Mövzu aqrar sahəNĠn formalaġmasi və ĠNKĠġafi. Aqrar sahənin əhəmiyyəti, strukturu, digər sahələrlə əlaqəsi


Aqrar – emal sənayesinin formalaĢması və inkiĢafı



Yüklə 31,4 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü31,4 Kb.
#46435
1   2   3   4
qeyri-neft 4

2. Aqrar – emal sənayesinin formalaĢması və inkiĢafı.

Aqrar emal sənayesinin əsasını kənd təsərrüfatının xammal bazası, hazır məhsul istehsal edən müəssisələr və logistikası sistemi təşkil edir. Azərbaycanda regionların sosial - iqtisadi inkişafı, əhalinin ərzaq məhsulları ilə təminatına dair Dövlət Proqramlarında, eləcə də “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” ölkə Prezidentinin sərəncamına uyğun olaraq Kənd təsərrüfatı məhsulları istehsalçılarına şamil edilən güzəştlər adı çəkilən dövlət proqramlarında nəzərdə

tutmuş tədbirlərin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına buğda istehsalının stimullaşdırılması məqsədilə yardım verilməsi, toxumçuluq və damazlıq işləri üzrə müəyyən işlərin görülməsi, aqroservis xidmətlərindən güzəştli qiymətlərlə istifadə, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər kənd təsərrüfatı istehsalı sahəsində ilbəil dinamik inkişafın əldə edilməsini təmin edən amillərdən olmuşdur. Bütün bunlara isə, öz növbəsində kənd, meşə və balıqçılıq təsərrüfatı məhsullarının ÜDM–in tərkibindəki xüsusi çəkisini artmasına təminat yaratmışdır.

Əldə edilən, nailiyyətlərdə aqrar sferada həyata keçirilən digər təşkilati tədbirlərin təsiri də danılmazdır. Belə ki, “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi üçün əkinəyararlı torpaq sahələrinin məhdudluğu nəzərə almaqla, hər hektar sahədən yüksək məhsul-darlıq əldə edilməsi məqsədlə 700-ə yaxın özəl toxuculuq və tingçilik təsərrüfatı yaradılmış, reproduksiyalı toxum satışına qiymətinin müvafiq olaraq 30-40%-i və ling satışına görə - 30% əlavə maliyyə vəsaiti ayrılmış və, nəticədə, sahibkarlarda yüksək keyfiyyətli toxum və ling istehsalını artırmağa maraq yaranmışdır

Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıq da dinamik inkişafını intensiv şəkildə davam etdirir. Heyvandarlığın intensiv inkişaf etdirilməsində mühüm rol oynayan süni mayalama tədbirləri ildən-ilə genişlənir. Cənubi Qafqaz regionunda ilk dəfə olaraq ölkəmizdə süni mayalanma mərkəzi fəaliyyət göstərir.

"Kənd təsərrüfatı məhsulları istehsalçılarını toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli Sərəncamına müvafiq mineral gübrələrin, "Aqrolizinq" ASC tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına alınan kənd təsərrüfatı texnikasının və texnoloji avadanlığın saxlanılması üçün xüsusi anbarların tikilməsi və alınan mineral gübrələrin paylanması üçün ayrı-ayrı bölgələri əhatə edən regional loqistik bazaların yaradılması istiqamətində görülən işlər davam etdirilir. Artıq Şəki, Sabirabad, Xaçmaz regional logikası bazalar tikilib istifadəyə verilmişdir ki, bu da ölkədə ərzaq təhlükəsizlik probleminin həllinə öz tövhəsini verməkdədir.

Həyata keçirilən digər təşkilati tədbirləri içərisində iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması öz müsbət nəticəsini verir.

Aqrar sektorda emalçılar ilə istehsalçılar arasında kooperasiya münasibətlərinin möhkəmləndirilməsi, fermerlərin dövlətin dəstək mexanizmlərindən daha səmərəli istifadə etməsi məqsədilə regionlarda 50 başlıq südlük cins iribuynuzlu təsərrüfatların yaradılmasına başlamışdır.

Yerli istehsal sahələrinin yenidən qurulması və uğurla həyata keçirilən aqrar islahatların aparılması bir sıra yerli qida məhsullarını istehsalının artmasına və ölkəmizə idxalının azalmasına səbəb olmuşdur. Yerli məhsullar daxili bazarımızı zənginləşdirmiş, əsas qida məhsullarına idxaldan asılılığımızı azaltmışdır.

Azərbaycanda aqrar (qida, içki və tütün) sənaye istehsal edilən məhsulların həcminə görə emal sənayesi sahələri arasında 1-ci yeri tutur. 20l5ci ildə qida, tütün məhsullarının və içkinin istehsalı milyard manata çatmış, və 2005-ci illə müqayisədə 2,3 dəfə artmışdır. Aqrar emal sənayesində 2015-ci ildə fəaliyyət göstərən 652 müəs-sisədə 31,6 min nəfər işçi çalışır.

Belə ki, artıq şəkər, yumurta, tərəvəz və meyvə konservləri, marqarin, un, çörək və çörək məhsulları və ət və ət məhsulları ilə özünütəminetmə səviyyəsi 90 faizdən yüksəkdir.

Müasir texnologiyalara əsaslanan aqrar-emal müəssisələri şəbəkəsinin forma-laşması nəticəsində, ölkədə emal məhsullarının istehsalı üzrə dinamik artım təmin edilmişdir.

Bütünlükdə 2004-2015-ci illərdə ölkə ərazisində 9 çörək məmulatı istehsalı;

- tutumu 152 min ton olan 6 logistik mərkəz;

- 3 ixtisaslaşdırılmış yaşıl market (о cümlədən 9 min tonluq 3 logistik mərkəz, 500 ədəd fermer mağazası);

- illik istehsal gücü 3,1 min ton quş əti, 11 milyon ədəd damazlıq və 26,4 milyon ədəd əmtəəlik yumurta, 2,8 milyon ədədlik inkubator olan 5 quşçuluq təsərrüfatı;

- 2700 başlıq 6 cins heyvandarlıq kompleksi;

- 13,5 min ha ərazidə 6iri fermer təsərrüfatı;

- 45,4 ha ərazidə 9 istixana kompleksi;

- gündəlik istehsal gücü 97 ton olan 6 çörək zavodu;

- illik emal gücü 1 min ton olan1 meyvə - tərəvəz emal zavodu;

- illik emalı gücü 25 min ton süd olan 2 zavodu;

- illik istehsal gücü 22 min ton olan 1 un istehsalı müəssisəsi;

- 388ha ərazidə 5 intensiv bağçılıq təsərrüfatı ;

- 100ha ərazidə 1 üzümçülük təsərrüfatı;

- 100 ha ərazidə 1 çay plantasiyası və çayın ilkin emalı müəssisəsi;

- illik istehsal gücü 129,7 min ton qüvvəli yem olan 3 yem zavodu;
İllik istehsal gücü 10,6 milyon litr süfrə suları olan 2 müəssisəsi və başqaları öz yeməyi, texniki - texnoloji səviyyəsi ilə fərqlənir. Son illərdə 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kredit verilmiş, bu da istehsalın artmasına, ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur.

Bundan əlavə, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük təsərrüfatlarına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisə-lərinə 171 milyon manat güzəştli kreditlərin verilməsi daxili tələbatın yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, bu məhsulların ixracına da imkan yaratmışdır. Bütün bunların nəticəsidir ki, son 10 ildə kənd təsərrüfatının ümumi məhsulu 3,1 dəfə o cümlədən bitkiçilik məhsulları - 2,8 dəfə; heyvandarlıq məhsulları – 3,4 dəfə artmışdır.

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramında qeyd edir ki, ölkənin qeyri-neft sektorunun inkişafında əsas prioritet sahə olan kənd təsərrüfatının inkiĢafına yönələn ardıcıl islahatlar və yeni texnologiyaların cəlb edilməsi davam etdiriləcəkdir. Kənd təsərrüfatında fermerlərin birləşməsi və kooperativlərin yaradılması aqrar sektorda gəlirlərin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və beynəlxalq standartlara uyğunlaşmasına təkan verəcəkdir. Aqrar sektorun inkişafı və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi Dövlət Proqramında əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur. Aqrar bölmənin inkişafı istiqamətləri aşağıdakılardan ibarətdir:

- aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasının stimul-laşdırılması, əsas ərzaq məhsulları ilə özünü təminetmə ilə bağlı tədbirlərin davam etdirilməsi;

- aqrar bölməyə maliyyə dəstəyinin artırılması və ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafının stimullaşdırılması tədbirlərinin davam etdirilməsi;

- bitkiçilik də və heyvandarlıqda ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi və bu sahədə təsərrüfat subyektlərinin fəaliyyətinin stimullaşdırılması;

- iri taxılçılıq və ya toxumçuluq, tingçilik, üzümçülük inəkçilik, fındıqçılıq, intensiv bağçılıq təsərrüfatlarının yaradılması;

- regionlarda kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və satışı məqsədi ilə istixana, soyuducu və taxıl anbar komplekslərinin (logistika mərkəz-lərinin) yaradılmasının davam etdirilməsi;

- hər bir rayonun xüsusiyyəti, təbii və iqlim şəraiti nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının istehsalının ixtisaslaşması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;

- ekoloji təmiz kənd və ərzaq məhsullarının bazarının formalaşması;

- aqrar bölmənin maddi texniki bazasının möhkəmləndirilməsi və bazar prinsipləri əsasında fəaliyyət göstəriləcək yeni strukturların yaradılması;

- kənd təsərrüfatının suvarma və meliorasiya təminatının yaxınlaşmasının tədbirlərinin davam etdirilməsi, torpaq və su ehtiyatlarından səmərəli istifadə olunması;

- torpaqların elektron texniki uçotunun aparılması və fermerlərin elektron qeydiyyat sisteminin yaradılması istiqamətində müvafiq işlərin görülməsi.
Göründüyü kimi, aqrar sahənin davamlı inkişafının qarşıya qoyduğu bu vəzifələrin bir qismi ümumrespublika və makroiqtisadi səciyyə daşıyır.


Yüklə 31,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin