6.Bildiriş
Bildiriş əməli yazıların sadə və çox işlənən formasıdır. Anons, bildiriş, afişa, reklam və s. kimi əməli yazılar elan xarakterlidir. Məzmun və məqsədinə, eləcə də əhatə dairəsinə görə bildiriş-elanlar müxtəlifdir. Bildiriş hər hansı bir tədbir (hadisə) haqqında müəyyən kollektivə və ya ictimayyətə əvvəlcədən verilən məlumat anlamındadır. Bildiriş (elan) yazılarkən aşağıdakı məqamlar diqqət mərkəzində saxlanmalıdır: 1. Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır; 2. Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalıdır; 3. Ayın tarixi, saatı və il dəqiq qeyd edilməlidir; 4. Tədbirin keçiriləcəyi yer, ünvan (ərazi, bina), lazım gələrsə təşkilatın yerləşdiyi otağın nömrəsi, varsa telefonu göstərilir; 5. Məlumatın kim tərəfindən verildiyi bilinməlidir; 6. Məlumatda hər hansı bir məsələ gizli saxlanıla bilər. Bildiriş respublika və ya şəhər miqyaslı olarsa qəzetdə, radio və televiziyada da verilə bilər.
XƏBƏRDARLIQ
"Xəbərdarlıq" sözü ərəbcə "xəbər" (məlumat, bilgi), farsca "dar" (malik olan) sözlərindən və azərbaycanca-lıq şəkilçisindən düzəlmişdir, "xəbəri olmaq", "xəbər vermək" mənasındadır. Xəbərdarlıq, əsasən idarə, təşkilat və ya müəssisələrdə xətaya yol vermiş, qəbahət etmiş şəxsə bir daha belə işləri təkrar etməmək üçün verilir. O, yazılı və ya şifahi göstərişdir. Xəbərdarlıq intizam tənbehi hesab edilməsə də, nəticəsi olmadıqda həmin şəxsə töhmət verilir. Nizam-intizama zidd hərəkətlərə görə edilən xəbərdarlıq məktəblilərə, tələbələrə aiddir
Dostları ilə paylaş: |