Mövzu: Avtomobil Maraqlıdır ki, statistikaya əsasən, onların 80%-i işlənmiş avtomobil alır. Cavab: Milyonçular



Yüklə 11,21 Kb.
tarix02.01.2022
ölçüsü11,21 Kb.
#42282
Qəzəlxan-Eşqin-6.



Mövzu: Avtomobil
1. Maraqlıdır ki, statistikaya əsasən, onların 80%-i işlənmiş avtomobil alır.
Cavab: Milyonçular
2.Cənubi Koreya şirkəti olan onun logosunda bir-biri ilə əl görüşən iki şəxs yer alıb. Logonun mənasında isə "Alan razı, satan razı” məsajı verilir.
Cavab: Hyundai
3.Bu avtomobil emblemindəki qara at Almanyanın Ştutqart şəhərinin gerbindən götürülüb. Maral buynuzu ilə qırmızı-qara rənglər isə Almaniyanın Württemberg bölgəsinin gerbidir.
Cavab: Porsche
4.”Maşınlar” animasiya filmində Ferrari avtomobilni məhz bu pilot səsləndirir.
Cavab: Mihael Şumaxer
5.Bu filmin 7ci seriası Ərəbistan, Yaponiya və Qafqaz dağlarının Azərbaycan hissəsində çəkilib.
Cavab: The Fast and Furious 7 (Farsaj 7)

Mövzu: Ədəbiyyatda coğrafi obyektlər
1.”Alexandr Solzhenitsyn”-ə görə bu əsərin həqiqi müəllifi Fyodor Kryukovdur. Lakin daha sonralarda aparılmış araşdırmalar göstərir ki, əsərin müəllifi məhz Mixail Şoloxovdur.
Cavab: Sakit Don
2. Alexsandr Düma bu əsərində Azərbaycanlılardan “Tatar”-lar olaraq bəhs edir
Cavab: Qafqaz səfəri
3.Əhməd Cavadın şeiri olan bu əsər 4 il sonra Ü. Hacıbəyli tərəfindən bəstələnmişdir. Bu musiqi Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib
Cavab: Çırpınırdı Qara dəniz
4.Ərəb əlifbası ilə h-y-d-r kimi yazılan bu dağın adı məhz belə adlanır Xatırladaq ki, dağ Təbrizdə yerləşir
Cavab: Heydərbaba
5. İlk olaraq Harry Potter və Azkaban Məhbusu romanında qarşımıza çıxan o, həm də gecə səmasında görünən ən parlaq ulduzdur.
Cavab: Sirius Blək
Mövzu: Komiks personajları
1.Bəzi karikaturalarda Nokia 3310 telefonunun möhkəm və dayanıqlı olması onu məhz bu Marvel komiks qəhrəmanının çəkicinə oxşatmağa səbəb olur
Cavab: Thor
2.Qızıl Qisasçı, Tənəkə adam, Tetjusin, Mərmibaş eşitdiyiniz ləqəblər məhz bu komiks personajına məxsusdur.
Cavab: İronman (Dəmir adam)
3.Akvamen komiks personajı silah kimi məhz onun tridentindən istifadə edir
Cavab: Poseydon
4.Doktor Dum, Qırmızı cadugər, Doktor Strenc, Loki məhz bu xüsusiyyətlərinə görə digər komiks personajlarından fərqlənir
Cavab: Sehrdən istifadə edirlər

5.Komiks çıxdıqdan sonra 50 milyondan çox qırmızı qulaq tısbağa ev heyvanı kimi satılıb.Artıq qida zəncirinin pozulması təhlükəsi yarandığından Avropada bu heyvanın saxlanması qəti qadağan edilir,Avstraliyada isə 5 ilə qədər həbs cəzası verilir.Söhbətin hansı komiksdən getdiyini deyin.


Cavab: Ninja Tısbağalar

Mövzu: Tarixlər
1.Bu gün üçün həsr olunmuş karikaturalarda qırmızı fonda “oraq” və “çəkic ” görmək olar
Cavab: 9 May
2.1873-cü il martında Bakı realnı məktəbinin truppası tərəfindən M. F. Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası tamaşaya qoyulmuşdur.Siz isə 10 Martın nə günü olduğunu deyin
Cavab: Azərbaycan Milli Teatr Günü
3.Bu günü qeyd edən zaman göz bandı taxmaq və skelet şəkilli qara bayraqdan istifadə etmək lazımdır.
Cavab: Beynəlxalq Piratlar Günü
4.Polşada nənələr günü 21 yanvarda qeyd olunur. Bəs 22 yanvar günü nə qeyd olunur?
Cavab: Babalar
5.15 Avqustda məhz bu gün qeyd olunur. Bu gün yunanlar “Parakalo” – “Xahiş edirəm”, italyanlar “Pronto” – “Eşitməyə hazıram” sözləri ilə cavab verirlər. Almaniyada isə bunu edərkən çox vaxt öz soyadlarını söyləyirlər.
Cavab: Alo günü

Mövzu: Rəqəmli mövzu
1. ”Tetris” oyununun adının mənası yunan dilindən tərcümədə məhz bu rəqəmə təsdüf edir.Cavabı tapmaqda tetris fiqurlarındakı kvadratların sayı sizə kömək edə bilər
Cavab: 4
2.”Google”-da əgər “Ən yalnız rəqəm hansıdır?” yazsa məhz bu cavabı alarsınız
Cavab: 1
3.Oğuz təşkilat quruluşu türk xalqlarında xüsusi üstünlük daşıyır.Bu təşkilata görə Oğuz xanın özü, 2 arvadı və 6 oğlu bir yerdə müvafiq sırayla oturmalıdır. Siz isə bu təşkilat quruluşuna görə oğuz tayfasının uğurlu rəqəmini söyləyin
Cavab: 9 (oğuz xan+ 2 arvad+ 6 oğul)
4.Bir karikaturada Ay səthi üzərinə qonmuş qartalı görmək olar. Siz isə karikaturanın üst hissəsində hansı rəqəmin yazıldığını deyin
Cavab: 11 (Aya enən Apollo 11 kosmik gəmisi)
5.Amerika hərbçiləri Xirosimaya bombanı 6 sentyabr 1945 ildə saat 8:15 atdı. Jim Kerrinin baş rolda oynadığı “23” filmində Jim oxuduğu kitabda Xiroşimaya atılan bomba ilə 23 rəqəmi əlaqələndirilir. Siz isə əlaqənin nədən ibarət olduğunu deyin
Cavab: Saatda yerləşən rəqəmlərin cəmi (8+15=23)
Yüklə 11,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin