Mövzu: “Azərbaycan dilində işgüzar və akade


NİTQİN MİLLİ SƏCİYYƏLİLİYİ



Yüklə 262,64 Kb.
səhifə10/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   6   7   8   9   10   11   12   13   ...   142
1634046683046 Mühazirələr 1

4.NİTQİN MİLLİ SƏCİYYƏLİLİYİ

                Nitq milli səciyyəlidir, millətin ayrılmaz əlamətidir. Dil milliliyi psixoloji xarakterlə, maddi yaşayış tərzi və mədəniyyətlə müəyyən edilir. Dil millətin təbiətinin açarıdır.  Azərbaycan dili və nitqində güclü və poetik Azərbaycan xalqı ifadə olunur. Həqiqətən dilimiz musiqili və poetikdir. .Milli xüsusiyyət insan və təbiətin xarakter təsvirində daha aydın meydana çıxır. .Azərbaycan dili elə incə gözəl dildir ki, onu nə digər türk dilləri ilə, nə də Avropa dilləri ilə müqayisə etmək olar. Çünki o, islam dininin əzəmətini, fransız dilinin oynaqlığını, alman dilinin möhkəmliyini, italyan dilinin zərifliyini, yunan və latın dilinin zənginliyini və yığcamlığının, ərəb dilinin elmiliyini, fars dilinin şeriyyətini özündə birləşdirən musiqili dildir. Başqa sözlə desək, Azərbaycan dili qeyd edilən dillərin hər birinə xas olan xüsusiyyətləri özündə yaşadır

N Tusinin danışıq etikası haqqında XII əsrdə dediyi sözlər bu gün üçün də əhəmiyyətlidir. Dil və nitq prosesi ilə bağlı olan bu xüsusiyyətlər Azərbaycan insanına xas olduğundan bəzilərini qeyd etmək yerinə düşər.. O, demişdir: Az danışmğı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətməli, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətmədən utandırmalı, gözəl, zərif, xoş kəlamlardan  istifadə etdikdə isə tərifləməli, belə danışığa adət etməyə hüsnrəğbət  oyatmalıdır. Özünə, müəllimə, özündən yaşca böyük olanlara hörmət və xidmət etməyi bilməlidir.Çox danışmamalı, başqasının sözünü, yarımçıq kəsməməlidir. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə də yavaşdan, mülayim  səslə özünü göstərməlidir. Nalayiq sözlər işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deəyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməlidir. Dilinə söyüşə öyrətməməlidir. Hər məclisdə münasib danışmağı bacarmalıdır. Danışıq əl – qolunu işə salmamalı, qaş - gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar. Qeybət, böhtan, iftira, yalançılıqdan çəkinməlidir. Ümumiyyətlə, az danışmalı, çox eşitməlidir. Bir filosofdan soruşurlar: Nə üçün az danışır çox qulaq asırsan. Dedi: Çünki, mənə iki qulaq veriblər, bir dil.


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin