Mövzu: “Azərbaycan dilində işgüzar və akade


NİTQ ÜNSİYYƏT PROSESİ KİMİ



Yüklə 262,64 Kb.
səhifə9/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   5   6   7   8   9   10   11   12   ...   142
1634046683046 Mühazirələr 1

3.NİTQ ÜNSİYYƏT PROSESİ KİMİ
Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsi, mücərrəd işarələr sistemidir. Hər bir dilin özünəməxsus quruluşu və ifadə imkanları vardır. İnsanlar bir-biri ilə müxtəlif formalardan (mimika və jestlərdən və s.) istifadə etməklə ünsiyyət yarada bilərlər. Lakin heç bir vasitə dilin ifadə imkanları səviyyəsində ola bilməz. İnsanların bir-birləri ilə ünsiyyət saxlaması üçün kollektiv (kompakt) şəkildə, toplum halında yaşamaları mühüm şərtdir. Bu isə cəmiyyət deməkdir. Demək, dil cəmiyyətdə yaranır. Cəmiyyət mənsub olduğu dili yaşadır, inkişaf etdirir. Cəmiyyətsiz dil, dilsiz cəmiyyət mövcud ola bilməz. Dil insan cəmiyyətində yarandığı və yaşadığı üçün ictimai hadisə hesab olunur.

Dilin yaranması üçün insan orqanizminin fizioloji cəhətdən müəyyən şəkildə, bugünkü vəziyyətdə formalaşması da vacib şərtlərdəndir. İnsanin fizioloji cəhətdən təkmilləşməsi,danışıq orqanlarının formalaşması,insan bədəninin şaquli vəziyyətə düşməsi,insanın əməklə məşğul olmasının buna təsiri,eyni zamanda dilin və şüurun yaranması, bütöv halda vahid ictimai prosesə çevrilməsi dilin formalaşması və inkişafında ən mühüm amillərdir.

Dilin yaranması insanda şüurla, təfəkkürlə bağlıdır. Heyvanlar bir-birləri ilə siqnallar vasitəsilə əlaqə saxlayırlar,”danışırlar”.Heyvanlarda şüur,təfəkkür formalaşmadığı üçün buna dil demək olmaz.Dil yalnız insanlara xasdır.

Dil irqi xüsusiyyət də daşımır.Belə olsaydı,dünyada üç dil olardı:avropoid,neqroid və monqoloid dilləri.Yəni zənci uşağı Moskvada doğulub, orada uşaq evində böyüsə  də, zənci atasının danışdığı dildə danışmalı idi.Təbii ki,heç bir  praktikada buna təsadüf edilməmişdir.

Dil beyinin ikinci siqnalının məhsuludur.Beyin akkumlyator vəzifəsini yerinə yetirir.Beyin mövcud olmasa, yaxud beyində anomaliya baş verərsə, insan  yaddaşsızlaşar,hətta dilini unudar.Bu cür xoşagəlməz hallarla,təssüf ki,az da olsa,qarşılaşmışıq.

Dil insan cəmiyyətinin ən mühüm nailiyyətidir.Dahi şəxsiyyətlər dil haqqında çox gözəl kəlamlar söyləmişlər:

Sokrat demişdir:”Bir səsini çıxar ,deyim ki,sən kimsən?!

Həzrət Əli deyib:”İnsan öz dilinin altında gizlənib,danışmağa başlayandan sonra ağıllı və ya axmaq olması bilinir”.

Qədim yunan filosoflarından biri demişdir:”Allahlar insanlardan qisas alanda birinci ağıldan məhrum edirlər”.

Göründüyü kimi,dil insanın varlığının əsas əlamətidir.

Nitq dilin ifadəçisidir.Nitq ünsiyyət prosesidir.Nitq bu və ya digər məlumatın –informasiyanın ifadə tələbinə uyğun olaraq dilin ifadə imkanları  əsasında meydana çıxır.Yadda saxlamaq lazımdır ki,dil

 əsasdır,nitq ondan törəmədir.Dil tarixən çox az dəyişikliyə məruz qaldığı halda,nitq ona nisbətən dəyişkəndir.Nitq nitq fəaliyyəti zamanı yaranır.Nitq fəaliyyəti-nitqin təzahürü üçün lazım gələn ictimai,psixoloji və fizioloji aktların sistemidir.Nitqin yaranması həm mürəkkəb ,mürəkkəb olduğu qədər də sürətli prosesdir.İnsan zəkasının yaratdığı heç bir texnika bu sürətə malik ola bilməz.Dil və nitqi bir-birindən ayırmaq mümkün deyildir.Dil və nitq eyni bir prosesin müxtəlif formalarıdır.Dil kimi nitq də yalnız insan cəmiyyətində mövcuddur.

 


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin