasına gətirib çıxarır və eləcə də ölkənin ərzaq təhlükəsizliyi sistemində qərarlaşan destruktiv təzahürlər kimi dəyərləndirilməlidir. Odur ki, kənd təsərrüfatı əmtəə istehsalçılarının

müflisləşməsinin qarşısının alınmasına yönəldilmiş tədbirlər aktivləşdiriiməli və bu zaman istehsal və satış proseslərindəki uyğunsuzluqlar aradan qaldırılmalıdır. Bundan əlavə, dövlət tərəfindən müflisləşmə təhlükəsinin ardan qaldırılması ilə bağlı sanasiya tədbirləri həyata keçirilməlidir ki, bu tədbirlər nəinki istehsal böhranının qarşısının alınmasına, eləcə də məhsul istehsalının artırılmasına yönəldilmiş dövlət himayəçilik tədbirlərinin həyala keçirilməsini özündə əks etdirir. Bu yolla müflisləşmə təhlükəsi olan təsərrüfat subyektlərinin maliyyə vəziyyəti yaxşılaşdırılmalı, onların səmərəli geniş təkrar istehsal rejimində işləməsi üçün zəruri olan tədbirlər həyata keçi-rilməlidir.
Yüklə 31,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin